Məhkəmə qərarları › İş №e-2(008)-5577/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5577/2024

28.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5577/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı barəsində tərtib edilmiş 232K saylı, xx.xx.2024-ci il tarixli əmri ləğv edərək İddiaçı işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, nümayəndəsi və vəkili olduğu İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-nin mağazalar şəbəkəsində anbardar vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə öz xahişi ilə (tərəflərdən birinin xahişi ilə) xitam verilməsi barədə çalışdığı Cavabdeh MMC Mağazalar Şəbəkəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh MMC onun təklifi ilə razılaşmış və 14 gün sonra gəlməyini bildirmişdir. 14 gün sonra Cavabdeh MMC-yə məxsus son haqqhesab blankı xx.xx.2024-cü il tarixdə işçiyə (İddiaçı) imza etdirilmişdir. Lakin ƏMAS-da (Əmək və Məşğulluq Altsistemində) əmək müqaviləsinə xitam verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsinə xitam verilməsinin cavabdeh tərəfindən həyata keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət ünvanlanmışdır. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı X1 ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işçi ilə olan əmək müqaviləsinə xitam verdiyi təqdirdə onu əsaslandırmalı, hansı əmək vəzifələrinin pozulduğunu göstərməlidir. Adı çəkilən maddə əmək qanunvericiliyinin əsas normalarından biridir. Çünki maddə bilavasitə işçilərin hüquq və azadlıqlarının qorunmasına təminat verir. Belə ki, yuxarıda qeyd etdiyi və iş materiallarında olan məktubun məzmununa baxılsa çox rahatlıqla görünür ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin heç bir əsası göstərilməmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı ilə olan əmək müqaviləsinə nə üçün 70-ci maddənin “ç” bəndi ilə xitam verildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən halların heç biri mövcud deyildir və bu əsasla əmək müqaviləsinə xiatm verilə bilməz. İddiaçı 21,05.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin N°317-5/2-14-43553/2024 saylı, 05 iyul 2024-cü il tarixli cavab məktubuna əsasən iddiaçının müraciətində göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Belə ki, iddiaçı əmək mübahisəsinin mediasiya sessiyasında həll edilməsi məqsədilə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-01269 saylı. xx.xx.2024-cü il tarixli “X4 (İMS) İştirak edilməməsi barədə” Arayış bu faktı təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmənin vermiş olduğu suala cavab olaraq isə bildirmişdir ki, o işəgötürənə işdən çıxma barədə ərizə verdikdən sonra xx.xx.2024-cü il traixədək işə getmiş və həmin müddətdə əmək haqqısınıda almışdır. (xx.xx.2024-cü il tarixdə keçirlən məhkəmə iclasının 21:27-ci dəqiqələr) Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh MMCnin nümayəndəsi X5 iddia tələbi qəbul etməyərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin mağazada maddi məsuliyyətli şəxs olduğu dövürdə mağazada yaranmış 16.747.38 manat əksiklik səbəbindən xitam verildiyini, qeyd edilən ziyanın 4800 manat olan hissəsini iddiaçıya aid edilməsini və həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsini, ödəniş qaydasının ilkin olaraq 2000 manat olan hissəsinin ödənilməsi və yerdə qalan hissəsinin isə aylıq əmək haqqının müəyyən tutulmalar ilə aparılmasına dair barışığ təklif irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehə tərəfindən irəli sürülmüş barışığ təklifinin şərtlərinə münasibət bildirərək qeyd etmişdir ki, onun və mağazanın müdürünün maddi məsluliyyətili olduğu dövürdə mağazada olan mallarda yaranmış 16.747.38 manat məbləğində olan açığın, yalnız 4800 manat olan hissəsi ona aid edilə bilər. O sözügedən zərəri iddiaçıya ödənilməsinə etiraz etmədiyini lakin ilkin olaraq 2000 manat ödəyə bilmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi X5 etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. İşəgötürən Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində Əmək müqaviləsi bağlanmışdır və iddiaçı anbardar vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır və həmin tarixdə “Anbardarın” Vəzifə Təlimatı ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı “Təhvil-təslim haqqında tam sayım aktı” əsasında “Grandmart Vorovski” mağazasını mağaza müdiri X6 ilə birgə təhvil almışdırlar. xx.xx.2024-cü il tarixində iddiaçının “Grandmart Vorovski” mağazasında Qida və Qeyri-qida mallarının sayımı aparılmışdır və nəticədə 16.747,37 manat məbləğində əskiklik müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində “Təhvil-təslim haqqında Tam Sayım” aktı tərtib edilmişdir. Həmin aktla “Grandmart Vorovski” mağazasında xx.xx.2024-cü il tarixində Qida və Qeyri-qida mallarına dair aparılan sayımın nəticəsi müəssisənin icraçı direktoru, satış departamentinin direktoru, kommersiya departamentinin direktoru, maliyyə müdiri, audit şöbəsinin müdiri, mağaza müdiri və təhvil verən mağaza müdiri X7 və iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmişdir. Mağaza müdiri X7 və anbardar İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Ramil Məmmədliyə verdikləri xx.xx.2024-cü il tarixli İltizamnamədə qeyd edilir : “Bu iltizamnamə ilə bildirir ki, mağazada aparılan inventarizasiya siyahısında 1 nömrəli nömrəsindın 11563 nömrəli sıra nömrəsinə kimi sadalanan bütün mal-material dəyərləri onun (onların) iştirakı ilə yoxlanıldı və siyahıya alındı, bununla əlaqədar invertarizasiya komissiyasına iddiası yoxdur. Siyahıda qeyd edilən mal-material dəyərləri onun (onların) maddi məsuliyyətində saxlanır.”xx.xx.2024-cü il tarixdə mal-pul dövriyyəsinin auditinin aparılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Başirov Şərif Miri oğlu ilə Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Auditorun 21/03 saylı, xx.xx.2024-cü il tarixli Rəyinə əsasən, Cavabdeh MMC-nin mağaza müdiri X7 və anbardar İddiaçı xx.xx.2024-cü il tarxə öhdəsindəki 16.747,37 manatlıq ehtimal olunan çatışmazlıq ilkin sənədlərlə uyğun olaraq düzgün və ədalətli təsəvvür yaradır. Göründüyü kimi iddiaçı tərəfindən əmək funksiyalarını kobud şəkildə pozulması “Təhvil-təslim haqqında Tam Sayım” aktının və iltizamnamənin imzalanması ilə tam təsdiq olunur. Cavabdeh MMC-nin şikayəti əsasında İddiaçı barəsində Sabunçu rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72- ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı tərəfindən işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurması və bununla da üzərinə düşən əmək vəzifələrini yerinə yetirməməsi açıq aşkardır və təqdim olunmuş sübutlarla tam təsdiq olunur. İddiaçı imzaladığı aktla işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurulmasını təsdiq etmiş və qəbul etmişdir. Hazırda onun bu halları inkar etməsi və qəbul etməməsi, özünü məsuliyyətdən yayındırmaq məqsədi gedir. Qeyd olunmalıdır ki, iddiaçı hazırki vaxtadək işəgötürənə vurduğu ziyanı ödəməmişdir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və həmin əmrdə əmək müqaviləsinin ləğvi əsası kimi iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobud şəkildə pozulması olmuşdur. Qeyd olunmalıdır ki, əmək müqaviləsi bağlanmaqla tərəflər arasında qarşılıqlı etimad münasibəti qurulur. Qayda olaraq, tərəflər sadəcə müqavilənin bağlandığı anda deyil, gələcəkdə də yerinə yetirilməli olan işlərin görüləcəyinə, müəyyən davranışların davam edəcəyinə güvənərək əmək münasibətinə girirlər. Bu səbəbdən əmək müqaviləsinin tərəfləri qarşılıqlı olaraq etimad şəraitində öz öhdəliklərini davam etdirməyə məcburdurlar. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, sözügedən etimad münasibətini tamamilə aradan qaldırmasa belə, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün bir zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) ƏMnin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı- ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. Normanın məzmunundan da görünür ki, həmin şərtlər ƏM-nin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin əxlaqa və ya dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad (güvən) tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. İddiaçı ilə maddi məsuliyyət haqqında müqavilə imzalanmış və əmək müqaviləsinə əsasən onun əmək vəzifələri olmuşdur. Həmin əmək vəzifələrinə görə iddiaçı mağazada malların satışını elə təşkil etməli idi ki, həmin təşkiletmə işəgötürənə maddi ziyanın vurulması ilə nəticələnməsin. Lakin iddiaçı göründüyü kimi üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş, işlədiyi dövr ərzində böyük məbləğdə əskikliyin yaranmasına şərait yaratmış və bu hallar da işəgötürənə maddi ziyan vurmaqla nəticələnmişdir. Bu səbəbdən həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən o, işəgötürənə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır. Maddi ziyanın vurulması müxtəlif formalarda özünü biruzə verə bilər. Bu, işçilərin malların oğurlanmasında və iddiaçının buna lazımi qaydada nəzarət etməməsinə, iddiaçı tərəfindən bilavasitə malların çatışmazlığına şərait yaradılması və sair. İddiaçı mağazanın anbardarına məsul olan şəxs olmuşdur və bu səbəbdən yaranmış hər çatışmazlığa görə maddi məsuliyyət daşıyırdı. Aparılmış audit nəticəsində iddiaçının işlədiyi dövr ərzində mağazada malların çatışmazlığı halı öz təsdiqini tapdığı üçün, şirkət onunla əmək münasibətlərini davam etdirilməməsində tam haqlı olmuşdur. Eyni zamanda iddiaçı yaranmış maddi ziyanı ödəməkdən də imtina etdiyi üçün, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün bütün əsasları olmuşdur. Beləliklə, Əmək Məcəlləsinə əsasən işəgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermək hüququ olduğu üçün, qəbul edilmiş əmr tam qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və bu səbəbdən də irəli sürülmüş tələb əsassızdır və rədd edilməlidir. Bundan başqa, İddia tələbi əmək mübahisəsi olduğundan iddiaçı cavabdehə “Əmrə dəyişiklik edilməsi tələbi” ilə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Bundan sonra o mediasiya prosesinin keçirilməsi üçün Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “X4 iştirak edilməməsi barədə arayış” verilmişdir. Göründüyü kimi mediasiya prosesində olan tələb ilə məhkəməyə verilmiş iddia tələbləri fərqlidir. Hesab edir ki, belə olan halda hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Beləliklə, göstərilənləri nəzərə alaraq iddianın baxılmamış saxlanılmasını, əks halda isə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “Grand Mart MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də əsas iş yeri üzrə anbardar vəzifəsinə işə qəbul olunmuşdur. “Grand Mart MMC ilə İddiaçı arasında bağlanılmış “Tam maddi məsuliyyət” haqqında müqavilənin surətindən görünür ki, İddiaçı işəgötürən tərəfindən ona təhkim olunmuş maddi sərvətlərin saxlanılması üçün üzərinə öhdəlik götürmüşdür. Grand Mart MMC-də icraçı direktor vəzifəsində çalışan R.Məmmədlinin, satış departamentinin direktoru Ş.İsmayılov, mağaza müdiri Tərlan Mirzəzadə, audit şöbəsinin müdiri vəzifəsində işləyən Z.Quliyevn və mağaznın anbar üzrə müdür müavini vızifəsində çalışan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Grandmart MMC-yə məxsus Grandmart Vorovski mağazasında xx.xx.2024-cü il tarixində Qida və qeyri-qida mallarına dair aparılan “təhvil-təhslim haqqlnda tam sayımın” nəticəsindən görünür ki, sözügedən mağazda 16.747.37 manat məbləğində əksik mal fəqi yaranmış olduğu müəyyən edilmişdir. yaranmış artıq fərqin miqdarı 9.245,53, məbləğin miqdarı 16.747,37 manat qeyd edilmişdir. Mağaza müdürü X6 və İddiaçı tərəfindən imzalanmış iltizamnamədən görünür ki, mağazada aparılan inventarizasiya siyahısında 1 sıra nömrəsində 11563 nömrəli sıra nömrəsi kimi sadalanan bütün malların dəyəri onların iştirakı ilə yoxlanılaraq siyahıya alındığı qeyd edilir. Audit prosedurlarının aparılmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, MMC-nin Mağaza müdiri X2 və anbardar İddiaçı xx.xx.2024-cü il tarixə öhdəsindəki 16.747.38 (on altı min yeddi yüz qırx yeddi manat, 38 qəpik) manat məbləğində ehtimal olunan mal çatışmazlığı ilə əlaqədar qanunvericiliyinin tələblərinə uyğun addımlar atılması günahkar şəxsin müəyyən edilməsi hüquq mühafizə orqanları tərəfindən müvafiq əməliyyat- axtarış tədbirləri nəticəsində müəyənləşdirilə bilər, mağaza müdiri X2 və anbardar İddiaçı hesabındakı ehtimal olunan çatışmazlığın tam araşdırılması üçün hüquqmühafizə orqanlarına müraciət olunması təklif edilmişdir. Grand Mart MMC-nin xx.xx.2024-cü il tarixli 232K nömrəli əmrinin surətindən görünür ki, Grand Mart MMC-nin mağazalar şəbəkəsi bölməsində anbardar vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 “ç” –işçi öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəlikləriniyerinə yetirmdəkdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanana hallarda əmək vəziflərini kobud şəkildə pozduqda maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair əmr vermişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 20.3 məzuniyyət gününün son haqq-hesabının ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanladığı məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verildiyi barədə məlumatlandırılaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq, xahiş olunur ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşıb Əmək kitabçasını almağı bildirilmişdir. "xxxx" MMC-nin Son haqq-hesab blankının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı 630 manat əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 317-5/2-14-43553/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixindək dayandırıldığından müraciətlə göstərilən halların araşdırılması və tədbir görülməsi mümkün olmamışdır. X4 iştirak edilməməsi barədə MŞB/6-01269 nömrəli 10 iyul 2024-cü il tarixli arayışında görünür ki, 60 manat məbləğində mediasiya rüsumu X3 oğlu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; - Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin mübahisə olunmayan halı ondan ibarətidir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də anbardar vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış “tam maddi məsuliyyətə” dair müqavilədən görünür ki, işçi ona təhvil verilmiş malların salamatlığınını qorunması üçün üzərinə tam maddi məsuliyyət götürmüşdür. xx.xx.2024-cü il tarixdə “Təhvil təslim haqqında” sayım aktından müəyyən edilir ki, sözügedən mağazda müdür vəzifəsində çalışan X2 və İddiaçı 16747.38 manat mal çatışmazlığı olduğu təsdiqlənmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, Grand Mart MMC-nin mağazalar şəbəkəsi bölməsində anbardar vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 “ç” –işçi öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəlikləriniyerinə yetirmdəkdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanana hallarda əmək vəziflərini kobud şəkildə pozduqda maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair əmr vermişdir. Belə olan halda məhkəmə iddia tələbinin Cavabdeh MMC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh MMC baş anbardar vəzifəsinə isə bərpa edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilk olaraq onun öznün ərizə yazaraq işdən azad olunmasını işə götürəndən xahiş etdiyini bildirsədə, belə bir ərizəni işəgötürənə təqdim etməsin təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu halı təsdiq edəcək yeganə sübut kimi iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin Son haqq-hesab blankına məhkəmə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəmə iclasında izahat verərək xx.xx.2024-cü il tarixədək işə getməsini və həmin günədək əmək haqqının aldığını bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixədək əmək haqqı aldığı halda xx.xx.2024-cü il tarixdə son haqqı hesaba dair pul alması mümkün olmadığından həmin sübut əsaslı hesab edilə bilməz. İkinci bir hal kimi isə iddiaçı sözügedən əmrin əsası kimi əmrin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığını yəni Əmək Məcəlləsinin 72-ci maddəsinin konkret bəndinə əsaslanmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf isə iddaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin sözügedən məcəllənin 72-ci maddəsinin c bəndinə əsasən yəni işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması bəndinə əsasən xitam verildiyini bildirmiş və buna dair sənədləri məhkəməyə təqdim etmiş, həmçinin tərəflər arasında barışığın olunması üçün onlara dəymiş 16.747.38 manat ziyanın 4800 manat hissəsinin iddiaçı tərəfinən ödənilməsi şərt qoymuşdur. İddiaçı isə maddi ziyanının 4800 manat olann hissəsinin onun tərəfindən törədilməsini inkar etməmiş yalnız iddiaçı tərəfindən ona təkilif olunan 4800 manatın ilkin olaraq ödəməli olduğu 2000 manat hissəsini ödəyə bilməyə imkanı olmadığını bildirmişdir. Belə olan hallarda iddiaçının təqsirli hərəkətlər nəticəsində işəgötürənə maddi zayanın dəyməsi iş matriallarına əlavə edilmiş sənədlərdən habelə iddiaçının vermiş olduğu izahatından sübut olunduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar