Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6034/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən sıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki azyaşlı övladı X6 və X4 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, cehiz əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, adıçəkilən mənzil 184870 №-li xx.xx.1999-cu il tarixli Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu X7 xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq cehiz əşyaları ilə birlikdə həmin mənzilə köçmüş, xx.xx.2017-ci il tarixdə Sofiya və xx.xx.2019-cu il tarixdə Tamerlan adlı övladları doğulmuşdur. Hazırda nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinin icraatındadır. Cavabdeh iki azyaşlı övladı X6 və X4 ilə birlikdə xx.xx.2017-ci il tarixdən və hal-hazırda həmin mənzildə qeydiyyatdadırlar və yaşayırlar. Könüllü şəkildə mənzildən qeydiyyatdan çıxmaqları və əşyaları ilə birlikdə mənzili tərk etməkləri barədə çoxsaylı təklifləri öz həllini tapmamışdır. Cavabehlərin həmin mənzildə qeydiyyatda qalmaqları iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 saylı mənzilə köçmüş və hazırda övladları - xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə birlikdə qeyd edilən ünvanda qeydiyyatdadırlar və orada yaşayırlar. Mənzilin bütün kommunal xərcləri də cavabdeh tərəfindən ödənilir. İddiaçı tərəfindən ərizədə göstərildiyi kimi, cavabdehə mənzildən qeydiyyatdan çıxması və əşyaları ilə birlikdə mənzili tərk etməsi barədə hər hansı təkliflər edilməmişdir. Cavabdeh nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinə müraciət etsə də, həmin mübahisə davam edilir və yekun qərar qəbul edilməmişdir. Cavabdeh mübahisəli mənzilə köçməmişdən əvvəl mənzil yaşayış üçün tamamilə yararsız vəziyyətdə olmuşdur. Belə ki, İddiaçı cavabdehin valideynlərinə bildirmişdir ki, iddiaçının oğlu və Cavabdeh toydan sonra həmin mənzildə yaşayacaklar. Lakin, toya 40 gün qalmış müddətdə iddiaçı ailəsi ilə birlikdə həmin mənzili tamamilə boşaldaraq həmin əraziyə yaxın yeni tikilən fərdi yaşayış evlərinə köçmüşlər və bu günə kimi orada yaşayırlar. Cavabdehin atası cehiz gətirmək istəyərkən mənzilin tamamilə yararsız olduğunu görüb İddiaçı bu barədə bildirmiş, iddiaçı isə mənzili təmir etməkdən imtina etmişdir. Bu səbəbdən də Cavabdeh atası məcbur olub 2015-ci ilin avqust-sentyabr ayılarında mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. Buna dair müvafiq sübutlar da vardır. Mənzilin təmirinə təxminən 30000 manat vəsait xərclənmişdir. Cavabdeh müvafiq mənzilə 2015-ci ildə, yəni həm 1 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllə, həm də 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsi qüvvədə olduqları vaxtda köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarın 2-ci bəndinə görə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, “Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə, “Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”. Hesab edirlər ki, Cavabdeh və onun azyaşlı övladlarının mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları kompensasiya ödənilmədən mümkün deyil. Ona görə də, İddiaçı iddia tələblərinin əsassız olduğundan rədd edilməsini xahiş edirlər. Məhkəmə ixlasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsimni xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzil xx.xx.1999cu il tarixdən İddiaçı mülkiyyətindədir (Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 184870 №-li Qeydiyyat Vəsiqəsi). İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2015ci il tarixdə nikahlarını bağlamış, cehiz əşyaları ilə birlikdə həmin mənzilə köçmüş, xx.xx.2017-ci il tarixdə Sofiya və xx.xx.2019-cu ul tarixdə Tamerlan adlı uşaqları doğulmuşdur, hazırda Cavabdeh iddiası əsasında nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinin icraatındadır, Cavabdeh uşaqları ilə birlikdə təxminən həmin tarixdən hal-hazıradək həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, o, ev təmiri üzrə ustadır, Lalənin atası Tofiq müəllimin tanışıdır, məhz Tofiq məllimin sifarişi əsasında adıçəkilən mənzilin təmirini həyata keçirtmişdir, mənzil yeni evlənmiş insanlar üçün yaşayışa yararlı vəziyyətdə deyildi, inşaat materialarını Tofiq müəllim, bəzən özü alırdı, təmirə xərclənən pulun məbləğini deyə bilmir. Hazırda iddiaçı cavabdehin uşaqları ilə mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Lakin məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamış, o, sadəcə mülkiyyətçinin razılığı ilə orada yaşamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yaranmamış hüquqa xitam verilməsi yolverilməzdir və iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin atası tərəfindən mənzili təmiri etdirilməsi kompensasiya üçün deyil, təmirə xərclənən pulun alınması barədə iddianın verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iki azyaşlı övladı X6 və X4 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li cehiz əşyalan ilə birlikdə mənzildən çıxarılsınlar. İddia qalan hissədə rədd edilsin. Qətnamə Cavabdeh iki azyaşlı övladı X6 və X4 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-6034/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6034/2023
05.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver