Məhkəmə qərarları › İş №e-2(008)-6406/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6406/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6406/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 1792,41 manat pulun və 37,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1830,34 manat pulun cavabdehdən məcburi qaydada tutulması" barədə kiçik iddiasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı "debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 1792,41 manat pulun və 37,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1830,34 manat pulun cavabdehdən məcburi qaydada tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçının təqdim etdiyi sənədlərdə Cavabdeh ünvanı kimi ünvan 1ilsə də, "Elektron Məhkəmə" informasiya sistemində olan, xx.xx.2020-ci ildə verilmiş və hazırda aktiv olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Bu hal isə işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasını istisna edir. Hazırkı işin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasına imkan verən digər aidiyyət qaydalarının da şərtləri mövcud deyil. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə elektron kabinet vasitəsilə göndərmiş, lakin həmin sənədlər arasında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. Ona görə də hazırkı qərardadda dövlət rüsumunun qaytarılması məsələsi həll edilmədi. Qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı Cavabdeh qarşı "debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 1792,41 manat pulun və 37,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1830,34 manat pulun cavabdehdən məcburi qaydada tutulması" barədə kiçik iddiasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar