Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5466/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cəlb edilməklə “mənzildən çıxarılma və evin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cəlb edilməklə “mənzildən çıxarılma və evin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh və onun ailə üzvləri ünvan 1 ünvanında yerləşən yaşayış evindən onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin ev iddiaçı - İddiaçı təhvil verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinin mülkiyyətçisidir. İddiaçının mülkiyyətində olan evin qapısının açarları onun xəbəri olmadan oğlu - hazırkı iş üzrə Cavabdeh tərəfindən dəyişdirilmiş, yeni açarlar ona təqdim edilməmiş, iddiaçının mənzilinə daxil olmaq və ondan istifadə etmək hüququ məhdudlaşmışdır. Bununla da iddiaçının mülkiyyətində olan əmlaka münasibətdə konstitusion hüquqları kobudcasına pozulmuş, bu halın aradan qaldırılması dəfələrlə tələb edilsə də, cavabdeh bu tələbə baxmayaraq iddiaçının hüquqlarını pozmaqda davam etməkdədir. İddiaçı ikinci dərəcəli əlillik statusu olduğu üçün onun sərbəst hərəkətetmə, əmək fəaliyyəti məhdudlaşmış və beləliklə, əlavə dəstək və köməyə ehtiyac duymuşdur. Cavabdeh isə valideyninin xəstə olmasına baxmayaraq onunla əlaqə saxlamır, onun qayğısına qalmır. İddiaçı isə xəstə bir ana olaraq övlad qayğısına ehtiyac duyur. İddiaçı iş üzrə cavabdeh olan övladı ona qayğı və diqqət göstərmədiyi üçün düşünür ki, aralarında etibarlı ailə əlaqələri qalmayıbdır. Cavabdehin öz evi olduğu və ailəsi ilə birlikdə həmin evdə yaşadıqları üçün hazırda mübahisə predmeti olan evdə yaşamırlar. Həmin evdə cavabdehin övladı dərsdən çıxdıqdan sonra bir neçə saat olurlar. Cavabdeh iddiaçıya bildirir ki, iddiaçının açarları dəyişəcəyi təqdirdə polisə müraciət edərək bildirəcək ki əşyaları oğurlanmışdır. Bu təhdidlərə görə iddiaçı evin açarlarını dəyişmir, cavabdeh isə könüllü olaraq açarları vermir. İddiaçı dəfələrlə oğlu ilə danışıqlar aparmaq, aralarında olan mübahisənin sülh - qarşılıqlı razılaşma yolu ilə həll etmək və bununla da etibarlı ailə əlaqələrini saxlamağa cəhdlər etsə də, cavabdeh iddiaçı ilə danışmamış, onun nömrəsini əngəlləmiş və heç vaxt onunla görüşməmişdir. Belə bir vəziyyətdə isə iddiaçının məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Tərəfindən Sabunçu Rayon Polis İdarəsinə 19 iyul 2024-cü il tarixində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərinin onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi müraciət edilmişdir. Cavabdehin adına dövlət qeydiyyatına alınmış və üzərində mülkiyyət hüquqları olan daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanı 5 saylı Bakı "ASAN Xidmət" mərkəzi notariusu tərəfindən təsdiq edi 369 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən hər birinə 1/2 hissə olmaqla X8 və Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 4 ünvanı Cavabdeh Bakı şəhəri 12 saylı NO-nun 4ə-873 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda bildirmişdir, sözügedən fərdi yaşayış evi paylı mülkiyyətdə olsada iddiaçıya məxsus olan mənzil digər mülkiyyətçidən ayrıdır, müstəqil giriş çıxış mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin həllini məhkəmə mülahizəsinə buraxdığını, sözügedən ev əslində nənəsinə məxsus olduğunu, 10 ilə yaxın ailəsi ilə birlikdə nənəsi ilə yaşadığını, nənəsinə öz həyat yoldaşı baxdığını bildirdi. Eyni zamanda hazırki müvahisəli fərdi yaşayış evinə köçərkən evi təmir etdirdiyini, evdə əşyaların hamısının ona məxsus olduğunu bildirmişdir. Sözügedən ev öladlarının məktəbinə yaxın olduğunu, övladları məktəbdən çıxandan sonra evə getmək cavabdehə daha rahat olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 90.60 kv.m olan mənzil 2/3 hissəsi X6, 1/3 hissəsi isə İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-13449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanı 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariusu tərəfindən təsdiq edilmiş 4ə-1369 reystr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən hər birinə ½ hissə olmaqla X8 və Cavabdeh adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 4 ünvanı Cavabdeh adına Bakı şəhəri 12 saylı NO-nun 4ə-873 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi qız-İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. ünvan 7 ünvanındakı yerləşən ümumi sahəsi 90.54 kv/m, yaşayış sahəsi 63.84 kv/m, yardımçı sahəsi 26.7 kv/m, 5 otaqlı olan fərdi yaşayış evinin ona məxsus olan 1/3 hissəsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, sözügedən mənzil iddiaçının mülkiyyətinə anası X3 miras pay olaraq keçmişdir. Cavabdehin mülkiyyətində və istifadəsində digər daşınmaz əmlakların olmasına baxmayaraq cavabdeh mülkiyyətçiyə məxsus əmlakdan istifadə edərək, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Həmçinin işin mübahisə olunmayan halı ondan ibarətdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı ilə mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 paylı mülkiyyətində olsada, iddiaçının mülkiyyətində olan hissə digər mülkiyyətiçinin mülkiyyətində olan hissədən tam təcrid olmuş formadadır. Beləliklə məlum olur ki, Cavabdeh və onun ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini zəbt edərək, iddiaçının mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadəsinə maneə yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli cavabeh Cavabdeh və onun ailə üzvüləri əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan məzildən çıxarılmalı və ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh və onun ailə üzvüləri ünvan 1 ünvanında yerləşən evin iddiaçıya məxsus olan hissəsindən əşyaları ilə birlikdə çıxarılsın və ünvan 1 ünvanında yerləşən evin iddiaçıya məxsus olan hissəsi iddiaçıya təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5466/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5466/2024
29.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver