Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5528/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı qarşı "debitor borcu üzrə 1023,81 manat pulun və 30,24 manat dövlət rüsumunun, ümumilikdə 1054,05 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı qarşı "debitor borcu üzrə 1023,81 manat pulun və 30,24 manat dövlət rüsumunun, ümumilikdə 1054,05 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə AK-02668/07-25 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə"si imzalanmış və həmin müqavilə əsasında "Azəriqaz" İB cavabdehə məxsus fərdi yaşayış evini qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin ödənilməmiş 2012-ci ilin üzrə qalan 66,80 manat sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 154,10 manat sərfiyyat borcu və limitdən əlavə 6,10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 689,55 manat sərfiyyat borcu və limitdən əlavə 39,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-mart ayları üzrə 236,52 manat sərfiyyat borcu və limitdən əlavə 18,48 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 20,76 manat sərfiyyat borcu, cəmi 1231,91 manat sərfiyyat borcu qalmışdır. Cavabdeh 2020-ci ilin mart ayından 2025-ci ilin iyul ayına qədər 208,10 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1023,81 manat debitor borcu qalmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli AK-02668/07-25 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi"ndən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İşdə olan Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh iddiaçı tərəfindən hesablanmış 1024,31 manat məbləğində borcu qəbul edir, maddi vəziyyətini nəzərə alaraq həmin borcun hissə-hissə ödənilməsinin təmin olunmasını öz öhdəliyini götürür, gələcəkdə əsaslı şikayətin olacağı təqdirdə qazın alqı-satqı müaviləsinə birtərəfli qaydada xitam verilməsinə etiraz etmir və qeyd etdiklərini öz imzası ilə təsdiq edir. İşdə olan xx.xx.2025-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00000 nömrəli kodu olan abonent Cavabdeh sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1023,81 manat debitor borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli AK-02668/07-25 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, istifadə etmiş olduğu qazın dəyərini vaxtı vaxtına ödəməmişdir. Cavabdehə məxsus saldodan müəyyən edilir ki, onun sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1023,81 manat debitor borcu vardır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi haqlıdır, bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə **********40 nömrəli mədaxil qəbzi ilə 30,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1023,81 manat debitor borcu və 30,24 manat məbləğində dövlət rüsumu, cəmi 1054,05 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-5528/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5528/2025
22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver