Məhkəmə qərarları › İş №e-2(008)-5866/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5866/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5866/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mahiq qızına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “icarə haqqınını tutulması, alət və əşyaların geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mahiq qızına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “icarə haqqınını tutulması, alət və əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatət təqdim edərək hazırki mülki işin Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında olan 2(007)-2358/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Nəsimi rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında olan iddiaçı Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı qarşı “əmlka və onun dəyərinin ödənilməsi” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün hakim Babək Qasımovun icraatına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Nəsini Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında olan iddiaçı Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı qarşı “əmlak və onun dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş hakim Babək Qasımovun icraatına verildiyindən həmin işlər bir icraatda birləşdirilməsi üçün həmin hakimin icraatına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mahiq qızına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “icarə haqqınını tutulması, alət və əşyaların geri qaytarılması” tələbinə dair mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında olan iddiaçı Cavabdeh3 MMCnin cavabdeh İddiaçı qarşı “əmlak və onun dəyərinin ödənilməsi” tələbinə dair 2(007)- 2358/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatına verilsin. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar