Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-568/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı X1 evə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi verərək, iddiaçının mülkiyyətində olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Qəmbərov küçəsi ünvanında yerləşən 14/2 nömrəli fərdi yaşayış evindən X1 istifadə hüququnun itirililmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 11, 14/2 saylı ev xx.xx.2017-ci il tarixində qeydə alınmış ********** nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən mənzildə iddiaçının oğlu X6 pasport qeydiyyatındadır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 atası Cavabdeh himayəsinə verilməsi qərara alınmış və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsinə minmişdir. İddiaçının azyaşlı oğlu məhkəmə qətnaməsi ilə atası- Cavabdeh himayəsinə verilmişdir. O, artıq 4 ildən çoxdur ki, həmin mənzildə yaşamır və adıçəkilən fərdi yaşayış evindəki qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh hazırda faktiki olaraq digər ünvanda yaşasa da, iddiaçıya məxsus evdə qeydiyyatdadır. Hal-hazırda cavabdehin onun evində qeydiyyatda olması, iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı, öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanını da məhdudlaşdırır. Bundan başqa, iddiaçı yenidən ailə qurmuşdur. Cavabdeh iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. O, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda onun oğlu X6 qeydiyyatdadır. Nizaminin həmin mənzildən yaşamamasının səbəbkarı elə iddiaçı özüdür. Belə ki, 3 ilə yaxındır ki, iddiaçı tərəfindən həmin mənzil "xxxx" MMC-yə məxsus RELİVİUM Reabilitasiya Mərkəzinə icarəyə verilmişdir. Bu səbəbdən də cavabdeh və oğlu qardaşı X7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəqqi, 10-cu döngə, giriş 163 B ünvanda qonaq kimi müvəqqəti yaşayırlar. Nə cavabdehin, nə də ki, oğlu Nizaminin özünəməxsus yaşamaq üçün yeri yoxdur. Yuxarıda qeyd edilən səbəblərə görə oğlu Nizami Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qəmbərov küçəsi, ev 14/2 saylı evdə olan istifadə hüquqlarını həyata keçirə bilmir. İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, istifadə hüquqlarının qanunla müəyyən edilmiş müddətdən artıq, yəni 6 aydan artıq saxlanılmasına yol verilmir. Qeyd edilən bu xüsusatla bağlı bildirir ki, həmin qərarda şərh edilmiş Mənzil Məcəlləsində icarədar və onun ailə üzvlərindən bəhs edilir. Lakin, hazırkı mübahisədə isə mülkiyyətçi və onun ailə üzvü arasındakı münasibətlərdən irəli gələn mübahisələrə baxıldığı, 2009-cü ilin oktyabrın 1-dən yeni qüvvəyə minmiş Mənzil Məcəlləsində istifadə hüququnun xitam edilməsinin hər hansı müddətlə şərtlənmədiyini, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsini nəzərə alaraq halhazırda baxılan mübahisəyə Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi Konstitusiya və qanunlara ziddir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Qərarına əsasən, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qayda hüquqi müəyyənlik prinsipindən irəli gələn qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin edilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə əlaqədar məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmamalıdır. Odur ki, cavabdeh X6 xx.xx.2009-cu ildə sözügedən mənzildə dünyaya gəldiyi üçün onunla mülkiyyətçi arasındakı mübahisəyə AR MM-nin 228ci maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin yuxarıda qeyd edilən faktiki hallarından da göründüyü kimi Cavabdeh və Abdullayev Nizami özlərinə hər hansı bir yaşayış sahəsi əldə etməmişdir, hal-hazırda cavabdeh qardaşına məxsus mənzildə müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Yuxarıda göstərilən faktiki halları və qanunvericiliyin müvafiq tələblərini rəhbər tutaraq X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qəmbərov küçəsi, ev 14/2 saylı evdə olan istifadə hüququna yalnız bazar qiymətinə uyğun kompensasiya verilməklə xitam verilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdeh bütün əmlaklarını satmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və Cavabdeh yetkinlik yaşına çatmamış bir oğlu var – xx.xx.2009-cu il tarixdə doğulmuş X8 (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 259529 №-li doğum haqqında şəhadətnamə). İddia ilə cavabdehin arasında xx.xx.2017-ci il tarixdə birgə nikah dövründə əldə olunmuş əmlaklarin bölünməsinə dair Saziş təsdiq edilmiş, Bakı şəhəri 50 saylı notariat kontorunda reyestrdə 3M-667 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin sazişə əsasən: ünvan 6 ünvanında 2 otaqlı mənzil, ünvan 7ləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qaraj, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 28, ünvanında 7 saylı avtodayanacaq Cavabdeh mülkiyyətində qalmış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 8 ünvanında mənzil Cavabdeh mülkiyyətinə verilmişdir; ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi ( mübahisəli ev) X4 mülkiyyətinə verilmişdir. Beləliklə sazişə əsasən iki mənzil, iki qeyri-yaşayış sahəsi cavabdehdə, bir ev iddiaçıda qalmışdır. Hazırda cavbadehin mülkiyyətində heç bir daşınmaz əmlak qalmamışdır (izahata əsasən cavabdeh hamısını satmışdır). Hazırda sazişə əsasən iddiaçının mülkiyyətinə verilmiş 246,1 kv metr ümumi sahəsi olan mübahisəli ev (sonradan – mübahisəli ev) İddiaçı mülkiyyətindədir (daşınmaz əmlakın dövlət reyestrində **********05-10301 reyestr nömrəsi, ********** qqeydiyyat nömrəsi, xx.xx.2017 qeydiyyat tarixi ilə qeydiyyat alınmışdır). Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il tarixdə doğulmuş X5 və xx.xx.2009-cu il tarixdə doğulmuş X2 analarının yanında qalmaları qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qanıni qüvvəsini almış qətnaməsi ilə X2 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, X8 nikah pozulandan sonra onun anasının yanında qalması qət edildiyinə baxmayaraq əslində atasının yanında qaldığını bildirmiş və onu atasından ayırmamağı xahiş etmişdir. Lakin, X8 atası ilə yaşamağına baxmayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qəmbərov küçəsi, ev 14/2 saylı evdə qeydiyyatda qalmışdır. İddiaçı həmin evi icarəyə vermişdir. Hazırda iddiaçı oğlunun istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X10 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair qərarında bu məsələlər öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, X1 valideynlərinin arasında əmlak bölgüsü olduqdan sonra, o, atası ilə birlikdə getdikdən sonra onun mübahisəli evə hüquq itmişdir və onun həmin evdəki qeydiyyatı formal xarakter daşıyır. Qeyd edildiyi kimi, əmlak bölgüsü zamanı cavabdehin payına daha çox daşınmaz əmlak ayrılmışdır. Məhkəmə, hazırda cavabdeh tərəfindən onun adında hər-hansı əmlakın olmaması səbəbindən oğlunun mübahisəli evə hüququnun tanınmasını istəməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Halbuki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 ünvan 11 ünvanında yerləşən 14/2 nömrəli fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X3 ünvan 11 ünvanında yerləşən 14/2 nömrəli fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdehnın evə olan qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-568/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-568/2025
12.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver