Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-546/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, "xxxx" ASC-nin, Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi göstərildiyi, “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı, "xxxx" ASC-nin, Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi göstərildiyi, “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 354 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 91,19 kv.m olan 2 otaqdan ibarət 47 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş yüz) manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli, 354 nömrəli S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın iç hissəsindən hesablanmaqla) 91,19 kvm sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və Alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 104.869 manat müəyyən edilmiş və 14.689 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 90.000 manat isə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, alıcı "xxxx" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 5.6-cı bəndində əsasən, alıcı tərəfindən alıcı və "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində Tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında Alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTKnın bir-başa və ya dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli, 133-xx-xx-2018-FC-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 354 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 8% olmaqla 220 ay müddətinə qaytarılmaq şərtilə 88.850 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2018-ci il tarixli 354 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 9, ümumi sahəsi 91,19 kv.m ibarət 2 otaqlı 47 nömrəli mənzil üzrə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı barədə çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən, borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xx.xx.2018-ci il tarixli 354 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 9, ümumi sahəsi 91,19 kv.m ibarət 2 otaqlı 47 nömrəli mənzil üzrə bütün hüquqlar borc verənə keçir. Cavabdeh həm "xxxx" MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli, 354 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli, 133-xx-xx-2018- FC-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh "xxxx" MTK-dan aldığı S .Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 91,19 kv.m ibarət 2 otaqlı, 47 nömrəli mənzilə dair verilmiş kredit üzrə "xxxx" ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan və xx.xx.2018-ci il tarixli, 354 nömrəli alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir-quraşdırma işləri aparmış və həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bundan əlavə, baxmayaraq ki, cavabdehə verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsini rəsmiləşdirmək olmasına baxmayaraq, Cavabdeh həmin öhdəliklərin icrasından da yayınmışdır. "xxxx"xxxx" ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 6.5-ci bəndinə əsasən, bank ilə sifarişçi-borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, MTK özünün və bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, sifarişçi-borcalana verilmiş kredit üzrə ödənişlər sifarişçi-borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla sifarişçi-borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin 3-cü şəxslərə ötürülməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.14-cü bəndinə əsasən, sifarişçi-borcalan və bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək sifarişçi-borcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyri-yaşayış sahəsinin boşaldılmasını təmin edir. "xxxx" MTK ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, 01 saylı zaminli müqaviləsinə əsasən "xxxx" MTK Cavabdeh ilə bank arasında bağlanaraq, xx.xx.2018-ci il tarixli, 133-xx-xx-2018-FC-XA saylı Kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndi ilə Borc alan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində Banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini zamindən tələb etmək, 2.2.2-ci bəndi ilə zamin bu Müqavilədə göstərilmiş öhdəliklərini icra etmədikdə zaminə qarşı mövcud olan tələblər məbləğində pul vəsaitlərini zaminin Bankdakı hesablarında akseptsiz qaydada (zaminin sərəncamı olmadan) silmək, 2.2.3-cü bəndi ilə kredit müqaviləsi üzrə əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin zaminin bankdakı bütün bank hesablarında bloklaşdırmaq, borc alan tərəfindən xx.xx.2018-ci il tarixli, 133xx-xx-2018-FC- XA saylı Kredit müqaviləsinin 4.3, 7.3, 12.2 və 12.6-cı bəndlərinin tələbləri icra edilməyərək müqavilə üzrə öhdəliklər pozularsa, Zaminə yazılı və ya şifahi qaydada müraciət etmək, mənzilə dair bankın xeyrinə müvafiq məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsi, mənzilin bankda ipoteka hüququ ilə rəsmiləşdirilməsi və ya üçüncü şəxsə (və ya şəxslərə) təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsait hesabına Banka olan borc məbləğinin tam ödənilməsi üçün xx.xx.2018-ci il tarixli, 133-xx-xx-2018-FC-XA saylı Kredit müqaviləsinin 15.8-ci bəndi ilə və/və ya zamin və borc alan arasında bağlanılan xx.xx.2018-ci il tarixli 354 nömrəli "S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsi"nin 5.6-cı bəndi ilə nəzərdə tutulmuş Mənzil üzrə bütün hüquqların Zaminə ötürülməsinə yazılı və ya şifahi qaydada razılıq vermək Bankın hüquqları kimi təsbit edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndi ilə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə Borc alanla birlikdə məsuliyyət daşımaq, 2.3.4-cü bəndi ilə Zamin və Borc alan arasında bağlanılan xx.xx.2018-ci il tarixli 354 nömrəli "S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsi"nin 5.4, 5.6, 10.1 və 10.2-ci bəndlərinin müddəalarına əsasən həmin müqaviləyə birtərəfli qaydada xitam verərək mənzilə dair bankın xeyrinə müvafiq məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsini, mənzilin bankda ipoteka hüququ ilə rəsmiləşdirilməsini və ya üçüncü şəxsə (və ya şəxslərə) təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsait hesabına, lakin bununla məhdudlaşmayaraq həm də öz hesabına Banka olan borc məbləğinin tam olaraq ödənilməsini təmin etmək (bu zaman mənzildə yaşayış olduqda, onun boşaldılmasına dair iddiaların məhkəmədə qaldırılması və qısa müddətdə həll edilməsi üçün zamin zəruri tədbirləri görməlidir) zaminin vəzifələri kimi təsbit edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfində Cavabdeh bildiriş göndərilərək xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə olan borcunun ödənilməsi, o cümlədən "xxxx" MTK-dan aldığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən bina 152, blok 1, mərtəbə 9, ümumi sahəsi 91,19 kv.m sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə dair müvafiq orqandan çıxarışın əldə edilməsi yolu ilə "xxxx" ASC bağladığı xx.xx.2018-ci il tarixli, 133-xx-xx-2018-FC-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinin 4.3-cü bəndinin şərtinə əməl edilməsi və mənzilin "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsindən ötrü ipoteka müqaviləsinin bağlanılması ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və xx.xx.2018-ci il tarixli 354 alqı-satqı müqaviləsinin 10.1-ci və 10.2-ci bəndlərinə, xx.xx.2022-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinin 2.2.1-ci və 2.3.1-ci bəndlərinə, habelə "xxxx" ASC-nin müraciətinə əsaslanaraq, ona təhvil verilən mənzilin başqa şəxsə təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcunun ödənilməsi üçün xx.xx.2022-ci il tarixli 354 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya rəsmi qaydada müraciət olunmuş və Cavabdeh xx.xx.2018-ci il tarixli, 133-xx-xx-2018-FC-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcunun ödənilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliklə və zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. "xxxx" MTK “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən göndərilən bildirişə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və hal-hazıradək öhdəliklərini icra etməkdən yayınmağa davam etmiş, kredit müqaviləsi üzrə borcunun ödənilməsi və mənzilin ipoteka ilə yüklü edilməsi barədə aparılmış bütün danışıqlar nəticəsiz qalmış və bunlarla bağlı hər hansı müsbət addım atılmamışdır. Nəticədə, yuxarıda qeyd edilən müqavilələrə əsasən "xxxx" MTK-nın "xxxx" ASC qarşısında öhdəliyi yaranmış, bank hesabları bloklaşdırılmış və hesablarında olan vəsaitin akseptsiz qaydada silinməsi riski yaranmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrin baxmayaraq, onlar, o cümlədən nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" MTK və Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 354 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 91,19 kv.m olan 2 otaqdan ibarət 47 nömrəli təmirsiz mənzili alıcıya təhvil verməyi, alıcı isə MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. - Cavabdeh və "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli təminatlı kredit müqaviləsindən aydın olur ki, borc verən borcalana, borcalanla "xxxx" MTK arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün 88.580 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. - "xxxx" ASC və "xxxx" MTK arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu Cavabdeh bank qarşısında öhdəliklərinin icrasının təmini məqsədilə zamin durmuşdur. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC Cavabdeh, "xxxx" MTK-ya, Maraqlı şəxs2 xx.xx.2018-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə banka 85.697,38 manat əsas, 16.501,47 manat faiz borcunun qaytarılması üzrə bildiriş göndərilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 91,19 kv.m olan 2 otaqdan ibarət 47 nömrəli mənzilin alınması ilə əlaqədar tərəflər arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış, bununla əlaqədar Cavabdeh "xxxx" ASC-dən illik 8% dərəcəsi ilə 220 ay müddətinə 88.580 manat məbləğində kredit almış, həmin borcun təminatı kimi "xxxx" MTK və bank arasında zaminlik müqaviləsi bağlanılmışdır. Lakin əsas borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Ona görə də, "xxxx" MTK hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, sözügedən mənzilin cavabdehin sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və təhvil verilməsi, habelə xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş yüz) manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddia predmeti olan mənzilin cavabdehin sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Belə ki, "xxxx" MTK və Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 354 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinə əsasən, mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və Alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. 3.1-3.2-ci bəndlərinə əsasən, Bu Müqavilə üzrə mənzilin 1 (bir) kv.m-lik sahəsinin qiyməti 1.150 manat olmaqla, müqavilənin qiyməti cəmi 104.869 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 14.869 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 90.000 manat isə !Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək. 5.4-cü bəndinə əsasən, Bu mənzil üzrə Alıcı "xxxx" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər, Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. 5.6-cı bəndinə əsasən, Alıcı tərəfindən Alıcı və "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmıdıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan (mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. 10.1-10.2-ci bəndlərinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin ləğv edilməsi halında, Alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və dolaylı bütün məsrəfləri və Azərbaycan Beynəlxalq Bankı ASC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzilə dair üçünçü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq. Göründüyü kimi, alıcının üzərinə düşən öhdəlikləri yerinə yetirməməsinin hansı hüquqi nəticələr yaradacağı tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndləri ilə aşkar qeyd olunmuşdur. Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli məhrum olmuşdur. Alqı-satqı müqaviləsinin şərtləri pozulduğundan müqavilə ləğv edilməli, sözügedən mənzil Cavabdeh sahibliyindən geri alınmalı, mənzil boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə, tələbin digər – kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, alqı-satqı müqaviləsində buna dair hər hansı müddəa nəzərdə tutulmadığından və qanuni əsası olmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddia tələbi tam olmasa da, əhəmiyyətli hissələrdə təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e t d i: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 354 nömrəli alqısatqı müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 91,19 kv.m olan 2 otaqdan ibarət 47 nömrəli mənzil Cavabdeh sahibliyindən geri alınsın, mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq, iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-546/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-546/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver