Məhkəmə qərarları › İş №e-2(008)-579/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-579/2025

31.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-579/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.B.Köçərli (keçmişY.Qasımov) küçəsində 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv olan iki otaqlı evə köçürülməsi və qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.B.Köçərli (keçmişY.Qasımov) küçəsində yerləşən 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv.m olan iki otaqlı təmirsiz evi vasitəçi ilə 12500 manat pul verməklə Cavabdeh almışdır. Evin mülkiyyət sənədi olmadığından sahidlərin iştirakı aralarında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır və razılaşdığı on iki min beş yüz manat pulu cavabdehə vermişdir. Cavabdeh pulu alandan sonra evi boş vəziyyətdə açarları ilə birlikdə ona təhvil vermişdir. Bundan sonra evin planı tərtib etdirmişdir. Həmin evin planı onun adınadır. Bələdiyədə evin vergi ödəyicisi kimi qeydiyyata alınmış və evin vergisi o, ödəyir. Habelə evin bütün kommunal xidmətləri -qazı, suyu, işığı onun adınadır və bütün komunal xərcləri onun özü ödəyir. Bu ilin sentyabr ayının əvəlində evə gələndə evin kilidinin dəyişdirildiyini görmüşdür. Məlum oldu ki, evinin kilidi cavabdeh tərəfindən özbaşına olaraq dəyişdirmişdir. O, cəhd etsə də cavabdeh evinin qapısının özbaşına dəyişdirdiyi kilidinin açarlarını vermir. O, Qarabağ müharibəsi veteranı və əlilidir. Cavabdehin onun aldığı ev üzərində heç bir hüququ yoxdur. Həmin ev onun əmlakıdır. Cavabdehin özbaşınalıq edərək kilidi dəyişib onun evindən məhrumetməsi qanunsuz olmaqla əmlak hüquqlarını pozmaqdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müracət edərək, iddianı qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, o, oğlunu həbsdən qurtarmaq üçün 3 otaqlı evini Hikmətə satmışdır. Hikmət onu aldadaraq evi almışdır. O evi 28000 manata satışa qoymuşdum. Amma məcbur qalıb 12000 manata Hikmətə satmışdır. Ev Sənaye texnikomunun yanında yerləşdiyi üçün qiyməti baha idi. Sonra mən oğluna dedi ki, ev 12000 manata satdı ki, onu həbsdən çıxarım. Oğlu çox əsəbləşdi ki, 3 otaqlı evi çox ucuz satmısan. Sonra oğlu vəkilinə zəng edərək bildirdi ki, evi satdığı adama deyin ki evi satmırlar geri qaytarsın. Hikmət bildirmişdir ki, evi qardaşı usta olduğu üçün divarlarını və yerini boyamışdır. Hikmət evi təmir edib satmaq istəyirdi 20000 manata. Hikmət hamıdan ucuz ev alıb təmir edib satır.Hikmət evdən manqalını aparıb. Hikmətə bildirib ki, manqal alıb ona versin. Evdə bəzi əşyalarını Hikmət oğurlayıb. Onun başı xəstədir, başında səslər olur. Hikmət evə görə ona az pul verib. O, evini satıb müalicə elətdirmək istəyir. O,Hikmətdən pulunu istəyəndə Hikmət ona daş atıb. Hikmət çox yalaçıdır. Evin damı sökülüb, divarların kağızları qopub. Yağış yağanda evin içinə tökülür. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli ev-alqı satqı müqaviləsi adlnadırılan müqavilədən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi üvanında yerləşən 2 otaqlı, sənədsiz, təmirsiz evi İddiaçı Murtiza oğluna 12500 manata satmışdır. İş materiallarında olan "xxxx" QSC-nin izahat və cizgilərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən İddiaçı məxsus evə qaz xətti çəkilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı "xxxx" QSC-nə ərizə ilə müracət edərək abunəçi kodunun açılmasını xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi evin təxmini dəyəri 22500 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 2.1.Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 158.1 və 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 158.2.Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 69.1.Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Məhkəmə ilk olaraq qeyd edir ki, işin mübahisə olaunmayan halı ondan ibarətdir ki, sözügedən fərdi yaşayış evi özbaşına tikilidir. Yəni nə iddiaçının nə dəki cavabdehin sözügedən evə və onun yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüquqmüəyyən edici sənədi mövcud deyildir. Eyni zamanda işin hallarından habelə tərəflərin hər ikisinin vermiş olduğları izahtalarından da məlum olur ki, sözügedən fərdi yaşayış evi ilk öncə cavabdehə məxsus olmuşdur. xx.xx.2018-ci il tarixdə cavabdeh öz istifadəsində olan evi iddiaçıya 12500 manata satmışdır. Beləliklə məlum olur ki, cavabdehin əmlaka mülkiyyət hüququ olmasında, həmin əmlakın tikintisinə sərf olunun pul vəsaitinə mülkiyyət hüququ olmuşdur. Lakin cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, cavabdehin evin tikintisinə dair olan hüquqlarını 12500 manata iddiaçıya satmışdır. Sonradan cavabdeh evə olan hüquqlarını cavabdehə satarkən tərəflər arasında razılaşdırılmış məbləğin az olması qənaitinə gələrək özü evə daxil olmuş və qansuz hərəkətlərinə davam edərək iddiaçının evə daxil olmasına maneə yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, cavabdehin evin tikilməsinə sərf olunmuş vəsaitə olan hüquqlarını iddiaçı satmışdır, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.B.Köçərli (keçmişY.Qasımov) küçəsində 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv olan iki otaqlı evə köçürülməli, iddiaçının evə köçürülməsinə cavabdeh tərəfindən müdaxilə edilməsi qadağan edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi təmin edildiyindən, iddiaçının dövlət rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Firudinbəy Köçərli küçəsində yerləşən (Bakı şəhəri Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 37A ) 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv.m olan iki otaqlı özbaşına tikiliyə köçürülsün və Cavabdeh iddiaçının evə daxil olmasına qanunsuz müdaxilə edilməsi qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar