Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6340/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən və Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülməyi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi Bakı şəhəri, Sabunçu rayonu, 32 Aprel küçəsində yerləşən fərdi yaşayış evi olmaqla həmin 3 otaqlı evdə cavabdeh yaşayır. O, cavabdehlə 2004-cü ildə rəsmi nikahla ailə həyatı qurmuş və onunla birlikdə Bakı şəhəri,Sabunçu rayonu, 26 Bakı Komissarı küçəsində yerləşən 8 a saylı binaya gəlin köçmüş və 2019-cu ilin iyul ayında həmin bina plana düşdüyü kimi cavabdehə 117980 manat məbləğində kompensasiya verilmiş və onlar bu binanı tərk edərək verilmiş pulun 58000 manatına hazırki mübahisəli fərdi yaşayış evini alaraq həmin evə köçmüşlər. Onun bütün əmlakları həmin evə daşınmış, lakin cavabdeh ona bu evdə rahatlıq verməmiş, onu incitmiş və hədə-qorxu gələrək onu bu evdən çıxarmışdır. Bununla bağlı o polisə şikayət etmiş və ona izah olunmuşdur ki, o mülki qaydada məhkəməyə müraciət edə bilər. Bundan sonra o nikahın pozulması və verilmiş kompensasiyanın cavabdehlə aralarında bölünməsi barədə məhkəmədə iddia qaldırmış, aralarında bağlanmış nikah məhkəmənin qətnaməsi ilə ləğv edilmiş, kompensasiyanın bölünməsi barədə iddiası təmin olunmamışdır. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, ünvan 1 6 saylı mənzilin yerləşdiyi bina 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 148 saylı MKİS-in balansında olmuş, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş, buna görə cavadehə 117980 manat məbləğində kompensasiya ödənilmişdir. Bakı Şəhər İcra hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 148 saylı MKİS tərəfindən verilmiş cavabdan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 8 saylı bina FHN-nin 2015-ci il tarixli aktına əsasən kəskin qəzalı vəziyyətdə olduğu üçün 2019-cu il tarixdə dövlət tərəfindən sökülmüşdür, binada yaşayan Cavabdeh mənzil 6-da xx.xx.1997-ci ildən ailə üzvləri oğlu X7, X8 qeydiyyatda olub yaşayıblar, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə ona verilən kompensasiyanın hansı məbləğdə və kimin Bank hesabına köçürülməsi haqqında ailə üzvləri ilə birlikdə akt tərtib edilmiş, razılıqlar alınmış, bina sökülənə qədər İddiaçı Cavabdeh ilə birlikdə həmin mənzildə qeydiyyatsız yaşamışdır. İşə baxan apellyasiya məhkəmələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2023-cü il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki, onun qeyd edilən evə köçüb yaşamaq hüququ vardır və cavabdeh də məhkəmə instansiyalarında onun həmin evə köçüb yaşamağına etiraz etmədiyini bildirmişdir. Hazırda o onkolji xəstədir, yaşamağa başqa bir yaşayış yeri yoxdur, buna görə də qeyd edilən fərdi evə köçürülməyi barədə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-9/2-2366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 qəsəbəsi, 2 Aprel küçəsində özbaşına tikilidə 2019-cu ildən hal-hazıradək qeydiyyatsız olaraq yaşmışdır. X2 verdiyi məlumata əsasən, onun keçmiş həyat yoldaşı İddiaçı 2019-cu il tarixdən 2020-ci ilin aprel ayına kimi onunla birlikdə həmin evdə qeydiyyatsız olaraq yaşamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1666/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin sökülmaəsi qarşılığında ödənilən kompensasiya məbləğinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsi tələbnə dair iddia tələbi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6215/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1666/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6215/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1666/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmişdir ki, ünvan 1ünvanında yerləşən 6 saylı mənzil cavabdehin vəsaiti hesabına alınmış və onun istifadə hüququ məhkəmə aktı ilə 1994-cü il ildə yaranmışdır. Bu halsda iddiaçıya cavabdehlə bərabər imkanların tanınması cavabdehin hüquqları ilə yanaşı həmin evdə qeydiyyatda olan və yaşayan digər şəxslərin də hüquqlarını pozulamsı ilə nəticələnə bilər. Lakin iddiaçı hazırkı halda qəzalı vəziyyətdə olan binanın sökülməsi müqabilində cavabdehə verilən vəsait ilə alınan Sabunçu qəsəbəsi 3 aprel küçsəində yerləşən və hüququ statusuna görə özbaşına tikili sayılan evə cavabdehlə birlikdə köçüb birlikdə yaşadığından, həmçinin cavabdehində etirazı olmadığından iddiaçının həmin evə köçürülməsini tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2636/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1666/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2636/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmçinin iddiaçının Bakı şəhəri Sabunçu qəsəbəsi 3 aprel küçəsində yerləşən özbaşına tikiliyə köçürülüb yaşmaq hüququnun olmasına dair işə baxan məhkəmələrin mövqeyi ilə razılaşmış olduğu görünür. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qararında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin olmamasına baxmayaraq, hazırki mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 30.4-ci maddəsinə əsasən эgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1666/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində nə qədərki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən özbaşına tikiliyə köçürülüb yaşmaq hüququnun olması müəyyən edilmişdir, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi təmin edildiyindən, iddiaçının dövlət rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülsün. İddiaçı tərəfindən ödənilmim 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-6340/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6340/2023
30.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver