Məhkəmə qərarları › İş №e-2(008)-5505/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5505/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5505/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin ona aid hissəsindən cavabdeh tərəfindən çəkilmiş hasarın onun öz hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, hüquqi xidmət üçün çəkdiyi 150 manat və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X1 ilə xx.xx.2020-ci il tarixdə icarə hüququnun alğı-satqısı müqaviləsi bağlayaraq Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən 0,02 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə xx.xx.2020-ci ildə qeydiyyata alınmış Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin kadastr göstəricilərini bildirən torpaq sahəsinin planı və ölçüsü barədə sənəd vermişdir. Lakin torpaq sahəsini hasarlamaq istədikdə məlum olmuşdur ki, Cavabdeh adlı şəxsin tikdiyi evin həyətinin bir hissəsi ona aid olan əraziyə düşür və həmin şəxs tərəfindən həyətinə daxil edilməklə hasara alınmışdır. Bu barədə dəfələrlə ona müraciət edərək torpaq sahəsinin boşaldılmasını tələb etsə də, əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrə ilə qeyd edilmiş, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən 0,02 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 tərəfindən İddiaçı xeyrinə yüklü edilmişdir. Məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8750 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: “ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “daşınmaz Əmlakın Dövlət Reyestri” PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-1283/2024 nömrəli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********81 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən 0,02 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********81 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən 0,02 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan tikilinin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********81 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən 0,02 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Məhkəmə araşdırması zamanı keçirilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8750 nömrəli ekspert rəyindən də məlum olur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən 0,02 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Yəni iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmuşdur. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin məzmununa görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətin cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı aid hissəsindən Cavabdeh tərəfindən çəkilmiş hasar onun öz hesabına sökülməli, torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu və hüququ yardım üçün ödənilmiş 150 manat pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı aid hissəsində Cavabdeh tərəfindən çəkilmiş hasar onun öz hesabına sökülsün, torpaq sahəsi boşaldılsın. Cavabdeh 100 (yüz) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) manat pulun əvəzi alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar