Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5526/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil Əmirxan oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və paylarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Hüseyn oğluna Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, 2V-155 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, döngə 3, 39 nömrəli evə Zeynalova Gülay Adil qızı və X3 hər birinə ¼ hissədə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında cavabdehlə aralarında barışıq sazişinin bağlandığını, vərəsəlik payının əvəzinə cavabdeh 1 il ərzində 15000 manat ödəməyi öhdəsinə götürdüyünü, iddiaçı da bunun müqabilində iddiadan imtina etdiyini bildirdi və barışıq sazişinin məhkəməyə qaydasında təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Vəliyev X1 ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda tərəflər arasında razılıq əldə edilmiş, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, döngə 3, 39 saylı evdən X5 və X3 hər birinə 1/4 pay hüququnu qəbul edir, lakin evin satılmasını nəzərə alaraq, payların əvəzinə dəyərini ödəyir. Barışıq sazişi şərtlərinə əsasən:
1. Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, döngə 3, 39 saylı evdən X5 və X3 hər birinə 1/4 pay hüququnu qəbul edir, payların əvəzi olaraq 15000 manat ödəməyi öhdəsinə götürür.
2. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, döngə 3, 39 saylı evə dair iddiadan imtina edir.
3. Cavabdeh1 tərəfindən 15000 manat 1 (bir) il ərzində ödənilməsi öhdəliyi götürülür. Azərbaycan Respubliksı Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə baxışında tərəflər aralarında barışıq əldə edildiyi, barışıq sazişinin tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən icraata Azərbaycan Rspublikası MPM-ni 261.0.5-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRАRА АLDİ:
İddiaçı nümayəndəsi Vəkil ilə, Cavabdeh1 arasında bağlınmış Barışıq sazişi aşağıdaki məzmunda təsdiq edilsin.
1. Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, döngə 3, 39 saylı evdən X5 və X3 hər birinə 1/4 pay hüququnu qəbul edir, payların əvəzi olaraq 15000 manat ödəməyi öhdəsinə götürür.
2. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi, döngə 3, 39 saylı evə dair iddiadan imtina edir.
3. Cavabdeh1 tərəfindən 15000 manat 1 (bir) il ərzində ödənilməsi öhdəliyi götürülür. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev