Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6099/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Kamal oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “evdən çıxarılma” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Səməd Vurğun küçəsi məhəllə 4041-də mənzil 21 ona məxsusdur. Bakı şəhər Qaradağ Rayonu, İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 131 nömrəli Sərəncamı ilə 1985-ci ildən mənzil növbəsində olduğundan, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Səməd Vurğun küçəsi, məhəllə 4041-də mənzil 21 ona verilmişdir. Həmin sərəncam əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Səməd Vurğun küçəsi, məhəllə 4041-də 21 nömrəli mənzillə bağlı adına 14 fevral 1995-ci il tarixdə 041480 nömrəli ORDER verilmişdir. Hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Cavabdeh4 ailəsi ilə birlikdə onun mənzilini zəbt etmiş, hazırki vaxta qədər mənzilində heç bir hüquqi əsas olmadan yaşayırlar və mənzili könüllü boşaltmaq istəmirlər. Cavabdehlərə mənzili boşaltmaq barəsində dəfələrlə müraciət etmiş, lakin imtina etmişlər. Bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə dəfələrlə müarciət etmişdir. Müfaviq təşkilatın xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq hazırda Cəbrayıl şəhərindən olan məcburi köçkün ailələrinin öz dogma yurdlarına mərhələli şəkildə köçürülmələri ilə bağlı, sözügedən ünvanda məskunlaşan ailə tərkibli 7 nəfər olan Cavabdeh4 4 otaqlı mənzillə təmin olunaraq köçürülməsi təklifi ilə bağlı sorğu aparılmışdır. Sorğu zamanı, otaq sayının çox olmasının və yaxud 2 ədəd ayrı-ayrılıqda mənzillərlə təmin olunması istəyini əsas gətirərək Cavabdeh4 doğma yurduna köçməkdən imtina etmişdir. Odur ki, müraciətdə qeyd edilmiş mənzillə bağlı yaranan problemin həlli ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin digər xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, mənzilin boşaldılaraq geri təhvil verilməsi ilə bağlı müraciətiniz nəzərə alınaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1 Dövlət Proqramına uyğun olaraq Cəbrayıl şəhərindən olan məcburi köçkün ailələrinin öz dogma yurdlarına mərhələli şəkildə köçürülmələri ilə bağlı, sözügedən ünvanda məskunlaşan ailə tərkibli 7 nəfər olan Cavabdeh4 4 otaqlı mənzillə təmin olunaraq köçürülməsi ilə bağlı 2024-cü ilin noyabr ayında sorğu aparılmış, sorğu zamanı Cavabdeh4 otaq sayının çox olmasının və yaxud 2 ədəd ayrı-ayrılıqda mənzillərlə təmin olunması istəyini əsas gətirərək mənzili boşaltmaqdan (köçməkdən) imtina etmişdir. Başqasına məxsus mənzildə və ya qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşan məcburi köçkün ailəsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1 Dövlət Proqramına uyğun olaraq köçürülməsi təklif olunduğu halda mənzili könüllü boşaldıb geri verməyə borcludur. Əks halda mənzili könüllü boşaldıb geri verməkdən, yəni köçməkdən imtina edərsə, məhkəmə qətnaməsinin icrasına hüquq müstəvidə baxılması üzrə Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyinin İcra İdarəsi (məmurları) tərəfindən həyata keçirilir. Odur ki, müraciətinizdə qeyd olunan mənzillə bağlı yaranan problemin həlli ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.Göründüyü kimi, cavabdehlərə 4 otaqlı mənzillə təmin olunaraq köçürülməsi təklif olunmuş, lakin cavabdehlər otaq sayı çox və ya 2 ayrı mənzillə təmin olunmasını istəyərək imtina etmişdirlər. Cavabdehlərin məqsədi onun mülkiyyətindən olan mənzildən çıxmamaqdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Səməd Vurğun küçəsi məhəllə 4041-də mənzil 21 orderə əsasən «mülkiyyətidir». Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Akimova –Azərbaycana qarşı məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolunun 1-cimaddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlak təşkiledən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbuledilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təstiq etdilər ki, ərizəçi yaşayış orderin qununi sahibidir. Məhkəmə razılaşmalıdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-cimaddəsinin tətbiq dairəsinə düşən mülkiyyət hesab etmək üçün kifayət qədər əsaslar var. Cavabdehlərin qanunsuz olaraq mübahisəlimənzilə girməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən mənzilə istifadə, sahiblik və sərəncam hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə Kamal oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 15 oktyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında, Azərbaycan Respublikasi Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etdiyini, imtina cavabı aldığını, bununla hüquqlarının pozulduğunu, onlara ev verilmədiyi müddətdə iddiaçıya məxsus evdən çıxmaqdan imtina etdiyini bildirmişdir. 15 oktyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında, başqa mənzildə kirayədə yaşadığını, Cəbrayıl rayonunda evlə təmin oldunduqdan sonra iddiaçıya məxsus evdən çıxa biləcəyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxır. İş materiallarına əlavə olunan Qaçqınların vəsatətə X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ailə tərkibi 7 nəfər olan Cavabdeh4 4 otaqlı mənzillə təmin olunaraq köçürülməsi ilə bağlı 2024-cü ilin noyabr ayında sorğu aparmışdır. Sorğu zamanı Cavabdeh4 otaq sayının çox olmasının və yaxud 2 ədəd ayrıayrılıqda mənzillərlə təmin olunması istəyini əsas gətirərək mənzili boşaltmaqdan (köçməkdən) imtina etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Səməd Vurğun küçəsi, məhəllə 4041-də 21 nömrəli mənzilə adına 14 fevral 1995-ci il tarixdə verilmiş 041480 nömrəli orderdən görünür ki, həmin mənzil İddiaçı və ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuzsahibliyindən özəmlakını geri tələb edə bilər. 157.4-cü maddəsində deyilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağa tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasınıməhkəmə vasitəsi ilə tələb edə bilər. İşin hallarından müəyyən olunur ki, mübahisəli ev İddiaçı məxsusdur. Cavabdehlər həmin mənzildə məcburi köçkün ailəsi kimi məskunlaşmışlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq köçürülməsi təklif olunduğu halda mənzili könüllü boşaldıb geri verməkdən, yəni köçməkdən imtina edərsə, məhkəmə qətnaməsinin icrasına hüquq müstəvidə baxılması aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra İdarəsi (məmurları) tərəfindən həyata keçirilir. Cavabdehdlərin 4 otaqlı mənzillə təmin olunaraq köçürülməsi ilə bağlı təklifdən imtina etməsi məhkəməyə təqdim olunmuş Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin məktubu ilə təsdiq olunur. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, cavabdehlərin həmin evə hər hansı bir hüququ yaranmadan yaşaması iddiaçının qanunvericilikdə təsbit olunmuş hüquqlarını və qanuni mənafelərini pozulduğundan iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən məhəllə 4041-də 21 nömrəli evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən məhəllə 4041-də 21 nömrəli evdən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-6099/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6099/2025
31.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver