Məhkəmə qərarları › İş №e-2(008)-617/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-617/2025

17.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-617/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq baxçasına qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “əmrlərin ləğv edilməsi, işə bərpa edilmə, əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq baxçasına qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “əmrlərin ləğv edilməsi, işə bərpa edilmə, əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 22 №-li və xx.xx.2024-cü il tarixli 24№-li əmrlərin ləğv edilməsi, İddiaçı 254 nömrəli Uşaq Baxçasına tərbiyəçi müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdiyi hər gün üçün * faiz cərimənin hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyib. Cavabdeh Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçası tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə əməl olunmadan qanunsuz və əsasszı olaraq xitam verilib, həmçinin onun barəsində sonradan əvvəlki tarixə qanunsuz və əsassız olaraq xx.xx.2024cü il tarixli, 22 №-li sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında əmr tərtib edilib. Həmin əmr barədə İddiaçı xx.xx.2024-cü il tarixində məlumat verilib. Cavabdehin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 22 №-li sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında əmrdə qeyd edilir ki, Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim, eləcə də həmin bağçanın ilk həmkarlar təşkilatının sədri vəzifəsində işləyən İddiaçı dəfələrlə elan edilmiş xəbərdarlıqlara və tətbiq edilən intizam cəzasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilərlə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuşdur. İddiaçı ona tutulan iradlardan və barəsində həyata keçirilmiş intizam cəza tədbirlərinə baxmayaraq heç bir müsbət nəticə çıxarmamış, əksinə aqressiya nümayiş etdirərək subordinasiya və əmək müqaviləsilə tənzimlənən iş rejimi qaydalarını kobud şəkildə pozmağa davam etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı yazılı izahatın verilməsi təklif edilsə də o, izahat verməkdən imtina etmişdir. Əmrə əsas kimi xx.xx.2024-cü il tarixli akt qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, xx.xx.2024-cü il tarixi bazar gününə düşməklə qeyri iş günüdür. Həmin gün belə bir aktın tərtib edilməsi, eyni zamanda guya İddiaçı yazılı izahatın verilməsi təklifin edilməsi qeyri mümkündür. Bundan sonra iddiaçı tərəfindən ikinci qanunsuz və əsassız əmr qəbul edilmişdir. 07 avqust 2024-cü il tarixli, 24 №-li əmrdə qeyd edilir ki Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyən İddiaçı ardıcılı olaraq iş vaxtı rejimini, qüvvədə ola əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməmiş, kollektiv üzvləri ilə etik davranış qaydalarına əməl etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratmış, bunula da təhsil müəssisələrinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirmişdir. Qeyd edilən neqativ faktlar və qanun pozuntularının gündəlik olaraq davam etməsini nəzərə alaraq ƏM-in 80-ci maddəsinin tələblərini rəhbər tutaraq işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün zəruri təsdiqedici sənədlərlə birlikdə Bakı şəhər Təhsil İdarəsinə, Azərbaycan Təhsil İşçiləri X6 Sabunçu rayon Komitəsinə, həmin Komitənin yuxarı təşkilatlarına müvafiq olaraq təqdimat və ərizələrlə müraciət edilmişdir. Buna baxmayaraq ATİAHİ-nin Sabunçu rayon Komitəsi və onun yuxarı təşkilatları ƏM-nin 80-ci maddəsinin tələblərinə məhəl qoymayaraq 254 saylı uşaq bağçası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli yazılı təqdimatın araşdırılması məsələsinə baxılması üçün iclas təyin etməmiş, bununla da həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarını ən geci *0 (on) gün müddətində təqdim etməli olduğu halda bugünədək təqdim etməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdən uşaq bağçasının tərbiyəçi müəllimi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasının pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. Bununla bağlı qeyd etmək istərdik ki tərəfimizdən vəkil sorğusu ilə Azərbaycan Təhsil İşçiləri X6 Sabunçu rayon Komitəsinə müraciət olunaraq, Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq baxçasında tərbiyəçimüəllim vəzifəsidə işləyən xx.xx.*978-ci il təvəllüdlü İddiaçı (ŞV-AA******* FİN-xxxxxxx) əmək müqaviləsinə xitam verilməzdən əvvəl xx.xx.2024-cü il tarixli yazılı təqdimatla Azərbaycan Təhsil İşçiləri Azad X8 rayon komitəsinə müraciət olunub-olunmaması və bununla bağlı qəbul edilmiş qərarın mövcud olub-olmaması barəd məlumatların mənə təqdim edilməsini xahiş etmişdim. Azərbaycan Təhsil İşçiləri X6 Sabunçu rayon Komitəsinin *8 sentyabr №38 Saylı sorğuya cavabında qeyd edilir ki, 254 №-li uşaq bağçasının müdiri səlahiyyətlərini yerinə yetirən Flora Əliyeva bağçanın tərbiyəçisi İddiaçı həmkarlar təşkilatı sədrliyindən çıxarılması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 25 iyun 2024-cü il tarixdə müraciət etmişdir. Müraciətin arxasında silsilə aktlar, cəza tədbirlərini əks etdirən əmrlar daxil olmaqla. İlk ölkə tərəfimizdən İddiaçı ilə söhbət aparmaq qərarına gəlsək də, söhbət alınmadı. Belə ki, İddiaçı şəhərdə olmadığını, məzuniyyətdə olduğu bildirildi. Bu arada İddiaçı məzuniyyətdən qayıtmasını gözləmədən bağçanın rəhbərliyi . Azərbaycan Təhsil İşçiləri X6 Sabunçu rayon Komitəsinə müraciət etmişdir. Respublika Komitəsinin bizə məsələ ilə bağlı tapşırığından sonra İddiaçı və F.Əliyeva ilə ayrı-ayrılıqda söhbətlər aparılmış, barışıq təklifləri ediləsinə baxmayaraq F.Əliyeva, İddiaçı öz ərizəsi ilə getməsinə israrlı olmuşdur. Aparılan söhbətlər bir nəticə vermədiyi üçün məsələni rayon komitəsinin idarə heyətində müzakirə etmək qərarına gəldik. (İddiaçı 254 №-li uşaq bağçasının həmkarlar təşkilatının sədridir). Müzakyrə zamanı qəbul olunan qərar barədə Respublika Komitəsinə və 254 №-li bağçanın rəhbərliyinə məlumat verilmişdir. F.Əliyeva tərəfindən İddiaçı *) xx.xx.2024-cü il tarixində “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir 2) xx.xx.2024-cü il tarixində isə onun əmək müqaviləsinə xitam verilməsi üçün bizim razılıq tələb edilmişdir. biz isə son intizam tənbehini nəzər alaraq (Əmək Məcəlləsi maddə *89 bənd *) təkrar intizam tənbehi verilə bilməməsinə əsaslanaraq həmkarlar təşkilatı olaraq Əmək Müqaviləsinə xitam verilməsinə etiraz etmişik. Əlavə olaraq tərəfimizdən vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunaraq Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq baxçasında tərbiyəçi-müəllim vəzifəsidə işləyən xx.xx.*978-ci il təvəllüdlü İddiaçı (ŞV-AA******* FİN-xxxxxxx) əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin hansı tarixdə elektron sistemə daxil edilməsi və həmin bildirişin surətinin mənə təqdim olunmasını xahiş etmişdik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ynında X*5 Xidmətinin *7 sentyabr 2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş məlumatlardan müəyyən olunur ki, elektron sistemdə İddiaçı işə götürəni olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi qeyd olunur. Əmək müqaviləsinə xitam bildirişinin imzalandığı və sistemə daxil edilmə vaxtı *6.08.2024- cü il tarixi qeyd edilib. İddiaçıya Kapital Bank ASC-dən təqdim edilmiş ödəniş kartı üzrə çıxarış ilə müəyyən olunur ki, İddiaçı son haqq hesab da məhz əmək müqaviləsinə xitam bildirişinin imzalandığı və sistemə daxil edilmə vaxtı olan *6.08.2024-cü il tarixində ödənilib. Həmçinin qeyd etmək istərdik ki, iddiaçı *8.06.2024-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdiri ilə 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin ilk həmkarlar təşkilatı arasında bağlanmış kollektiv müqavilənin 5.*.2 bəndinə əsasən işçinin toyu olduqda *0 iş günü əmək haqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilməsi işəgötürənin öhdəliyi kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli 22 №-li, xx.xx.2024-cü il tarixli 24№-li əmrlərin ləğv edilməsi, İddiaçı tərbiyəçi müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və.s tələblərin mediasiyyada həll edilməsi qeyri mümkün olmuşdur. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, xx.xx.2024-cü il tarixli 22 №-li, xx.xx.2024-cü il tarixli 24№-li əmrlərin ləğv edilməsi, İddiaçı tərbiyəçi müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdiyi hər gün üçün * faiz cərimənin hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İlk əvvəl xx.xx.2024-cü il tarixli, 22 №-li sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında əmrdə olan qanunsuzluqları məhkəmənin diqqətinə çatdırmaq istəyirik. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək İddianın təmin olunmasını xahiş etmiş və cavabdehin istinad etdiyi ödənişli məzuniyyət verilməsinə dair əmr kağız parçası olduğunu, həmin əlyazmanın ona aid olduğunu, əlyazmada nə möhür nədə imza olmadığını, hər hansı bir saxtalaşdırma olmadığını həmin əmri iş yerinə nümunə kimi verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasını vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq baxçasının və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işin baxış iclasını cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq baxçasının və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu 254 nömrəli Uşaq baxçasının vəkili Vəkil2 məhkəməyə *4.**.2024-ci il tarixdə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia qanunsuz və əsassızdır. Hörmətli məhkəmənin diqqətini birinci növbədə işin həqiqi hallarına, iddiaçı tərəfindən mütəmadi olaraq yol verilmiş xətalar və onların xarakteri, işəgötürən tərəfindən iddiaçı barəsində ardıcıl tətbiq edilən intizam tənbehləri, onların əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq rəsmiləşdirilməsi, işəgötürən tərəfindən ƏƏSMN-nin “Əmək və məşğulluq” alt sistemində (ƏMAS) aparılmış zəruri əməliyyatlara, daha sonra isə iddiaçının Bakı şəhəri 254 nömrəli uşaq bağçasında işlədiyi dövrdə kollektiv üzvləri ilə davranış və hərəkətləri, müəsissənin əvvəlki müdiriyyəti və işçilərə qarşı xoşagəlməz davranışı, 254 №-li bağçanın müdiri işlədiyi, həmçinin həmin bağçanın ilk həmkarlar təşkilatının sədri olduğu dövrdə mütəmadi olaraq əmək intizamı ilə bir araya sığmayan hərəkətlərə yol verməsini diqqətinizə çatdırmaq istəyir. İddiaçının iddia ərizəsinin fundamental əsasını təşkil edən tələblərindən biri xx.xx.2024-cü il tarixli, 22 nömrəli və xx.xx.2024-cü il tarixli, 24 nömrəli əmrlərin ləğv edilməsidir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, 22 №-li “Sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi” haqqında əmrin verilməsinə əsas olmuş xx.xx.2024 tarixli akt bazar gününə düşməklə qeyri-iş günüdür. Həmin gün belə bir aktın tərtib edilməsi, eyni zamanda iddiaçıya yazılı izahatın verilməsi təklifinin edilməsi qeyri-mümkündür. Bundan sonra, cavabdeh tərəfindən ikinci qanunsuz və əsassız əmr qəbul edilmişdir. Həmçinin, ATİAHİnın Sabunçu rayon Komitəsinin ayrı-ayrılıqda ATİAHİ Respublika Komitəsinə, 254 nömrəli uşaq bağçasına və vəkil Nümayəndə ünvanladığı yazılı cavab məktublarında da qeyd olunmuşdur ki, güya cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 22 №-li “Sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi” haqqında əmr qəbul edilərək iddiaçı barədə son intizam tənbehi verilmiş, növbəti gün isə cavabdeh tərəfindən ATİAHİ-nın Sabunçu rayon Komitəsinə təqdimat ünvanlanaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələb irəli sürülmüşdür. Sonuncu isə son intizam tənbehini nəzərə alaraq, ƏMnin *89-cu maddənin tələblərini əsas gətirərək iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etmişdir. Qeyd olunanlarla əlaqədar xüsusilə vurğulamaq istəyirik ki, Bakı şəhəri 254 nömrəli uşaq bağçasında xx.xx.2024-cü il tarixli, 22 №-li əmr və onun qəbul olunmasına əsas olmuş xx.xx.2024-cü il tarixli akt ümumiyyətlə rəsmiləşdirilməmişdir. Qeyd olunan tarixlərdə müvafiq olaraq akt və əmrin tərtib edilməsi qeyri-mümkündür. Cavabdeh tərəfindən işəgötürən qismində xx.xx.2024-cü il tarixli “İşçi tərəfindən izahat yazmaqdan imtina edilməsi, subordinasiya qaydalarının pozulmasında dair” akt tərtib edilmiş və onun əsasında xx.xx.2024-cü il tarixli, 22 №-li “Sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında” əmr qəbul edilmişdir. Həmin tarixlər iş günü hesab olunmuş, iddiaçı isə həmin günlər iş yerində olmuşdur. 24, 25, 26, xx.xx.2024-cü il tarixlərdə iddiaçıya həmin əmrlə tanış olmaq təklif edilmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı olanda yaxınlaşıb tanış olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə əlavə üç işçinin iştirakı ilə iddiaçıya sonuncu dəfə əmrlə tanış olmaq təklif edilmiş, əks halda əmrlə tanış olmaqdan imtinaya dair aktın tərtib ediləcəyi bildirilmişdir. İddiaçı əmri oxuduqdan sonra onun ikinci vərəqinə “Saxta olduğu üçün qol çəkməkdən imtina” sözlərini yazaraq əmrin bir nüsxəsini cavabdehə qaytarmış, digər nüsxəsini isə özü ilə götürərək otağı tərk etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Vəzifənin müvəqqəti icrasından azad olunma, vəzifənin həvalə edilməsi və inventarizasiya komissiyasının yaradılması barədə” *5.*2.2023-cü il tarixli, *34 №-li əmrinə əsasən, X2 *4.*2.2023-cü il tarixdən Bakı şəhəri 254 saylı uşaq bağçasının müdiri vəzifəsinin icrasından azad edilmiş, həmin əmrlə bağçanın tərbiyəçisi vəzifəsində işləyən X9 (işəgötürən səlahiyyətlərini icra edən cavabdeh) *5.*2.2023-cü il tarixdən 254 saylı uşaq bağçasının müdiri vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilmişdir. Həmin tarixdən etibarən iddiaçı cavabdehin müvəqqəti olaraq müdir vəzifəsinə keçirilməsi faktını qəbul edə bilməmiş, iş yerinin uşaqların tərbiyəsi və məktəbəqədər təhsili ilə məşğul olan təhsil müəssisəsi olmasına məhəl qoymayaraq cavabdehə və bir sıra kollektiv üzvlərinə qarşı əmək intizamı ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Buna əsas səbəblərdən biri isə iddiaçının 02.*2.2022-ci il tarixdən*2.05.2023-cü il tarixədək 254 nömrəli bağçanın müdiri vəzifəsində işləməsi, o cümlədən həmin dövrdə cavabdehin rəhbər vəzifədə olması, sonradan Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən həmin vəzifədən azad edilərək eyni bağçada tərbiyəçi vəzifəsinə keçirilməsi olmuşdur. Əlavə olaraq vurğulamaq istərdik ki, 254 nömrəli uşaq bağçasının kollektivi və cavabdeh həmin müəssisədə ilk həmkarlar təşkilatının mövcud olması, fəaliyyəti, İddiaçı illərlə həmin təşkilatın sədri olması faktından ümumiyyətlə məlumatsız olmuşdur. Buna dair məlumatlar iddiaçı müdir vəzifəsindən azad edildikdən bir müddət sonra kollektivə məlum olmuşdur. Beləliklə, 2024-cü ilin yanvar ayından etibarən iddiaçıya onun mütəmadi olaraq yaratdığı mübahisələr və yol verdiyi xətalara görə cavabdeh tərəfindən dəfələrlə xəbərdarlıqlar elan edilmişdir. Bu səbəbdən İddiaçı fəaliyyətilə bağlı araşdırmanın aparılması və müvafiq qanuni tədbirin görülməsi üçün müəssisənin müdiriyyəti və kollektivi adından ərizə ilə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin *6.04.2024-cü il tarixli cavab məktubunda, aidiyyəti araşdırmanın aparılması və nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlərin görülməsinin işəgötürən olaraq cavabdeh X* olması bildirilmiş, eləcə də bu məlumatın işçilərin nəzərinə çatdırılması cavabdehə tapşırılmışdır. İddiaçı cavabdeh tərəfindən mütəmadi qaydada ona tutulan iradlardan müsbət nəticə çıxarmamış, əksinə hərəkət və davranışlarında daha da aqressiya nümayiş etdirərək cavabdehə hədə-qorxu gələrək onun işində ciddi problemlər yaradacağını bildirirək tabelik münasibətlərini, etik davranış qaydalarını, davamiyyət və iş rejimini pozmağa başlamış, “Bu bağçanın müdirəsi mən olmuşam və olacam da”, “mən həmkarların sədriyəm, Flora kimdir ki, mənim barəmdə intizam tədbiri görsün, mənim arxamda həmkarlar dayanıb” kimi fikirlər və ifadələr səsləndirmişdir. Qeyd olunan səbəblərə görə, iddiaçı barədə xx.xx.2024-cü il tarixli, *4 №-li “Əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi haqqında” əmr qəbul edilmiş və növbəti gün tanış olması üçün otağa dəvət edilmişdir. İddiaçı cavabdehin ünvanına etikadan kənar ifadələr səsləndirməklə onun heç bir səlahiyyətinin olmadığını, həmin əmrin isə hüquqi qüvvəsi olmayan kağız parçası olduğunu bildirərək onunla tanış olmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində 254 nömrəli uşaq bağçasının təsərrüfat müdiri Nurxanım Əliyeva iddiaçı tərəfindən ona təqdim edilmiş əmri cavabdehə təhvil vermişdir. Belə ki, iddiaçı həmin əmri təqdim edərkən ATİAHİ Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədovdan icazə aldığını və xx.xx.2024-cü il tarixdən məzuniyyətdə olacağını bildirərək həmin əmri birinci növbədə müvafiq qeydiyyat kitabına köçürdükdən sonra onun cavabdeh tərəfindən imzalanaraq möhürlənməsinə dair Nurxanım Əliyevaya tapşırıq vermişdir. Cavabdehlə Alı Məmmədov arasında aparılmış telefon danışığı nəticəsində məlum olmuşdur ki, komitə sədri məsələdən ümumiyyətlə məlumatsızdır. Beləliklə, müəssisənin bir sıra işçilərinin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş sənədə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin sənəd işəgötürən qismində cavabdehin adından tərtib edilmiş, iddiaçının əmək haqqı saxlanılmaqla xx.xx.2024-cü il tarixdən *0 (on) iş günü işə çıxmamasına razılıq verilməsini əks etdirən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi olmayan, “Ödənişli məzuniyyətin verilməsi barədə” imzasız və möhürsüz, iddiaçının nikaha daxil olması ilə əlaqədar olan, heç bir hüquqi qüvvəsi olmayan əmrdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən həmçinin aydın olur ki, iddiaçı *8.06.2024-cü il tarixdə artıq nikaha daxil olmuşdur. Faktla bağlı xx.xx.2024-cü il tarixli “Saxta əmrin hazırlanması və heç bir üzürlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsinə dair” akt rəsmiləşdirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. Həmin tarixlərdə işdə olmadığı hər iş günü üzrə aktlar rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunanları, həmçinin iddiaçının müəssisənin ilk həmkarlar təşkilatının sədri olduğunu nəzərə alaraq, ƏM-nin 80-ci maddəsinin tələblərini rəhbər tutmaqla cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə bilavasitə ATİAHİ-nin Sabunçu rayon Komitəsinə yazılı təqdimat ünvanlanmışdır. Komitə qanunvericiliklə müəyyən edilmiş *0 günlük müddətdə təqdimatı və ona əlavə edilmiş sənədləri öyrənməli, təqdimatın araşdırılması məsələsinə baxılması üçün həmkarlar ittifaqı komitəsinin iclasının vaxtını təyin etməli, işəgötürənin nümayəndəsi işçi komitənin iclasına dəvət edilməli və onların hər ikisinin iştirakı ilə məsələ müzakirə edilməlidir. İclasın gedişatı barədə protokol tərtib edilməli, protokolda müzakirə edilən məsələyə iclas iştirakçılarının çıxışları ilə yanaşı, müzakirənin nəticəsi kimi qəbul edilmiş qərar da protokolda öz əksini tapmalıdır. Qərar sadə səs çoxluğu ilə qəbul olunur. Həmkarlar ittifaqı təşkilatının qərarı giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olmaqla sadə və aydın yazılmalıdır. Lakin təqdimat xx.xx.2024-cü il tarixdə Rayon Komitəsinə daxil olduğu halda, Komitə isə öz növbəsində ən geci *0 (on) gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda təqdim etməmişdir. Qeyd olunanlarla əlaqədar, həmçinin müəssisənin ilk həmkarlar təşkilatına yeni sədrin seçilməsi üçün təcili olaraq növbədənkənar iclasın keçirilməsi məqsədilə ATİAHİ-nin Sabunçu rayon Komitəsi tərəfindən heç bir addımın atılmamasını, həmçinin bağçada yerləşən sənədlərin arasında müəssisənin ilk həmkarlar təşkilatının fəaliyyət və iclaslarına dair protokol, qərarların və möhürün aşkar edilmədiyini nəzərə alaraq, *5.07.2024-cü il tarixdə müvafiq olaraq Azərbaycan Təhsil İşçiləri X*2, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə ATİAHİ-nın Sabunçu rayon Komitəsinin ATİAHİ-nin Respublika Komitəsinə və cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 29 №-li cavab məktubu daxil olmuşdur. Həmin məktuba Komitənin əsaslandırılmış yazılı qərar əlavə edilməmiş, iddiaçı barəsində tətbiq edilmiş sonuncu intizam cəzasını nəzərə alaraq ƏM-nin *89-cu maddənin tələblərini əsas gətirərək onun əmək müqaviləsinə xitam verilməsinə etirazı əks etdirən cümlə qeyd olunmuşdur. Maraqlı məqam ondadır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə ATİAHİ-nın Sabunçu rayon Komitəsinə və sonuncu dəfə *5.07.2024-cü il tarixdə AHİK və ATİAHİ-yə müraciət etdiyi halda həmin təşkilatların əvvəlcədən xx.xx.2024-cü il tarixli akt və xx.xx.2024-cü il tarixli, 22 №-li əmrdən xəbərdar olması mümkünsüzdür. Əmrlərin qeydiyyatı kitabında ardıcıl şəkildə yazılan əmrlər hesabına, o cümlədən xx.xx.2024-cü il tarixdə növbəti əmrin yazılması nəticəsində formalaşmış 22-ci sıra nömrəsinin xx.xx.2024cü il tarixli əmrə düşməsi mümkünsüzdür. Belə olan halda hesab edirik ki, eynilə xx.xx.2024-cü il tarixli saxta məzuniyyət əmri kimi xx.xx.2024-cü il tarixli, 22 №-li əmr də xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən əldə edildikdən sonra saxtalaşdırılmış və xx.xx.2024-cü il tarixli, 22 №-li əmr formasına salınaraq ATİAHİ-nın Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədova təqdim edilmişdir. İddiaçı 254 nömrəli bağçada müdir işlədiyi dövrdə *8.07.2022-ci il tarixli, 82 №-li əmrə əsasən qardaşı X*3 ocaqçı vəzifəsinə işə qəbul etmişdir. S.Ə.Xələfovun ümumiyyətlə işə çıxmadığı halda əmək haqqı alması və iddiaçının digər xətaları nəzarət qurumu tərəfindən aşkar edildiyi üçün iddiaçı və onun qardaşının əmək müqaviləsinə eyni tarixdə, yəni *2.05.2023-cü il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrlə xitam verilsə də, əmək müqaviləsinə xitam bildirişi *6.08.2024-cü il tarixdə ƏMAS platformasına daxil edilərək imzalandığı üçün məhz həmin tarixdə hüquqi qüvvəyə minmiş oldu və iddiaçının son haqq-hesabı məhz *6.08.2024-cü il tarixdə iddiaçının əmək haqqı kartına köçürülmüşdür. Sonda məhkəmənin diqqətinə 254 nömrəli uşaq bağçasının ilk həmkarlar təşkilatı və ATİAHİ-nın Sabunçu rayon Komitəsinin fəaliyyəti, kollektiv saziş və kollektiv müqavilə ilə bağlı məqamları çatdırmaq istəyirik. İddiaçının əmək müqaviləsinə xitam verildiyini, müəssisədə İHT-nin fəaliyyət göstərməsi üçün zəruri sənədlərin, möhürün olmadığını nəzərə alaraq, növbədən kənar konfransın təşkil edilərək müəssisənin ilk həmkarlar təşkilatının sədrinin seçilməsilə bağlı ATİAHİ-nın Sabunçu rayon Komitəsi tərəfindən bugünədək heç bir addım atılmamışdır. Elm və Təhsil Nazirliyi ilə ATİAHİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kollektiv Sazişin 6.*.6-cı maddəsinə əsasən, işçinin toyu olduqda müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla 5 iş günü, yaxın qohumu vəfat etdikdə 3 iş günü, uşaq anadan olduqdan sonra isə ataya 3 iş günü işə çıxmamasına təminat verilir. Lakin 254 nömrəli uşaq bağçasının müdiri ilə həmin müəssisənin ilk həmkarlar təşkilatı arasında bağlanmış *8.09.2023-cü il tarixli Kollektiv Müqavilənin müvafiq müddəaları xx.xx.2023-cü il tarixli Kollektiv Sazişin tələblərinə uyğun tərtib edilməmiş, həmçinin 5.*.2-ci maddəsində qeyd olunan müddətlər Kollektiv Sazişdə nəzərdə tutulan müddətləri aşır. Əmək qanunvericiliyinin 70-ci maddəsinin “ç” bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını ehtiva edir. Həmin məcəllənin 72-ci maddəsi isə hansı halların işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməsini müəyyənləşdirir. Həmin maddənin “ə” bəndində deyilir, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması kobud şəkildə əmək vəzifələrinin pozulması hesab edilir. Bu da işə götürənə işçinin əmək müqaviləsinə sözügedən məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə imkan verir. Buna görə də, işəgötürən, iş üzrə cavabdeh 07 avqust 2024-cü il tarixli, 24 N-li əmr qəbul edir. Həmin əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasının pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozduğu üçün İddiaçı tutduğu vəzifədən azad edilir və onunla bağlanmış əmək müqaviləsi ləğv edilir. Əmrin qəbul edilməsinə əsas isə, Bakı şəhər Təhsil İdarəsinin 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyən İddiaçı ardıcılı olaraq iş vaxtı rejimini, qüvvədə ola əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etdirməsi, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməməsi, kollektiv üzvləri ilə etik davranış qaydalarına əməl etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratması, bunula da təhsil müəssisələrinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirməsi olmuşdur. İddiaçının həmkərlar ittifaqının sədri olması nəzərə alınaraq, xx.xx.2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri X7 Sabunçu rayon Komitəsinə, həmin Komitənin yuxarı təşkilatlarına müvafiq olaraq təqdimat və ərizələrlə müraciət edilmişdir. Buna baxmayaraq ATİAHİ-nin Sabunçu rayon Komitəsi və onun yuxarı təşkilatları ƏM-nin 80-ci maddəsinin tələblərinə məhəl qoymayaraq 254 saylı uşaq bağçası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli yazılı təqdimatın araşdırılması məsələsinə baxılması üçün iclas təyin etməmiş, bununla da həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarını ən geci *0 (on) gün müddətində təqdim etməli olduğu halda təqdim etməmişdir. Əmək qanunvericiliyi 80-cı maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşəgötürən onun üzərinə əmək qanunvericiliyinə uyğun olaraq düşən öhdəliyini yerinə yetirmiş, bununla bağlı müvafiq təqdimat həmkarlaq ittifaqı təşkilatına göndərilmişdir və *0 günü gözləməklə işçisinin əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsinin xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümyəndəsi X*0 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış 02.*2.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 02.*2.2022-ci il tarixdən başlayaraq Bakı şəhəri 254 nömrəli uşaq bağçasında müdir vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı *2.05.2023-cü il tarixli əmək müqaviləsinin bildirişindən görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış 02.*2.2022-ci il tarixli əmək müqaviləsinə *2.05.2023-cü il tarixdə dəyişklik edilərək İddiaçı Bakı şəhəri 254 nömrəli uşaq bağçasında tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 iyun 2024-cü il tarixli, 22 nömrəli əmrindən görünür ki, İddiaçı elan edilmiş xəbərdarlıqlara və tətbiq edilən intizam cəzasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilər ilə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuş olduğundan, xx.xx.2024-cü il tarixdə İddiaçı yazılı izahat verilməsi işəgötürən tərəfindən təklif edilsədə o izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən İddiaçı Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 iyun 2024-cü il tarixli, 22 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli əmrə imza etməkdən imtina etmiş və saxta olduğu qeyd edilmişdir. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin əmrlər kitabından görünür ki, 03 iyun 2024-cü il tarixdə İddiaçı elan edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilər ilə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuş, xx.xx.2024-cü il tarixdə subardinasiya qaydasını pozraq tabe olduğu müdriyyətdən icazə almadan * saat işə gec gəlmiş, İddiaçı yazılı izahat verilməsi işəgötürən tərəfindən təklif edilsədə o izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən İddiaçı töhmət verilmişdir. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin əmrlər kitabından görünür ki, İddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, 0*.07.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, **.07.2024-cü il, *2.07.2024-cü il, *6.07.2024-cü il, *8.07.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixlərdə İddiaçı iş saatlarında işdə olmaması barədə aktlar tərtib edilmişdir. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli saxta əmrin hazırlanması və heç bir üzürlü səbəb olmadan işçinin işə gəlməməsi barədə aktdan görünür ki, İddiaçı baxça müdürəsi adından 24.06-xx.xx.2024-cü il tarixədək *0 iş günü müddətində məzuniyyət verilməsinə dair saxta əmr hazırlanması qeyd edilmişdir. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsi tərəfindən təqdim edilən Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 iyul 2024-cü il tarixli, 22 nömrəli əmrindən görünür ki, İddiaçı elan edilmiş xəbərdarlıqlara və tətbiq edilən intizam cəzasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan iş vaxtının rejimini və müəssisənin nizam-intizam qaydalarını, o cümlədən işçilər ilə ünsiyyət və etik davranış qaydalarını təkrarən kobud şəkildə pozmuş olduğundan, xx.xx.2024-cü il tarixdə İddiaçı yazılı izahat verilməsi işəgötürən tərəfindən təklif edilsədə o izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən İddiaçı Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsi tərəfindən təqdim edilən Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 iyul 2024-cü il tarixli, 22 nömrəli əmrinin surətindən İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli əmrə imza etməkdən imtina etmiş və saxta olduğu qeyd edilmiş olduğu görünsədə, həmin əmrin əslində İddiaçı əmrə qol çəkməsindən imtina etməsinə dair əlyazmalı ilə yazılmış qeydin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 24 iyun 2024-cü ilo tarixli ödənişli məzuniyyətin verilməsi barədə əmrdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçi-müəllimi İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək *0 gün müddətində işə çıxmamağına razılıq verilsin. Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsin 24 nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Bakı şəhər Təhsil İdarəsi 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyən İddiaçı ardıcıl olaraq iş vaxtı rejimini, qüvvədə olan əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməmiş, kollektiv üzvləri ilə etik davranış qaydalarına riayət etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratmış, bununla da təhsil müəssisəsinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirmişdir. Qeyd olunan neqativ faktlar və qanun pozuntularının gündəlik olaraq davam etməsini nəzərə alaraq, ƏM-nin 80ci maddəsinin tələblərini rəhbər tutaraq işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi üçün zəruri təsdiqedici sənədlərlə birlikdə Bakı şəhər Təhsil İdarəsinə, Azərbaycan Təhsil İşçiləri X7 Sabunçu rayon Komitəsinə, həmin Komitənin yuxarı təşkilatlarına müvafiq olaraq təqdimat və ərizələrlə müraciət edilmişdir. Buna baxmayaraq, ATİAHİ-nin Sabunçu rayon Komitəsi və onun yuxarı təşkilatları ƏM-nin 80-ci maddəsinin tələblərinə məhəl qoymayaraq 254 saylı uşaq bağçası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli yazılı təqdimatın araşdırılması məsələsinə baxılması üçün iclas təyin etməmiş, bununla da həmkarlar ittifaqı təşkilatı əsaslandırılmış yazılı qərarını ən geci *0 (on) gün müddətində təqdim etməli olduğu halda bugünədək təqdim etmədiyindən xx.xx.2024-cü il tarixdən uşaq bağçasının tərbiyəçimüəllimi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 25 iyun 2024-cü il tarixli Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdiri X22 X8 Rayon Komitəsinə ünvanladığı təqdimatından görünür ki, Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdiri Flora Əliyeva Azərbaycan təhsil işçiləri X7 Sabunçu rayon Komitəsinə müraciət edərək Bakı şəhəri 254 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi, eyni zamanda həmin bağçanın ilk həmkarlar təşkilatının sədri X*4 mütəmadi olaraq subordinasiya qaydalarını pozmaqla itayətsizliyə yol verir kollektiv arasında formalaşmış normal işgüzar münasibətlərə xələl gətirir, həmçinin bağçanın normal iş ahəngini pozur Tərəfimdən ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş, hərəkət və davranışların normalaşdırılması istiqamətində proflaktik tədbirlərin görülməsinə baxmayaraq bu istiqamətdə müsbət nəticə ətdə etmək mümkün olmamışdır. X*9 daha da aqressiv və saymazyana davranışlara yol verməyə davam elmiş, həmçinin 254 saytı uşaq bağçasının illərdir ilk həmkarlar təşkilatının sədri olmasını əsas götürərək nə bağça müdiriyyəti, nə Təhsil Nazirliyi, nə də ki, ATİAHİ Sabunçu rayon komitəsi tərəfindən onun barəsində hər hansı intizam cəza tədbirinin görülməsinin mümkün olmadığını kollektiv işçiləri arasında o cümlədən mənə açıq aşkar bildirmişdir. Bu huquqı pozuntuların ardıcıl olaraq sonuncu dəfə, yəni 24 iyun 2024-cü il tarixdə Gülnar Əhmədova işəgötürən səlahiyyətlərinə malik olan bağça müdiriyyətinin adından saxta məzuniyyət əmri hazırlamış və işəgötürənlə heç bır razılaşduma əldə etmədən. o cümlədən məzuniyyətə dair əıizə yazmadan özbaşına məzuniyyətə çıxmış, həmçinin 24 iyun 2Q24~cü il tarixdə bütün iş gunü ərzində heç bir üzürlü sobəb olmadan işə gəlməmişdir Qeyd olunan faktla bağlı, həmçinin daha əvvəlki hüquq və əmək intizamı pozuntuları ilə bağlı yazılı aktlar tərtib edilmişdir. Eləcə də X4 254 saylı uşaq bağçasının ilk həmkarlar ittifaqının sədri olduğunu nəzərə alaraq Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini rəhbər tutaraq bu təqdimatla ünvanınıza müraciət olunur.Giilnarə Əhmədovanın əmək müqaviləsinə xitam verilməsim təmin etmək məqsədilə müvafiq yazılı qərarınızı müəssisəyə təqdim edilməsini xahiş etmişdir. Təhsil işçiləri Azad X8 Rayon Komitəsinin 29 nömrəli xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdr səlahiyyətlərini müvəqqəti icra edən Flora Əliyevaya ünvanladığı məktubundan görünür ki, 254 №-li uşaq baxçasında son vaxtlar yaranmış münaqişə pik həddinə çatmışdır. Beləki, baxçanın rəhbərliyi ilə tərbiyəçi İddiaçı arasında bir - birinə güzəşti bacarmamaq baxçada psixoloji iqlim şəraitini pozur. Baxça rəhbərliyinin verdiyi məlumatlarda tərbiyəçi İddiaçınm fəaliyyətində yol verdiyi qanun pozuntularına görə işçilərin iştirakı ilə aktlar (*7.04.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixlərdə ) tərtib edilmiş, bütün bunlara rəğmən ona intizam tənbehi tətbiq edilmişdir. ( Əmr № *4,xx.xx.2024 - cü il “töhmət” , Əmr № 22,xx.xx.2024-cü il “ Sonuncu xəbərdarlıqla şiddətli töhmət” ) Bütün bunlara görə F.Əliyeva tərbiyəçi İddiaçınm əmək müqaviləsinə xitam verilməsini təmin etmək və ilk həmkarlar təşkilatı sədrliyindən çıxarılması üçün yenidən seçki keçirilməsini tələb etmişdir . Ayrıayrılıqda İddiaçı və F.Əliyeva ilə fərdi söhbətlər aparılmasına baxmayaraq bir-birinə güzəşt etmək fikrində olmadıqlarını bildirmişdilər . Yekun etibarı ilə Sabunçu rayon Komitəsi bildirmək istəyir ki, 254 № - li uşaq baxçasında seçki F.Əliyevanm iştirakı ilə *4.02.2024-cü il tarixdə keçirilmişdir . 254 № - li uşaq baxçasmm rəhbərliyi tərəfindən G.Əlımədovaya xx.xx.2024 - cü il tarixdə son intizam tənbehi verilmiş, 25 iyun 2024 -cü il tarixdə təqdimat verilərək İddiaçı əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Son intizam tənbehini nəzərə alaraq təkrar intizam tənbehi verilə bilmədiyini nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsinə etiraz etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*5 Xidmətinin *7.09.2024-cü il tarixli 3-*7-5/2-63795/2024 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında 02.*2.2022-ci ildə müqavilə bağlamış, *2 may 2023-cü ildə müqavilə imzalanmış, *6.08.2024-cü ildə müqaviləyə xitam verilmişdir. İşçinin işdən çıxma tarixi isə xx.xx.2024-cü il kimi qeyd edilmişdir. "xxxx" ASC-nin ödəni kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus 5*0307*******3389 nömrəli karta 27 iyun 2024-cü il tarixdə 480,60 manat, 30 iyul 2024-cü il tarixdə 362,53 manat və *6 avqust 2024-cü il tarixdə *069,42 manat əmək haqqı ödənilmişdir. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 04 may *998-ci ildə 254 nömrəli uşaq baxçasında tərbiyəçi vəzifəsinə təyin edilmiş, 08 avqust 2024-cü ildə xx.xx.2024-cü il tarixli 24 nömrəli əmrə əsasəm Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndinə əsasən) əsasən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış müqaviləyə xitam verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən *8 iyun 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 630387 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə İddiaçı arasında nikah 852 qeydiyyat nömrəsi ilə *8 iyun 2024-cü il tarixdə bağlanılmışdır. Nikahdan sonra ərə Əliyv, arvada Əhmədova soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli saxta əmrin hazırlanması və heç bir üzürlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi barədə aktdan görünür ki, 24 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı saxta əmr hazırlaması və *3:00-da işə gəlməli olduğu halda *9:00da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən özbaşınalıq və sənəd saxtakarlığına yol verməklə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 24 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 25 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 27 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 28 iyun 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. 0* iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 02 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 03 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 04 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 05 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı *3:00-da işə gəlməli olduğu halda *9:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 08 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi-müəllimə o cümlədən həmin müəssisənin ilk həmkarlar təşkilatını sədri İddiaçı 07:00-da işə gəlməli olduğu halda *3:00-da isə işdən getməli olduğu halda heç bir məlumat vermədən işəgötürənlə razılaşdırmadan bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. **.07.2024-cü il tarixli aktdan görünür ki, ** iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda heç bir məlumat vermədən *2:*5-də işdən getmişdir. *2.07.2024-cü il tarixli aktdan görünür ki, *2 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı iş saatı bitmədən bağçadan icazəsiz getmişdir. *6.07.2024-cü il tarixli aktdan görünür ki, *6 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı iş saatı bitmədən bağçadan icazəsiz getmişdir. *8.07.2024-cü il tarixli aktdan görünür ki, *7 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda *2:00-da heç bir məlumat vermədən işdən getmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 22 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda *2.00da getmişdir 04.*7.2024-cü il tarixli aktdan görünür ki, 04.*7.2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı iş saatında uşaqları nəzarətsiz qoyub bağçadan kənara çıxıb telefonla danışır. xx.xx.2024-cü il tarixli işçi tərəfindən izahat yazmaqdan imtina edilməsi, subordinasiya qaydalarının pozulmasına dair tərtib edilmiş aktdan görüünür ki, 254 nömrəli baxçanın müdürü vəzifəsini müvəqqəti icra edən X*7 xx.xx.2024-cü il tarixdə saat *4.30 radələrində 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı otağına dəvət edərək onun təkrarən müəssisənin nizam-intiza və iş yeri qaydalarını kobud şəkildə pozması, eləcə də 22-xx.xx.2024-cü il tarixlərdə tebe olduğu müdriyyətdən icazə almadan və açıq şəkildə tabesizlik, saymamazlıq nümayiş etdirərək işə gec gəlmə və işdən tez çıxma hallarına dair yazılı izhat təqdim edilməsi təklif etmişdir. İddiaçı qışıqıraraq onun heçnədən başı çıxmamasını , müdir kimi işə yaramadığını, işə isə ümmiyyətlə gəlmədiyini bildirmiş və kollektiv müqaviləni qabağına qoyaraq yaxşı oxuması təklif edilmiş və Bakı təhsil İdarəsinin və mühasibatlığın məlumatı olduğunu işə vaxtında gəlib getdiyini bildirmişdir. Flora Əliyeva isə ona xatırladaraq bildirmişdir ki, o işə vaxtında gəlmədiyin bütün kollektivin gördüyünü, onunla və kollektv ilə ünsiyyət və subardinasiya qaydalarını pozduğunu, böhtan xarakterli ifadələrə yol verdiyi bildirərək izahat verilməsini xahiş etmiş, İddiaçı isə izahat yazmağdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 24 iyul 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı *3:00-da işdən getməli olduğu halda *2:*5-də heç bir məlumat vermədən işdən getmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi haqqında 24 iyul 2024-cü il tarixli 22 nömrəli əmrlə tanış olmaqdan imtina edərək aktın arxasına aktın saxta olduğunu qeyd etmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 08 avqust 2024-cü ildə 254 nömrəli uşaq bağçasını tərbiyəçisi İddiaçı 24 nömrəli xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə tanış olmaq məqsədilə müdirin xidməti otağına saat *6:00-da dəvət edilmişdir, lakin məlum olmuşdur ki, İddiaçı təkrar iş yerini özbaşına iş vaxtı bitməmiş tərk etişdir. Bakı şəhər Sabunçu rayonu 254 nömrəli mətəbəqədər təhsil müəssisəsinin müdri ilə 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin ilk həmkarlar təşkilatı arasında bağlanmış *8.02.2023-cü il tarixli 2 illik kollektiv müqavildən 5.*.2-ci maddəsindən görünür ki, işçinin toyu olduqda *0 iş günü müddətində müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilməsi ilə bağlı öhdəlik götürmüşdür. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-0*0*2/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışında görünür ki, 60 manat məbləğində mediasiya rüsumu X3 oğlu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin * və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.*-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.*-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 7*-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; - 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. *86-cı maddəsinin “*” bəndinə əsasən İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. *86-cı maddəsinin “2” bəndinə əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək,kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsiin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. *86-cı maddəsinin “4” bəndinə əsasən İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. *88-cı maddəsinin “*” bəndinə əsasən İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. *89-cu maddəsinin “*” bəndinə əsasən Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Məhkəmə ilk əvvəl iddia tələbinin “işəgötürən tərəfindən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair xx.xx.2024-cü il tarixli, 22 nömrəli əmrin ləğv edilməsinə” dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 22 nömrəli əmrdən görünür ki, sonuncu xəbərdarlıq ilə şiddətli töhmətə dair əmr xx.xx.2024-cü il tarixli akta əsasən verilmiş olduğu qeyd edilmişdir. Lakin mülki işin matriallarına cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli akt əlavə edilməmişdir. Həmçinin məhkəmə tərəfindən 2024-cü ilin təqvim ilinə nəzər yetirilən zaman xx.xx.2024-cü il tarixin “istirahət günü hesab edilən bazar gününə” təsadüf etdiyi müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəf sözügedən əmrin xx.xx.2024-cü il tarixdə deyildə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli akta əsasən qəbul edilmiş olduğunu bildirmiş, iddiaçının təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli 22 nömrəli əmrin isə kim tərəfindən imzalanmasını və kim tərəfindən möhür vurulmasından məlumatı olmadığını, ola bilsinki iddiaçının həmin əmri məzuniyyət əmri kimi saxtalaşdırmış olduğunu iddia etmişdir. Lakin məhkəmə cavabdeh olan işəgötürənin diqqətinə çatdıraraq qeyd edir ki, cavabdeh xx.xx.2024-cü il tarixli əmrin onun tərəfindən verilmədiyini, həmçinin həmin əmrin iddiaçı tərəfindən saxtalaşdırılaraq tərtib etdiyini sübut edə bilməmişdir. Həmçinin iddiaçının hər hansı bir sənəd saxtalaşdırma hallarına yol verdiyinə dair işəgötürən tərəfindən şübhələr olduğu halda hansı səbəbdən szöügedən halların aydınlaşdırılması üçün aydiyyat orqanalar müraciət etməməsini izah etməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçı, həm cavabdeh tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrlərin ksero sürətlərində iddiaçının xx.xx.2024-cü il tarixdə əmri imazlamağdan imtina etməsinə dair qeyd olduğu halda cavabdehin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 22 nömrəli əmrin əslindi bu qeydin olmadığı müəyyən edilmişdir. Bundan başqa, 25 iyun 2024-cü il tarixli Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin müdiri X22 X8 Rayon Komitəsinə ünvanladığı təqdimata Azad X8 Rayon Komitəsinin xx.xx.2024-cü il tarixdə vermiş olduğu cavab məktubunun mətnində də işəgötürən tərəfində işçiyə verilmiş xəbərdarlıq şiddətli töhmətin verilməsinə dair əmrin tarixidə xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, iddiaçının təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli 22 nömrəli əmrin verilməsi üçün əsas olmuş xx.xx.2024-cü il tarixli aktda 22-xx.xx.2024-cü il tarixdə iddiaçı olan İddiaçı işə gec gəlmiş və işdən tez gətmiş olduğunu bildirsədə, lakin həmin tarixlərdə iddiaçının iş saatlarının hansı tarix olduğu və onun iş saatdından gec və işdən tez getməsini təsdiq edəcək hər hansı bir sübut əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, nə qədərki, 254 saylı uşağ bağçasının müdriyyəti tərəfindən İddiaçı barəsində verilmiş sonuncu xəbərdarlıqla şiddətli tömətə dair əmri xx.xx.2024-cü il tarixdə verilmiş olduğunu bildirsədə, xx.xx.2024-cü il tarixli əmrin mövcud olması və həmin əmrin işəgötürən tərəfindən deyildə üçüncü bir şəxs tərəfindən saxta fomada tərtib edilməsini təsdiq edən sübutların mövcud olmadığından sözügedən əmrin verilmə tarixi xx.xx.2024-cü il hesab edilməlidir. Beləliklə məhkəmə işə götürən tərəfindən işçi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə əsas olmuş hal xx.xx.2024-cü il tarixli akt hesab edildiyində və həmin günün qeyri iş günü olduğundan habelə ümumiyyətlə həmin akt iş matriallarında olmadığından iddia tələbi bu hissədə təmin edilməli, işəgötürən tərəfindən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə dair 22 nömrəli xx.xx.2024-cü i tarixli əmr ləğv edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, İddiaçı 254 nömrəli Uşaq Baxçasına tərbiyəçi müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş 254 nömrəli uşağ baxçasının müdiri səlahiyyətlərini müvəqqəti icra edən X22 X8 Rayon Komitəsinə ünvanladığı 25 iyun 2024-cü il tarixli təqdimatının məzmunundan müəyyən edilir ki, işəgötürən 254 nömrəli Uşaq Baxçasında tərbiyəçi müəllim vəzifəsində çalışan İddiaçı işəgötürən səlahiyyətlərinə malik olan bağça müdiriyyətinin adından saxta məzuniyyət əmri hazırladığını və işəgötürənlə heç bir razılaşdırma əldə etmədən o cümlədən məzuniyyətə dair ərizə yazmadan özbaşına məzuniyyətə çıxmış olduğunu, həmçinin 24 iyun 2024-cü il tarixdə bütün iş gunü ərzində heç bir üzürlü səbəb olmadan işə gəlmədiyini, qeyd olunan faktla bağlı, həmçinin daha əvvəlki hüquq və əmək intizamı pozuntuları ilə bağlı yazılı aktlar tərtib edildiyini bildirərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair yazılı razılığın verilməsini xahiş etmişdir. Habelə xx.xx.2024-cü il tarixli əmrin məzmunundan görünür ki, Bakı şəhər Təhsil İdarəsi 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyən İddiaçı ardıcıl olaraq iş vaxtı rejimini, qüvvədə olan əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş, o cümlədən işəgötürənin adından onunla heç bir razılaşma olmadan əmək məzuniyyətinə dair saxta əmr tərtib edərək iş yerinə ümumiyyətlə gəlməmiş, kollektiv üzvləri ilə etik davranış qaydalarına riayət etməyərək onlarla mütəmadi qaydada mübahisələr yaratmış, bununla da təhsil müəssisəsinin normal iş ahəngini pozaraq işəgötürənin nüfuzuna ciddi xələl gətirməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci madəssinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işəgötürən tərəfindən işçinin işdən çıxardılmasına əsas olan halları bir-bir araşdıraraq qeyd edir ki, iş matriallarından müəyyən edilir ki, işəgötürən işçi İddiaçı qız barəsində xx.xx.2024-cü il tarixdə qəbul edilmiş sonuncu xəbərdarlıq ilə şiddətli töhmətin verilməsinə dair əmrin ertəsi günü işçinin işdən azad edilməsinə razılığ verilməsi məqsədi ilə həmkərlar təşkilatına müraciət etmişdir. Belə ki, işəgötürüən işçinin onun adından saxta əmr hazırlamış olduğunu bildirmiş və sözü gedən imzasız və möhürsüz “Bakı Şəhəri Sabunçu Rayonu 254 nömrəli məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçi-müəllimi İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək *0 gün müddətində işə çıxmamağına razılıq verilsin” mətni olan əlyazmanı məhkəməyə təqdim etmiş, iddiaçı isə həmin əlyazmanın ona aid olduğunu etiraf edərək, əlyazmanın ona aid olduğunu lakin həmin əlyazmanın nümunə xarakteri daşıdığını, beləki, onun ailə qurması səbəbindən *0 günlük ödənişli məzuniyyətə çıxmasını isdədiyini buna dair əmrin hansı qaydada tərtib edilməsi məqsədi ilə iş yerinə təqdim etmiş olduğunu bildirmişdir. Məhkəmə saxta məzuniyyət əmrinin hazırlanmasına münasibət bildirərək qeyd edir ki, sözügedən əlyazısında iş yeri müdriyyətinin imzası və möhrü olmadığından işdən çıxarılmaya dair əmrin verilməsi üçün qeyd edilmiş bu hal əsassız qiymətləndirilməlidir. Bundan sonra iddiaçının xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas olmuş hal kimi “Bakı şəhər Təhsil İdarəsi 254 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyən İddiaçı ardıcıl olaraq iş vaxtı rejimini, qüvvədə olan əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini və Əmək Məcəlləsinin tələblərini pozmağa davam etmiş” olmasına münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarında işçinin konkret olaraq hansı tarixdə işə gəlmədiyini təsdiq edəcək möhtəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Balə ki, cavabdeh tərəfindən işçinin iş günü işə ümumiyyətlə gəlməməsini və ya iş saatı rejimi qaydalarını pozmuş olduğunu təsdiq edən aktlar məhkəməyə təqdim etmiş olsada, məhkəmə sözügedən sübutların birtərəfli olaraq iş yeri müdriyyətinin və ona tabeliyində olan işçilər ilə birlikdə tərtib edildiyini nəzərə alaraq sözügedən sübutları möhtəbər sübut hesab etmir. Bundan sonra məhkəmə əmrin verilməsi üçün əsas kimi qeyd edilmiş işçinin məlumat verilmədən ödənişli məzuniyyətə çıxmasına münasibət bildirərək qeyd edir ki, mülki iş matrialarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı *8.06.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Həmkarlar təşkilatı ilə 254 saylı uşağ baxçası arasında bağlanmış kollektiv müqavilənin 5.*-ci maddəsində görünür ki, işçinin toyu olduqda *0 iş günü müddətində müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilməsi ilə bağlı öhdəlik götürmüşdür. İddiaçı sözügedən müqavilə əsasında ailə həyatı qurmaq münasibəti ilə *0 günlük məzuniyyətə getməsini icazə verilməsinə dair ərizə yazdığını və kadralar tərəfindən ona icazə verilməsini bildirildiyini məhkəməyə bildirsədə, cavabdeh tərəf belə bir ərizənin və razılığın olmadığını məhkəməyə bildirmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən əmak haqqının verilməsinə dair KapitalBankdan təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddaçıya tam ay üzrə əmək haqqı ödənilmişdir. Həmçinin cavabdehin həmkarlar təşkilatına müraciət etdiyi təqdimatda iddiaçının xx.xx.2024-cü il tarixdə işə gəlmədiyini bildirsədə, iş matriallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilən aktlarda xx.xx.2024-cü il tarixli işəgötürən tərəfindən iddiaçı barəsində 2 akt tərtib edilmiş olduğu, həmin aktın birində İddiaçı iş saatı aralığı 07:00-dən *3:00-dək olması qeyd edilsə də, ikinci aktda isə *3:00-dan *9.00-dək olduğu qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon 254 nömrəli Uşaq bağçası iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qeyd etmiş olduğu hallarını qanunun tələblərinə uyğun sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməli, Bakı şəhər Təhsil İdarəsi 254 saylı uşağ baxçasının 24 nömrəli əmri ləğv edilməli, İddiaçı 254 nömrəli Uşaq Baxçasına tərbiyəçi müəllim vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı iddiaçıya ödənilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin əmək haqqının gecikdiyi hər gün üçün * faiz cərimənin hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 2*8.*-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun *00cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9, 2*6-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon 254 nömrəli Uşaq bağçasının xx.xx.2024-cü il tarixli 22 nömrəli əmri və xx.xx.2024-cü il tarixli 24 nömrəli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri Sabunçu rayon 254 nömrəli Uşaq Baxçasına tərbiyəçi müəllim vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddətinə görə iddiaçıya ödənilməli olan əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. . Qətamədən,rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar