Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5278/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “borcun silinməsi” barədə ilk və qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə yaranmış 1206,26 manat, 1381,63 manat cari borc və 62,50 manat yeni tarifə keçidlə əlaqədar olmaqla ümumilikdə 2650,39 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 46,50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2997,43 manat (iki min doqquz yüz doxsan yeddi manat qırx üç qəpik) manat manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFTİBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı təbii qazdan qanunsuz istifadəyə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, 28,02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 327,86 manat ümumilikdə 2997,43 (iki min doqquz yüz doxsan yeddi) manat aktların ləğvi və əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də xx.xx.2011-ci il tarixində 192 nömrəli «Qaz paylayrcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəfər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nın Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********30000 nömrəl abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nm tələblərinə əməl etmək), “X1”nın6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz"’ İBnin əməkdaşları tərəfindən Birliyin balans vəistismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və aktlar Birliyin əməkdaşları tərəfndən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfndən ‘Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020ci tarixli ******* saylı akt əsasında 327,86 manat Aktlar əsasında ümumilikdə 1206,26 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmənin nəzərinə bunu da çatdırmaq istəyirik ki, cavabdehin yuxarıda qeyd olunan aktlardan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 1381,63 manat, yeni tarifə keçid ilə əlaqədar 62,50 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilmiş aylıq ödəmələr nəticəsində iddiaçı “Azəriqaz"’ İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 2650,39 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz"’ İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı İBin nümayəndələri tərəfindən fərdi yaşayış evnin qaz xəttinə onun iştirakı olmadan baxış keçirilmiş, imza olmadan, hal şahidlərinin iştirakı imzası olmadan akt tərtib olunmuşdur. İddiaçı İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən qeyd olunan evdə təbii qazdan qeyri-qanuni istifadə faktı olmamışdır. Bu fakla bağlı əgər təbii qazdan qanunsuz istifadə olunurdusa nəyə görə İddiaçı İB-in Sabunçu QİS-nin qəza xidmətinin sim aktı yoxdur? Bundan başqa İddiaçı İB tərəfindən aidiyyatı üzrə polisə müraciət olunmamışdır? Bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2 mladdəsinə əsasən təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə hər hansı bir akt tərtib olunmamışdır. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğu halda İddiaçı İB yi iddia müddətini bitirmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı ilk iddianın rədd, qarşılqılı iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 192 nömrəli “qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.9-cu maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********30000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 2322.52 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, təbii X1nın pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh kənar xətt vasitəsilə qazdan istifadə etdiyi üçün 583,20 manat cərimə edilmişdir. İş materiallarından görünür ki, təbii X1nın pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh mənzildə qaz sayğacından qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlanmış, 295,20 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Məhkəmə ilk öncə ilkin iddia tələbinin xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə yazılmış borcun tutulması qarşılıqlı iddia tələbi üzrə isə sözügedən akt üzrə yazılmış 327.86 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözü gedən akt və həmin akta əsasən abonentə hesablanmış cəriməyə dair tələbnamə mülki işin matriallarına əlavə edilmədiyindən, aktın mövcud olması və aktın hansı səbəblərdən və kim tərəfindən tərtib edilməsi məhkəməyə məlum olmadığından həmin akt üzrə hesablanmış borcun tutulmasına və həmin akt üzrə yazılmış cərimənin silinməsinə dair iliin və qarşılıqlı iddia tələbləri təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələblərinin xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci tarixli ******* saylı aktlar əsasında yazılmış cərimənin cavabdehdən və həmin aktlar əsasında yazılmış cərimənin silinməsinə dair ilkin və qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı aktda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə 2-ci dəfə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktın düzgünlüyünə şübhə yaradır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda istehlkçı tərəfindən ikinvi dəfə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2020- ci il tarixli ******* saylı aktı üzrə borc hesablanmalıdır. Lakin, məhkəmə kənar qaz xəttindən istifadəyə görə xx.xx.2020-ci il tarixli ******* saylı aktı üzrə də hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil 30 gün hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 1.2x12x30=432m3, 1.5x12x30=540m3 olmaqla, cəmi 972 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 97.20 manat məbələğində olması müəyyən edilir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə ilk iddia tələbini 97.20 manat həcmində təmin edir. Beləliklə məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbini qismən xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə qismən 486 manat, xx.xx.2020-ci tarixli ******* saylı akta əsasən hesablanmış cərimənin silinməsi hissəsində isə tam təmin edir. Lakin məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı hər üç akt üzrə ona yazılmış 2997.43 manat borcun silinməsini xahiş etsədə mülki iş matraillarından görünür ki, sözü gedən aktlar üzrə cavabdehə cəmi 878.40 manat cərimə yazılmışdır. Bundan başqa məhkəmə ilk iddia tələbinin 1381.63 manat sərfiyyat borcunun və 62.50 manat yeni tarif kaçidi ilə əlaəqdar yaranmış borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə dilmiş saldodan görünür ki, ilk iddia üzrə cavabdehin 2020-ci ilin sonu üçün 305.90 manat sərfiyyat borcu 2021-ci ilin sonu üçün 901.90 manat sərfiyyat borcu və 2022-ci ilin yanvar ayı üçün isə 77.64 manat sərfiyyat borcu mövcuddur. (305.9+901.9+77.64=1285.44 manat) qeyd edilən borc məbləğindən 2021-ci ilin sonu üçün 30 manat ödəniş edilmişdir. 1285.44-30=1255.44 manat borc. Belə olan halda məhkəmə iddia tələbinin 1381.63 manat sərfiyyat borcunun tutulmasını qismən 1255.44 manat olan hissədə təmin edir. Bundan başqa məhkəmə ilk iddia tələbinin 62.50 manat yeni tarif keçidi ilə əlaəqdar yaranmış borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən borcun 10.70 manat olan hissəsi 2020-ci ilin sonu üşün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olunmuş borc, 51.80 manat olan hissəsi isə 2021-ci ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaəqdar borc olduğundan (10.70+51.80=62.50) manat iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə ilkin iddia tələbinin 300 manat vəkil xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, ilk iddia tələbi bu hissədə qismən 50 manat hissədə təmin edilməsi daha ədələtlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 46.50 manat məbləğində dövlət rüsumunun 35 manat hissəsidə ilkin iddia üzrə cavabdehdən iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 97.20 (doxsan yeddi manat, iyirmi qəpik) manat akt üzrə borc, 1255.44 (bir min iki yüz əlli beş manat, qırx dört qəpik) manat sərfiyyat borcu, 62.50 (almış iki manat əlli qəpik) manat yeni tarif keçidi ilə əlaqədar yaranmış borc və 50 (əlli) manat vəkil xərci və 35 (otuz beş) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı İB tərəfindən iddiaçı Cavabdeh məxsus abonent koduna xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 486 manat, xx.xx.2020-ci tarixli ******* saylı akt üzrə hesablanmış 295.20 borc cəmi 781.2 (yeddi yüz səksən bir manat iyirmi qəpik) manat borc silinsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5278/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5278/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver