Məhkəmə qərarları › İş №e-2(008)-5989/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5989/2025

03.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5989/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, vurulmuş maddi zərərə görə 4500 (dörd min beş yüz) manat məbləğində pulun, 330 (üçyüz otuz) manat vəkil xərcinin və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun, cəmi 4900 (dörd min doqquz yüz) manat məbləğində pulun Cavabdeh Cumalı oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs İddiaçı MMC (bundan sonra “İddiaçı” və ya “İşəgötürən” adlanacaq) ilə Cavabdeh Cumalı oğlu (bundan sonra “Cavabdeh” və/və ya “İşçi” adlanacaq) arasında 14 iyun 2024-cü il tarixində müddətli əmək müqaviləsi (bundan sonra “Əmək müqaviləsi”) 1 təqvim ayı müddətinə olmaqla 13 iyul 2024-cü il tarixinə qədər bağlanmışdır və satış şöbəsində sürücü vəzifəsinə işə qəbul edilmişdir. İşçi və İşəgötürənin Əmək müqaviləsinin ləğvi barədə hər hansı yazılı tələbləri olmadığı üçün Əmək müqaviləsinin qüvvədə olma müddət ardıcıl 2 dəfə (13 iyul 2024-cü il tarixindən 13 avqust 2024-cü il tarixə qədər və 13 avqust 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixə qədər olmaqla) avtomatik uzadılmışdır. İddiaçı Cavabdehin işə götürüldüyü tarixdə, yəni 14 iyun 2024-cü ildə onunla Əmək müqaviləsi ilə yanaşı həmçinin tam maddi məsuliyyət haqqında müqavilə (bundan sonra “Tam maddi məsuliyyət müqaviləsi”) bağlamışdır. Həmin müqaviləyə əsasən iş vaxtında və ya iş vaxtından sonra İşəgötürənin tapşırıqlarını icra edərkən İşçi İşəgötürənin əmlakına və ya digər şəxsə təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsinə zərər vurduqda İşçi zərər həddində tam maddi məsuliyyət daşıyır və vurulmuş ziyanı tam həcmdə ödəməlidir. İşçinin əmək funksiyalarının icrası məqsədilə, yəni satış şöbəsi tərəfindən satılan malların daşınmasının təmin edilməsi məqsədilə, İşəgötürən tərəfindən “Hyundai H 100” markalı, 99JA453 dövlət qeydiyyat nişanlı yük avtomobili (bundan sonra “Avtomobil”) Tam maddi məsuliyyət müqaviləsi və nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə əsasında İşçiyə həvalə edilmişdir (idarəsinə verilmişdir). Cavabdeh 28 iyun 2024-cü il tarixində saat 15:00 raddələrində, iş vaxtında İşəgötürənin həvalə etdiyi Avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ünvanında yol hərəkəti zamanı ara məsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində müəyyən edilən inzibati xətanı törətmişdir. Qanunazidd hərəkətin törədilməsi nəticəsində İşəgötürənə məxsus Avtomobilin ön buferi, ön sinəlik kapotu, sol farası, sağ və sol duman faraları, sol qapısı, ön şüşə podpres: zədələnmiş, İşəgötürənin müraciət əsasında 07 iyul 2024-cü il tarixində "xxxx" MMC (VÖEN: **********) tərəfindən Avotomobilə baxış keçirilərək 4500.00 AZN (dörd min beşyüz manat, sıfır qəpik) zərər dəydiyi müəyyən edilmişvə ilkin qüsuraktında əks olunmuşdur. Vurulmuş maddi ziyanın könüllü ödənilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi müraciətlər və xəbərdarlıqlar edilmişdir. Cavabdeh təqsirli və qanunazidd hərəkəti törətdiyini və bunun nəticəsində zərər vurduğu şifahi qəbul və etiraf etsə də, maddi ziyan məbləği üzrə hər hansı vəsait İşəgötürənə ödəməmişdir. Nəticədə öz təqsirli hərəkəti ilə İşəgötürənə maddi ziyan vurduğu və həm Əmək müqaviləsi üzrə, həm tam maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərini, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsində müəyyən edilən öhdəliklərini pozduğu üçün Əmək Məcəlləsinin 70 (ç) maddəsinə əsasən Cavabdehin Əmək müqaviləsinə 22 avqust 2024-cü il tarixində xitam verilmişdir və Cavabdeh işdən çıxarılmışdır. İddiaçıya dəymiş ziyan İşçinin orta əmək haqqından çox olduğu və İşçi bu ziyanı könüllü ödəməkdən imtina etdiyi üçün İşəgötürən ziyanın ödənilməsini təmin etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq mediasiyaya müraciət etmişdir. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən 23 yanvar 2025-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və cavabdehin nümayəndələri iştirak etmiş və Tərəflər arasında hər hansı razılaşma olmadığından ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi haqqında MŞB/8/2025-00053 saylı arayış təqdim edilmişdir. Əmək mübahisəsinin mediasiya mərhələsində həlli baş tutmadığı üçün İşəgötürən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etmək və Əmək Məcəlləsi üzrə pozulmuş hüquqlarınımüdafiə etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən işin faktiki hallarına və aşağıdakı hüquqi və qanuni əsaslara görə hesab edirik ki, cavabdeh həm Əmək və Tam maddi məsuliyyəti müqavilələri üzrə, həm də Əmək Məcəlləsi üzrə öhdəliklərini İşəgötürənə qarşı pozmuş, bu səbəbdən İşəgötürənə 4500.00 AZN dəyərində maddi zərər dəymişdir və həmin zərər Cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. Belə ki, AR Əmək Məcəlləsinə əsasən İşçinin İşəgötürən qarşısında tam maddi məsuliyyətinin mövcud olması üçün zəruri olan hər üç şərt hazırki iş üzrə mövcuddur. Belə ki, İşəgötürənə həqiqətən maddi ziyan vurulmuş və ona məxsus olan Avtomobilin ön hissəsi tamamilə zədələnmişdir (ziyanın həqiqətən vurulması). Bu özünü qəzayaaid foto şəkillərdə və Avtomobilin ilkin qüsuraktındagöstərir. İkinci olaraq, bu ziyan İşçinin qanunazidd əməli nəticəsində baş vermişdir (hərəkət və ya hərəkətsizlik qanunazidd olduqda). Belə ki, İşçi yol hərəkəti zamanı avtomobillər ara sıara məsafəsinin saxlanması qaydalarını qanunazidd olaraq pozmuş və nəticədə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində müəyyən edilən qanunazidd əməl olan inzibati xətanı törətmişdir. Bu SMS radar.az sistemində İXP6381310 nömrəli inziba: xəta haqqında protokolda müəyyən edilmişdir. İnzibati xətanın nəticəsində inziba: tənbeh kimi tətbiq edilən 40.00 AZN (qırx manat, sıSr qəpik) cərimənin cavabdeh tərəfindən ödənilməsi bir daha cavabdehin öz qanunazidd hərəkətinin etiraz və qəbuludur. Üçüncü olaraq, İşəgötürənə dəymiş ziyan məhz cavabdehin sözügedən qanunazidd hərəkəti nəticəsində vurulmuşdur (səbəbli əlaqə). Belə ki, Cavabdeh ara məsafəsinin saxlanması qaydasını pozduğu üçün qarşısındakı nəqliyyat vasitəsilə toqquşmuşdur və bunun nəticəsində İşəgötürənə məxsus Avtomobilin ön hissəsi tamamilə zədələnmişdir və ehtiyat hissələrinin tamamilə yenilənməsinə (dəyişdirilməsinə), həmçinin təmir və rəngsaz işinə eh:yacyaranmışdır. Son olaraq, İşəgötürən İşçi ilə həm Tam maddi məsuliyyət müqaviləsi bağladığı (AR Əmək Məcəlləsi 199 a), həm də ziyan İşçinin törətdiyi inzibati xəta əməlinin nəticəsi olduğuna görə (AR Əmək Məcəlləsi 199 c) AR Əmək Məcəlləsinə əsasən İşçinin tam maddi məsuliyyətinin yaranmasının artıq qanun üzrə iki əsası mövcuddur və İşçinin tam maddi məsuliyyəti məhdudlaşdırıla bilməz. Bu səbəbdən cavabdeh İddiaçıya vurduğu ziyanın tam həcmində, yəni 4500.00 AZN (dörd min beş yüz manat) məbləğində məsuliyyət daşıyır və həmin məbləğ tam həcmdə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildrirmişdir ki, onun istifadəsinə verilmiş avtomobillər nasaz olduğunu, sözügedən hadisə məhz onun təqsiri üzündən deyildə, maşınların texniki nasaz olması səbəbindən baş verdiyini, əvvəlcə iddiaçı tərəf ilə razılaşdığını, sonradan razılığın pozulduğunu, onlar arasında olan razılığa görə maşına dəymiş zərərin 1500 manat olan hissəsinin ödənməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 154-cü maddəsinin tələblərinə uyğun olaraq həmin iddiaya etirazını təqdim etməklə bildirmək istəyir ki, İddiaçı MMC-nin iddiası əsassızdır və aşağıdakı göstərilən səbəblərə görə rədd edilməlidir. Belə ki, qeyd etmək istəyir ki, o, bildirmişdirki, İddiaçı MMC tərəfindən ona qarşı irəli sürülmüş maddi kompensasiya tələbi hüquqi və faktiki əsaslardan məhrumdur və yoxdur. Qəza təxminən 1 il yarım əvvəl onun həmin müəssisədə sürücü vəzifəsində çalışdığı dövrdə, xidməti tapşırıq yerinə yetirərkən, müəssisəyə məxsus avtomobillə baş vermişdir. Hadisə iş vaxtı və istehsalat riski şəraitində baş verdiyi üçün, işçinin qəsdən və ya kobud ehtiyatsızlıqla zərər vurduğu sübut olunmadığı halda, maddi məsuliyyət daşımır. Hadisə zamanı avtomobil icbari (birtərəfli) sığorta ilə təmin olunmuşdur. Qəza nəticəsində digər maşına dəyən zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Ona qarşı irəli sürülən maddi tələb yalnız şirkətin öz maşınının təmiri ilə bağlıdır. Şirkət öz maşının sığortasını təmin etməyib, buna görə yaranmış risk şirkətin üzərinə düşür. Hadisə nəticəsində onun şəxsi maddi məsuliyyəti yoxdur, çünki qarşı tərəfin zərəri sığorta tərəfindən ödənilmişdir. Hadisə ilə bağlı rəsmi komissiya aktı və ya protokol tərtib olunmayıb. Ona yazılı izahat vermək üçün çağırış edilməyib. Hadisə barədə təhqiqat aparılmayıb, o, rəsmi qaydada prosesə cəlb edilməmişdir. Qəzanı qəsdən törətdiyi barədə iddia sübut olunmayıb. İşdən azad edildikdə ona qarşı hər hansı maddi tələb və ya öhdəlik sənədi təqdim edilməyib. Qeyd olunanlara əsasən “X2 GROUP“ MMC-nin ona qarşı irəli sürdüyü maddi kompensasiya tələbi tam şəkildə rədd edilsin, hadisənin sığorta şirkəti tərəfindən qarşılanması faktı rəsmi olaraq tanınsın, əgər zəruri hesab olunarsa, hadisə üzrə əlavə ekspertiza təyin edilsin və onun qəsdən zərər vurmadığı təsdiqlənsin, belə olan halda iddiaçının ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassız olması açıq aydındır və bu səbəbdən iddia rədd edilməlidir. Belə olan halda ona qarşı verilən iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsindən görünür ki, “X2 GROUP“ MMC ilə Cavabdeh müqavilə bağlayaraq “X2 GROUP“ MMC-nin satış şöbəsinə sürücü vəzifəsinə işəqəbuıl edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2024-cü il tarixli Tam maddi məsuliyyət müqaviləsindən görünür ki, işçi əmək münasibətləri prosesində işəgötürən tərəfindən ona istifadəyə verilmiş işəgötürənə məxsus əmlakın və maddi sərvətlərin salamatlığının təmin olunması üçün özü üzərinə məsliyyət götürür. Tp seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın suətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70Ç bəndinə əsasən xitam verilmişdir. Bakı saylı Mediasiya Təşkilatının MŞB/8/2025-00053 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından surətindən görünür ki, “X2 GROUP“ MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya, 10 manat poçt-kargüzarlıq xərcinə dair rüsum ödəmişdir. xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında EM-110VK-9079/25 nömrəli müqavilədən görünür ki, “X2 GROUP“ MMC “Hümbətov və Partnyorları” Vəkil Bürosu ilə müqavilə bağlanmış və xidmət haqqı 330 manat müəyyən edilmişdir. 28 iyun 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh 28 iyun 2024-cü il tarixində saat 15:00 raddələrində, iş vaxtında İşəgötürənin həvalə etdiyi Avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ünvanında yol hərəkəti zamanı ara məsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində müəyyən edilən inzibati xətanı törətmişdir. Qanunazidd hərəkətin törədilməsi nəticəsində İşəgötürənə məxsus Avtomobilin ön buferi, ön sinəlik kapotu, sol farası, sağ və sol duman faraları, sol qapısı, ön şüşə podpres: zədələnmiş, İşəgötürənin müraciət əsasında 07 iyul 2024-cü il tarixində "xxxx" MMC (VÖEN: **********) tərəfindən Avotomobilə baxış keçirilərək 4500.00 AZN (dörd min beşyüz manat, sıfır qəpik) zərər dəydiyi müəyyən edilmiş və ilkin qüsur aktında əks olunmuşdur. "xxxx" MMC tərəfindən verilən 07 iyul 2024-cü il tarixli ilkin qüsur aktından görünür ki, “Hyundai H-100” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avotomobilə baxış keçirilərək müəyyən edilmişdir ki, avtomobilə qəza nəticəsində 4500 AZN (dörd min beşyüz manat) zərər dəymişdir. Cavabdeh tərəfindən təqdim edilmiş video diskdə iş üzrə əhəmiyyətli hər hansı bir hal müəyyən edilə bilmədi. İş materiallarında olan ********** nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinə əsasən Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Beləliklə işin hallarından müəyyən edilir ki, Cavabdeh X3 MMC-də sürücü vəzfəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə saat 15.00 radələrində iddiaçının mülkiyyətində olan "Hyundai H-100” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törənmiş və hadisə nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş inzibati tənbeh tədbirinə dair qərardan görünür ki, sözügedən hadisə zamanı cavabdeh təqsirli hesab edilmiş və onun barəsində inzibati tənbeh tətbiri tətbiq edilmişdir. İş matriallarına əlavə edilmiş qüsr aktından görünür ki, hadisə zamanı iddiaçının mülkiyyətində olan avtomobilə 4500 manat məbləğində ziyan dəymişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək hadisə zamanı onun avtomobilə dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh baş vermiş hadisədə onun təqsirinin olmamasını, həmçinin iddiaçının mülkiyyətində olan və ona istifadəyə verilən avtomobilin nasaz olmasını bu səbəbdən yol nəqliyyat hadisəsi törənmiş olduğunu məhkəməyə bildirsədə bunu təkzib edəcək möhtəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh tərəfində baçş vermiş hadisə zamanı iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyanın şişirdilmiş olduğunu bildirsədə bu halıda təkzib edən sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə avtomobilə dəymiş zərərin məbləği olan 4500 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddia təmin edildiyini nəzərə alaraq hesab edir ki, 70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 330 manat məbləğində vəkil xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində dəymiş ziyan, 330 (üç yüz otuz) manat vəkil xərci və 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar