Məhkəmə qərarları › İş №e-2(008)-5805/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5805/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5805/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi X6 nümayəndəsi və vəkili Ərizəçi iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığın olmaması və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X13 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığın olmaması və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi» tələbi ilə məhkəməyə müraciət edərək, ərizəçi X6 vətəndaşlığının olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X13 (Pasport : Xİ-T/ № 560487) 13 aprel 1944-cü il tarixdə SSSR-də Gürcüstan Respublikası ərazisində anadan olmuşdur. 1992-ci il 20 yanvar tarixində o, Azərbaycan Respublikası ərazisinə daxil olmuş və indiyədək burda yaşamışdır. 1970-ci ildən başlayaraq Gürcüstan ərazisində əmək fəaliyyətinə başlamış, 1993-cü ildən başlayaraq 1997-ci ilədək Azərbaycan ərazisində əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra səhhətinin pozulması səbəbi ilə dəfələrlə həkim müayinələrində olmuş, müalicələr almış, ev şəraitində xəstə olaraq yatmışdır. Səhhəti qaydasında olmadığından, yeni şəxsiyyətini təsdiq edən sənədi olmadığından notarius vasitəsi ilə etibarnamə alması mümkün olmamış, nəticədə Miqrasiya Xidmətinə birbaşa müraciət edə bilməmişdir. Ərizəçinin həyatyoldaşı, qızı, nəvəsi Azərbaycan Respublikasının vətəndaşlarıdır. X2 ilə əlaqədar olaraq Dövlət Miqrasiya Xidmətinə vətəndaşlığın əldə edilməsi ilə bağlı yalnız 23 yanvar 2021 -ci il tarixdə müraciət edə bilmiş, 01 mart 2021-ci il tarixli ******* saylı arayışla bildirilmişdir ki, X6 Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstan vətəndaşlığının olmaması barədə Gürcütan Səfirliyinə göndərilmiş vəkil sorğusuna cavab olaraq, Gürcüstan Səfirliyi xx.xx.2023-cü il tarixli, 12/6630 saylı məktubla bildirmişdir ki, X1 vətəndaşı hesab edilir. Məktubdan da görünür ki, şəxs doğulduğu tarixdən Gürcüstan və Azərbaycan ərazilərində yaşamışdır, lakin təəssüf ki, heç bir ölkənin vətəndaşlığını alması mümkün olmamışdır. Bu isə şəxsin insan hüquqlarının pozulmasına gətirib çıxarır. Hazırda ərizəçi Adil Əliyev Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək niyyətindədir. X6 hazırda vətəndaşlığını (şəxsiyyətini) təsdiq edən sənədin mövcud olmaması və belə bir sənəd üçün müraciət etsə də, əldə etməsinin mümkün olmaması (hansı ki, ərizəçinin məhkəməyə müraciət etməsi səbəbini hazırda bu təşkil edir) səbəbindən Notariat orqanları tərəfindən etibarnamənin təqdim edilməsi mümkün olmamışdır. Ərizəçinin özünün səhhətinin yaxşı olmaması səbəbindən (həmçinin şəxsiyyəti təsdiq edən sənəd olmadığından asan imza alınması mümkün olmamışdır) onun məhkəməyə ərizəsini birbaşa göndərməsi və məhkəmə iclaslarında birbaşa iştirak etməsi demək olar ki, qeyrimümkündür. Bütün bu göstərilənləri, insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu, humanizm prinsipini əsas tutaraq, ərizəçi tərəfindən mənə - vəkil Ərizəçi şəxsən (ərizəçinin öz şəxsi imzası ilə) təqdim edilmiş etibarnamə əsasında ərizə və ona əlavə edilmiş sənədlərin elektron məhkəmə sistemi vasitəsi ilə göndərilməsi mümkün olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfriliyinin konsulunun məktubunda xx.xx.1944-cü il təvəllüdlü X7 Gürcüstan vətəndaşı hesab edildiyi qeyd edilsə də, Səfirlik ərizəçinin Gürcüstan vətəndaşı olmasının təsdiqi üçün ərizə ilə müraciət etməli olduğunu bildirmişdir. Belə olan halda ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması məlum olur. Ərizə tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbədar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli maraqlı şəxs tərəfindən ünvanlanmış ərizədən görünür ki, ərizəçi X13 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “1993-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair” mülki işlə əlaqədar bildirir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara giriş-çıxışı qeydə alınmamışdır. Lakin, AR DSX-yə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Gürcüstan) təqdim edilməsini; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsini; 1-ci və 2-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 2-ci bənddən giriş-çıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına tərəfindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını; Növbəti məhkəmə iclasında iştirakının təmin ediləcəyini nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli maraqlı şəxs tərəfindən təqdim edilmiş etirazdan görünür ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli 12/6630 nömrəli arayışına əsasən xx.xx.1944-cü il təvəllüdlü X12 Gürcüstan vətəndaşı hesab edilir. Bu hal isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. (Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.) və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinin tələblərinə uyğun deyildir. Göründüyü kimi, ərizəçinin 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşama faktı müəyyən edilsə də, faktik olaraq heç bir ölkənin vətəndaşlığına mənsub olmaması hissəsində bu fakt müəyyən edilə bilməz. Məhkəmədən ərizəçi X7 ərizəsi təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X11 arasında 08 fevral 1970-ci il tarixdə 9 nömrəli aktla nikah bağlanmış, ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. SSSR vətəndaşlıq pasportundan görünür ki, X14 13 aprel 1944-cü il tarixdə Tbilisidə doğulmuşdur. xx.xx.1992-ci il tarixli Arayışdan görünür ki, X3 Mehmandarov küçəsi, ev 46, mənzil 16 ünvanında oğlu X15 ilə birlikdə yaşayır. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin konsulunun 12/6630 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X12 Gürcüstan vətəndaşı hesab edilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışının srətindən görünür ki, X6 23394/m nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 391 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 rayonu, Zabrat qəsəbəsi, Eldar Xəlilov küçəsində heç bir hüquqi sənədi olmayan nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X22-bala oğlunun atası Əliyev Əli-bala Həbib oğlu, anası X8r. Doğum şəhadətnaməsini verən orqan Tbilisi şəhəri, Kirov rayonu VVAQ Xidmətidir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xİdməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli, 3-38-33/2-1539/23 nömrəli məlumatdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X6 dövlət sərhədinin hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. X6 əmək kitabçasından görünür ki, X13 1990-cı ildə Azərbacan respublikası Lakin kiçik müəssisəsində işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmələr “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. X16 12.1-ci bəndində əlavə olaraq qeyd edilmişdir ki, Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunverici aktların məzmunundan da aydın olur ki, hazırki ərizənin əsaslı olmasının 3 şərti mövcuddur. İlkin şərt şəxsin SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması; 2-ci şərt heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması; 3-cü şərt isə Azərbaycan Respublikasında daimi yaşaması faktıdır. Hazırki mübahisə üzrə qanunvericilik üzrə ilkin və sonuncu şərtlər mövcud olsa da, Gürcüstan Respublikasının Azərbaycan Respublikası ərazisində olan səfirliyinin vermiş olduğu sorğuya cavab məktubundan görünür ki, hazırki mülki iş üzrə ərizəçi xx.xx.1944-cü il təvəllüdlü X12 Gürcüstan vətəndaşı hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X6 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığın olmaması və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi» tələbinə dair ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar