Məhkəmə qərarları › İş №e-2(008)-5985/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5985/2023

13.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5985/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Balaseyı̇ d qızının və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Balaseyı̇ d qızının cavabdeh Hüseynova Ülvı̇ yyə Zabı̇ t qızına qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDi: İddiaçı Balaseyı̇ d qızının cavabdeh Hüseynova Ülvı̇ yyə Zabı̇ t qızına qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verdiyi 11000 manat, təmirlə bağlı xərclədiyi 4000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq 135 manat, cəmi 15135 manat pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mənzil şəraiti pis olduğundan ev almaq qərarına gəlmiş və maddi cəhətdən vəziyyəti pis olduğuna görə ucuz ev almaq üçün müraciət etmişdir. Ev dəllallarından biri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi, 25 saylı evi tapmış və ona bu barədə məlumat vermişdir. Onu Cavabdeh adlı bir şəxslə tanış etmiş və Ülviyyə ona bildirmişdir ki, ev onundur, 11000 manata satır. Həmin ev 2 otaqdan ibarət olub çox bərbad vəziyyətdə idi, lakin iddiaçının mənzil şəraiti olmadığından, həm də bahalı evə maddi imkanı çatmadığından o, razılaşmış və 11000 manatı Cavabdeh vermişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixində guya alqı-satqı müqaviləsi bağlanmış, amma sonradan başa düşmüşdür ki, alqı-satqı müqaviləsi belə bağlanmır, Dövlət Notariat Kontorunda bağlanmalıdır. Sonradan evi yavaş-yavaş təmir etməyə başlamış, lakin orada yaşaya bilməyəcəyini qərarlaşdırıb, evi satıb başqa yerdə ev almaq qərarına gəlmişdir. Lakin ev ilə maraqlanmaq istəyən hər kəsin qarşısını Cavabdeh və onun həyat yoldaşı Hüseynov Elşad kəsib, evin satılmasına mane olmağa başlamışdırlar. Dəfələrlə evi almaq üçün alıcı gəlmiş və onların təzyiqi nəticəsində geri çəkilmişdir. O, bu barədə Cavabdeh bildirmiş, o, isə əvəzində ona bildirmişdir ki, onun həyat yoldaşıdır, heç nə deyə bilməz. İddiaçı aldandığını başa düşmüş, heç bir alqı-satqı müqaviləsi bağlanmamış, alqı-satqı adı ilə ondan 11000 manat pul alınmış və oranın təmir edilməsini gözləmişlər. Hal-hazırda Cavabdeh ona 15000 manat ziyan vurmuşdur. Qeyd olunanlara əsasən, ev satmaq adı ilə aldadılaraq Cavabdeh ondan aldığı 11000 manatın və təmirlə bağlı xərclədiyi 4000 manatın və dövlət rüsumu 135 manatın, cəmi 15135 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Balaseyı̇ d qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Balaseyı̇ d qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, İddiaçı Balaseyı̇ d qızı onun qardaşıdır. Evi onlar təmir etmişlər. O, birinci dəfə görəndə ev çox pis vəziyyətdə idi, yaşamaq üçün yarasız idi. Fəhlələr ilə birlikdə işləyib, divarlara mala vurmuş, yeri beton edib, çöldə mətbəx və hamam tikmişlər. Bütün malları o, almış, lakin bazardan aldığına görə qəbz verməmişlər. Ancaq tavanı təmir etməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, İddiaçı Balaseyı̇ d qızının evində fəhlə işləmişdir. Polun betonunu tökmüş və hamam-tualet tikmişlər. Təmir üçün mallar Ramana bazarından alınmışdır. Tavana əl vurulmayıblar, divara isə üzlük çəkiblər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Ə.Haqverdiyev küçəsi, 25 saylı evi İddiaçı Balaseyı̇ d qızına satmışdır. -xx.xx.2021-ci ildə imzalanmış qəbzdən görünür ki, Cavabdeh ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Ə.Haqverdiyev küçəsi, 25 saylı evi 11000 manata İddiaçı Balaseyı̇ d qızına satılmasını təsdiq etmişdir. -xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Balaseyı̇ d qızı 15000 manat pulun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq etmişdir. Məkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında dövlət qeydiyyatından keçməmiş əmlaka, yəni fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanıb. İşin mübahisəli olan halı evin təmirinə iddiaçı tərəfindən pulun xərclənməsi və xərclənən halda pulun məbləği, həmçinin iddiaçının bağlanmış alqı-satqı müqaviləsinə əsasən ümumiyyətlə hansı tələbetmə hüquqularının olması məsələsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə özbaşına tikili olan, yəni barəsində sərəncam verilməsi qanunvericiliklə müəyyən olunmayan bir ev olmuşdur. Bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq edilmədiyindən də həmin müqavilə etibarsızdır və heç bir hüquqi nəticə doğurmur. Belə olan halda iddiaçı həmin razılaşmaya görə verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqlıdır. İddiaçı qeyd olunan evə onun tərəfindən edilən yaxşılaşdırmaların pulunu tələb etsə də, həqiqətən də evə onun tərəfindən pul xərcləndiyini sübut edə bilməmişdir. Sübut kimi yalnız şahid ifadələrini təqdim etmişdir ki, şahidin biri də öz doğma qardaşıdır və onun ifadəsi məhkəmə üçün mötəbər sayılmır. Buna görə də iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumunun ödənilən 123 manatının cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir, qalan hissədə isə rüsum özünə aid edilməlidir. Belə ki, “X5 AR Qanunu"nun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11000 (on bir min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı Balaseyı̇ d qızına ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı Balaseyı̇ d qızına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar