Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5585/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qaşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı əmlaka “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2713 (iki min yeddi yüz on üç) manat məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli “Borcun etirafı və X4” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 3011 (üç min on bir) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2020-ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə yekun olaraq 2713 (iki min yeddi yüz on üç) manat borcu qalmaqdadır. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Borcun etirafı və X4” müqaviləyə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan borcun etirafı və X4 xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində Oba- Maştağa və Xəzər mağazalarında administrator vəzifəsində çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində Cavabdeh 3011 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Borclu 3011 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. Borcun etirafı və X4 xx.xx.2020-ci il tarixli müqavilənin nəticəsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Kazım oğlu ilə xx.xx.2020-ci il tarixində “Borcun Etirafı və X4 Müqavilə” bağlanmış və 3.011 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi 2713 manat təşkil edir. xx.xx.2017-ci il tarixli aktivlər üzrə inventarizasiya siyahısından görünür ki, OBA 146 mağazasında 595 sıra nömrəsi ilə 37801.21 manat məbləğində mal sayılmışdır. xx.xx.20217-ci il tarixində OBA Maştağa 2 filialında aparılmış invertarizasiya nəticələrinə dair ilkinaktan məlum olur ki, aparılmış sayım nəticəsində 1207.10 manat məbləğində olan malların çatışmazlığı müəyyən edilmişdir, məsul şəxs kimi Cavabdeh qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3011 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1-ci maddəsinə görə Əmək müqaviləsi üzrə işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıması əsas vəzifəsidir. Həmin Məcəlləninin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh əmək müqaviləsi əsasında İddiaçı MMC-də administrator vəzifəsində OBA-Maştağa və Xəzər mağazalarında çalışmışdır. İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin sözügedən mağazalarda administrator vəzifəsində çalışan zaman iki dəfə xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə invertazasiya keçirilmiş və cavabdehin 3011 manat məbləğində mağazaya maddi ziyan vurmuş olduğu aşkarlanmış və buna dair işçi ilə işə götürən arasında xx.xx.2020-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmışdır. Və cavabdeh iddiaçıya vurmuş olduğu maddi ziyandan 293 manat hissəsini ödəmişdir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin iddiaçıya vurmuş olduğu maddi ziyanla bağlı xx.xx.2017-ci il tarixdə aparılmış invertazasiya aktını məhkəməyə təqdim etsədə, xx.xx.2017-ci il tarixdə aparılmış invertazasiya aktına məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya vurmuş olduğu zərər yalnız xx.xx.2017-ci il tarixdə aparılmış invertazasiya aktı ilə bağlı hissəsi sübut olunduğundan iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli invertazasiya aktından məlum olur ki, cavabdehin maddi məsuliyyət daşıdığı malların sayımı nəticəsində 1207.10 manat məbləğində olan malların çatışmazlığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə iclası zamanı habelə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan da görünür ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin 298 manat hissəsi ödənmişdir. Beləliklə məhkəmə bu nəticəyə gəlirki, iddia tələbi üzrə cavabdhin iddiaçıya vurmuş olduğu zərərdən sübut olunan hissəsindən ümumi ödəniş çıxılmalı yerdə qalan hissə isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.(1207.10-298=909.10 manat) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin iddia tələbinin 48 manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair iddia tələbini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən 909.10 təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuda həmin hissəyə münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 909.1 (doqquz yüz doqquz manat, on qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5585/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5585/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver