Məhkəmə qərarları › İş №e-2(008)-618/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-618/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-618/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onunla birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X3 İ qrup gözdən əlil olmağı ilə əlaqədar olaraq dövlət tərəfindən ona verilmiş hazırda birgə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzilinə münasibətdə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin himayəsinə verilmiş uşaqları və şəxsi əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi qaydada nikaha girmiş və birgə nikahından xx.xx.2007-ci il tarixdə X2, xx.xx.2011-ci il tarixdə X8, xx.xx.2016-cı il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Sonradan cavabdehin müraciəti əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixdə İsmayıllı Rayon Keyvəndi İƏV-də bağlanmış nikah pozulması, xx.xx.2007-ci il tarixdə doğulmuş X2, xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 anaları Cavabdeh yanında qalmaları, habelə xx.xx.2007-ci il tarixdə doğulmuş X1, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Lakin, buna baxmayaraq cavabdeh onun ilə eyni ünvanda yaşayır və nəticə etibarı ilə cavabdeh ona normal həyat tərzində yaşamağa imkan vermir. Belə ki, o, İ qrup gözdən əlildir və onun sağlamlığı ilə əlaqədar xüsusi qulluğa ehtiyacı vardır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırda cavabdeh ilə birgə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzili İ qrup gözdən əlil olmağı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona təqdim edilmişdir. Cavabdeh ilə nikah münasibətləri pozulduqdan sonra o, cavabdehdən ona verilmiş mənzili boşaltmalarını və həmin mənzildən çıxıb getmələrini tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək başqa yaşayış yerinin olmadığını, iddiaçının Maştağada çoxlu mülklərinin olduğunu bildirərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh Rayiq qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə İsmayıllı Rayon Keyvəndi İƏV-də bağlanmış nikah pozulması, xx.xx.2007-ci il tarixdə doğulmuş X2, xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında saxlanması, xx.xx.2007-ci il tarixdə doğulmuş X1, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışlarından görünür ki, X9, X5, X8, X7, X2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-9830/2023-**********830 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-27770/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamın icrası Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış kompleksində üçotaqlı mənzillə təmin edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli mənzilin imtiyazlı şəxsə təhvil verilməsi barədə aktın surətindən görünür ki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Y/Yaşayış kompleksi 3 otaq mənzil imtiyazlı şəxs İddiaçı təhvil verilmişdir. - ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə mülki işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və birgə nikahdan doğulmuş uşağlar isə ananın himayəsində saxlanılmışdır. İşin hallarından görünür ki, iddiaçının istifadəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cavabdeh ilə birgə nikahda olduğu dövürdə gözdən əlil olması səbəbindən 3 otaqlı mənzil verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya mənzil verilən zaman o cavabdeh ilə birgə nikahda olduğundan cavabdehində həmin mənzilə istifadə hüququ yaranmışdır. İddiaçı hazırda iddia tələbi ilə müraciət edərək Cavabdeh, birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X3 İ qrup gözdən əlil olmağı ilə əlaqədar olaraq dövlət tərəfindən onun istifadəsinə verilmiş hazırda birgə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzilinə münasibətdə istifadə hüquqlarına xitam verilməsini və cavabdehin himayəsinə verilmiş uşaqları və şəxsi əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmasını xahiş etmişdir. İlk öncə məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur və hazırda cavabdeh iddiaçının köhnə ailə üzvü sayıldığında, cavabdehin iddiaçının qanuni istifadəsinə verilmiş mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Cavabdeh məhkəmə iclasında iştirak edərəkən onun hazırda başqa yerdə yaşaya bilməsinə dair imkanının olmadığını bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, cavabdehin iddiaçının istifadəsində olan mənzilinə istifadə hüququna xitam verilmişdir, o iddiaçının istifadəsində olan mənzildən əşyaları və himayəsində saxlanılmış övladları ilə birlikdə çıxarılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh himayəsinə verilmiş övladları xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksi, 13 saylı evin 45 saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar