Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5349/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "mənzilə dair kommunal xərclərə görə 1110 manat xidmət haqqının tutulması" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "mənzilə dair kommunal xərclərə görə 1110 manat xidmət haqqının tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin, ərizəyə əlavə olunmuş sənədlərin və ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi geri qaytarılmalı, eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 42 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "mənzilə dair kommunal xərclərə görə 1110 manat xidmət haqqının tutulması" barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 42 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-5349/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5349/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver