Məhkəmə qərarları › İş №e-2(008)-640/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-640/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-640/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 46.36 kv.m yaşayış, - kv.m qeyri yaşayış, 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 131 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması, mənzildən istifadə hüququna xitam verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-640/2023 nömrəli 29 mart 2023-cü il tarixli qərardadına əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 aid müəyyən hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/00407 sayli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 24 (iyirmi dörd) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 46.36 kv.m yaşayış, - kv.m qeyri yaşayış, 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 131 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi BOKT-na təqdim edilmiş və bu barədə xx.xx.2018-ci il tarixli 2018/00407-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütamadi olaraq pozulduğundan tərəflərindən ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Şuşa Rayon Məhkəməsinə müraciət edilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Cavabdeh1 yaranmış borcun tutulması və tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 46.36 kv.m yaşayış, - kv.m qeyri yaşayış, 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 131 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun ödənilməsi qət edilmişdir Sabunçu rayon İcra Şöbəsinə verilmiş icra qeydinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-nə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə təklif edilmişdir. "xxxx" MMC ilə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və Hərracın nəticələri haqqında yekun protokola əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 46.36 kv.m yaşayış, - kv.m qeyri yaşayış 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 131 nömrəli fərdi yaşayış evinə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdəhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hal-hazırda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 46.36 kv.m yaşayış - kv.m qeyri yaşayış 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 131 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmamalarına baxmayaraq həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin hüquqlarını pozur, fərdi yaşayış evindən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görədə hazırkı iddianın qaldırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək borcunun ödənilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 33/01 nömrəli 13 iyun 2022-ci il tarixli protokolundan və 13 iyun 2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh3 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində yerləşən 131 nömrəli fərdi yaşayış evi Şuşa Rayon Məhkəməsinin 2(0770- 3/2021 nömrəli 26 aprel 2021-ci il tarixli icra vərəqəsinin, Sabunçu rayon İcra Şöbəsinin 461-139384/2021-4-23 nömrəli 29 mart 2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində yerləşən 131 nömrəli fərdi yaşayış evi tələbkar alıcı "xxxx" BOKT MMC-nə satılmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 avqust 2022-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində yerləşən, ümumi sahəsi 87.60 kv.m olan 131 nömrəli fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətindədir. -Şuşa Rayon Məhkəməsinin 2(077)-3/2021 nömrəli 09 mart 2023-cü il tarixli məktubundan görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-3/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qətnaməsi 02 iyun 2021-ci il tarixdə qanuni qüvvəsini almış, icra olunması üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə və Şuşa rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şuşa rayon İcra və Probasiya Şöbəsinin 16 iyun 2021-ci il tarixli qərarı və Yevlax rayon İcra və Probasiya Şöbəsinin 22 iyul 2021-ci il tarixli qərarı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-3/2021 nömrəli 26 aprel 2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. -Şuşa Rayon Məhkəməsinin 2(077)-3/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 2018/00407 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 10383,28 (on min üç yüz səksən üç) manat əsas borc, 2333,60 (iki min üç yüz otuz üç) manat faiz borcu, 173 (yüz yetmiş üç) manat cərimə borcu olmaqla, cəmi 12 889,88 (on iki min səkkiz yüz səksən doqquz) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" BOKT MMCnin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində yerləşən 87.62 kv.m sahədən ibarət 131 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavavdeh Cavabdeh1 "xxxx" BOKT MMC-nə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, cərimə və dövlət rüsumunun ödənilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində yerləşən 87.62 kv.m sahədən ibarət 131 nömrəli fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması, "xxxx" BOKT MMC-dən 160 (bir yüz altmış) manat və Cavabdeh1 160 (bir yüz altmış) manat məhkəmə mühasibatlıq ekspertiza xərclərinin X2, kod 210005,VÖEN **********,müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi – VÖEN **********, Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyəsinin kodu 3 hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-İV bəndlərinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun” 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxsi öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 46.36 kv.m yaşayış, - kv.m qeyri yaşayış, 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 131 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və fərdi yaşayış evi boşaldılmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırkı mülki mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi də tətbiq edilməlidir. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından da göründüyü kimi, Şuşa Rayon Məhkəməsinin 2(077)-3/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi sözügedən qətnamə qüvvədədir, beləliklə hərracın nəticələri etibarsız hesab edilməmiş, həmin hərrac nəticəsində iddiaçı mübahisəli əmlakı əldə etmiş və hazırda da mülkiyyətindədir. Bununla da, iddiaçının hazırda mübahisələndirilən əmlakla bağlı belə bir iddia irəli sürməsi üçün subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni yaşayış massivində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 46.36 kv.m yaşayış, - kv.m qeyri yaşayış, 10.24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 131 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılsın. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin və fərdi yaşayış evi boşaldılsın. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar