Məhkəmə qərarları › İş №e-2(008)-6238/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6238/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6238/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, akt üzrə 4840,60 manat, 290,76 manat cari borc, 1,84 manat yeni tarifə keçidlə əlaqədar olmaqla ümumilikdə 5133,20 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və ödənilmiş 71,34 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5604,54 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2022-ci il tarixində AK4-463333 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfində **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazid hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 799,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 88,60 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2073,60 manat. Aktlar əsasında, ümumilikdə 4840,60 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdehin yuxarıda qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfyyat üzrə 290,76 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 1,84 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilən aylıq ödənişlər və borca görə tutulmalardan sonra İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 5133,20 manat təşkil etməkdədir. İddiaçı İB-nin nümayəndəsi Vəkil vəsatət ərizəsi ilə məhkəməyə müraciət edərək, baxış iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, AKX-04633xx/xx-2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. Abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 5133,20 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki,sayğacdan kənar xətt aşkar edilib. Dəymiş ziyan 7992 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 28 dekabr 2018-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 rrvVsaat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x180=1296 m3 1.5x8x180=2160 m3 1.4x18x180=4536 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 1332 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 28 fevral 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 rrvVsaat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x30=216 m3 1.5x8x30=360 m3 1.4x18x30=756 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar xədən istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 1332 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 31 yanvar 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 rrvYsaat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x30=216 m3 1.5x8x30=360 m3 1.4x18x30=756 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış zamanı qazın sayğacdan kənar quraşdırılması aşkar edilib. Dəymiş ziyan 1332 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 29 mart 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x30=216 m3 1.5x8x30=360 m3 1.4x18x30=756 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki,mənzilin sayğacına baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 324 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 28 iyun 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 rrr/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x4x30=144 m3 1.5x4x30=180 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 324 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 30 aprel 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 rrrVsaat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x30=216 m3 1.5x8x30=360 m3 1.4x18x30=756 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 324 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 30 may 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x4x30=144 m3 1.5x4x30=180 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar edilib. Dəymiş ziyan 324 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 31 iyul 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x4x30=144 m3 1.5x4x30=180 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadəsi aşkar edilib. Dəymiş ziyan 324 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 30 avqust 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x4x30=144 m3 1.5x4x30=180 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 324 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 30 sentyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x4x30=144 m3 1.5x4x30=180 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 324 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 30 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x4x30=144 m3 1.5x4x30=180 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Dəymiş ziyan 1008 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 29 noyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x30=216 m3 1.5x8x30=360 m3 0.8x18x30=432 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni qazdan istifadə aşkar edilib. Dəymiş ziyan 2520 m3 hesablanmışdır. İş materiallarında olan itirilmiş qazın bərpasına dair 30 dekabr 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x30=864 m3 1.5x24x30=1080 m3 0.8x24x30=576 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borcun etirafı haqqında ərizəyə əsasən, Cavabdeh 3100 manat borcla tanış olduğunu və ödəyəcəyini öz imzası ilə təstiq edərək öhtəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdeh 3100 manat borcu ödəyəcəyi barədə öhdəlik götürsə də, bu günə kimi lazımı qaydada icra etməmişdir. İddia tələbi qismən təmin edilməli, Cavabdeh 3100 (üç min yüz) manat məbləğində borcu və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat məbləğində manat dəymiş ziyan və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar