Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5554/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və digər tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azd edilməyi barədə xx.xx.2023-cü il tarixli 29/ K nömrəli əmrin ləğv edilməsi, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddəti üçün əmək haqqının və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək olan dövr ərzində icra etdiyi vəzifə üzrə hesablanmamış əmək haqqı fərqini təşkil edən 1920 manatın pulun və eyni zamanda mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əsl olmayan Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsini əsl Cavabdeh ASC ilə əvəz etmişdir. Məhkəmə işin aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilməsi məsələsini tərəflərin müzakirəsinə çıxartdı. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə işin aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilməsinin daha düzgün olduğunu bildirdi və göndərilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X3 işin Yasamal rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyni bildirdi. Qeyd etdi ki, İdarə heç bir zaman iddiaçı və ya cavabdeh qismində iştirak etmir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətınə görə Yasamla Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin əsasnaməsindən görünür ki, İdarə hüquqi şəxs statusuna malki olmyan qurum kimi fəaliyyət göstərir (2.1-ci bənd), İdarənin əmlakı üzərində mülkiyyət hüququ Cavabdeh ASC-yə məxsusdur. Məhz ba əsasdan məhkəmə cavabdehi əvəz etmişdir. Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonudur (Cavabdeh ASC-nin nizamnaməsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanın olduğu yerə görə verilir Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmsin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydlaranıa riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Lakin, məhkəmə hesab edir ki, hazırki iş aidiyyət qaydlaranıa riayət edilməklə Sabunçu rayon Məhkəməsinə verilməmiş, iş sonradan Yasamal rayon Məhkəməsinə aid olmamış, əvvəldən cavabdeh düzgün seçilməmiş və əvvəldən iddia ərizəsi səhvən Sabunçu rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli, 4 nömrəli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçının Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin işdən azd edilməyi barədə xx.xx.2023-cü il tarixli 29/ K nömrəli əmrin ləğv edilməsi, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddəti üçün əmək haqqının və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək olan dövr ərzində icra etdiyi vəzifə üzrə hesablanmamış əmək haqqı fərqini təşkil edən 1920 manatın pulun və eyni zamanda mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq xeyrinə verilməsinə dair iddiası üzrə mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5554/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5554/2023
04.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver