Məhkəmə qərarları › İş №e-2(008)-649/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-649/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-649/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "20443,26 manat akt üzrə yaranmış borcun, 2840,91 manat cari borcun, 69,73 manat yeni tarifə keçidlə əlaqədar borcun, ümumilikdə 23353,90 manat cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 160,06 manat dövlət rüsumunun, cəmi 23913,96 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "20443,26 manat akt üzrə yaranmış borcun, 2840,91 manat cari borcun, 69,73 manat yeni tarifə keçidlə əlaqədar borcun, ümumilikdə 23353,90 manat cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 160,06 manat dövlət rüsumunun, cəmi 23913,96 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə 04-1439 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə" imzalanmış və həmin müqavilə əsasında "Azəriqaz" İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00011 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X2"nın tələblərinə əməl etmək), "X2"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X2nın pozulması haqqında akt"lar tərtib edilmiş, həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında ümumilikdə 20443,26 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur: 1) xx.xx.2016-cı il tarixli 092921 nömrəli akt əsasında 153,20 manat, 2) xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 172,80 manat, 3) xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 34,50 manat, 4) xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 99,40 manat, 5) xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 125,20 manat, 6) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 304,40 manat, 7) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 136 manat, 8) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 129,60 manat, 9) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 324 manat, 10) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 425,20 manat, 11) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 1057,20 manat, 12) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 574,40 manat, 13) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 510,60 manat, 14) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 367,20 manat, 15) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 444,80 manat, 16) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 392,40 manat, 17) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, 18) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, 19) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, 20) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 66,60 manat, 21) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 196,20 manat, 22) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 196,20 manat, 23) xx.xx.2019-cu il tarixli akt əsasında 223,20 manat, 24) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 223,20 manat, 25) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 223,20 manat, 26) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 223,20 manat, 27) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, 28) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, 29) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, 30) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, 31) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, 32) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, 33) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 223,20 manat, 34) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 403,20 manat, 35) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 403,20 manat, 36) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 403,20 manat, 37) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 403,20 manat, 38) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 403,20 manat, 39) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, 40) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, 41) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, 42) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362.88 manat, 43) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat. Bundan başqa, cavabdehin sadalanan aktlardan əlavə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfıyyat üzrə 2840,91 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 69,73 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilən aylıq ödənişlər və borca görə tutulmalardan sonra iddiaçıya ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 23353,90 manat təşkil edir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, təkrarən gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə 04- 1439 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" bağlanmışdır. Müqavilədə xx.xx.2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Səfəvilər küçəsi döngə 2 ev 6 üçün G-4 markalı **********4 nömrəli qaz sayğacının quraşdırıldığı göstərilmişdir. İşdə olan xx.xx.2020-ci ildə 04-1439 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi"ndən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, həmin gün Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Səfəvilər küçəsi döngə 2 ev 6 üçün G-4 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan "Abonentin saldosu"ndan görünür ki, iddiaçı tərəfindən abonent Aliyə Qədimovaya borc hesablanmışdır. İddiaçı Cavabdeh tələb etdiyi 23353,90 manat məbləğin 20443,26 manat hissəsinin akt üzrə yaranmış borc, 2840,91 manat hissəsinin cari borc, 69,73 manat hissəsinin isə yeni tarifə keçidlə əlaqədar borc olduğunu bildirmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X2"nın 5.2-ci bəndinin xx.xx.2023-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5-ci bəndinin xx.xx.2023-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində akt üzrə tələb etdiyi 20443,26 manat borcla bağlı cəmi 43 ədəd "Təbii X2nın pozulması haqqında akt"a istinad etsə də, məhkəməyə yalnız 15 ədəd akt təqdim etmişdir. İddiaçının nümayəndəsinə digər aktların da məhkəməyə təqdim olunmasının təklif edilməsinə baxmayaraq, digər aktlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə təqdim olunmayan aktlar üzrə hər hansı məbləğin tələb olunmasını əsassız hesab edir. Təqdim olunan aktlar isə aşağıdakılardır: xx.xx.2016-cı il tarixli 092921 nömrəli, xx.xx.2016-cı il tarixli ******* nömrəli, xx.xx.2016-cı il tarixli ******* nömrəli, xx.xx.2016-cı il tarixli ******* nömrəli, xx.xx.2016-cı il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli. Həmin aktların hər birində abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi göstərilmişdir. Lakin müəyyən edildi ki, həmin aktlarda abonent kimi Cavabdeh deyil, Qədimova Aliyə adlı şəxs göstərilmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş "Abonentin saldosu" adlanan sənəddə də abonent kimi Qədimova Aliyə adlı şəxs göstərilmişdir. Cavabdeh aid akt və ya "Abonentin saldosu", yaxud da onun borcunun olmasını təsdiq edən başqa bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı Qədimova Aliyənin kimliyi, onun cavabdehin ailə üzvü olub-olmaması, cavabdehin yaşadığı evdə yaşayıbyaşamaması, ümumiyyətlə hazırkı işə aidiyyəti ilə bağlı məhkəməyə izah verə və sübut təqdim edə bilməmiş, belə bir sübutun mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda, "Elektron məhkəmə" informasiya sisteminin Cavabdeh aid "Qohumluq məlumatları" bölməsində onun Qədimova Aliyə adlı qohumunun olması göstərilməmiş, eləcə də "Vərəsəlik" bölməsində Qədimova Aliyə adlı şəxsə aid hər hansı məlumat yoxdur. "Aliyə Qədimova" adı və soyadı ilə şəxsiyyət vəsiqəsi aşkar edilməmiş, həmin şəxsin atasının adı məlum olmadığına görə isə daha ətraflı axtarış aparılması mümkün olmamışdır. Aliyə Qədimovanın şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar mövcud olmadığına görə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsi də müzakirə edilməmişdir. Göründüyü kimi, Qədimova Aliyə adlı şəxsin borcuna görə Cavabdeh maddi məsuliyyət daşımasına əsas verən hal müəyyən olunmamışdır. Ona görə məhkəmə 20443,26 manat akt üzrə yaranmış borcun, 2840,91 manat cari borcun, 69,73 manat yeni tarifə keçidlə əlaqədar borcun, ümumilikdə 23353,90 manat məbləğində pulun Cavabdeh alınması barədə iddianın təmin olunmasını mümkün hesab etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 160,06 manat məbləğində dövlət rüsumunun məhkəmə xərcləri kimi cavabdehdən alınmasını tələb etmişdir. Qeyd olunan dövlət rüsumunun xx.xx.2023-cü ildə iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə təsdiq olunsa da, iddiaçı məhkəməyə pozulmuş hüquqların bərpası ilə bağlı 400 manat məbləğində xərc çəkməsinə dair sübut təqdim etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, həmin 400 manat məbləğ məhkəmə xərclərinə daxil edilməməli, ödənilmiş 160,06 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "20443,26 manat akt üzrə yaranmış borcun, 2840,91 manat cari borcun, 69,73 manat yeni tarifə keçidlə əlaqədar borcun, ümumilikdə 23353,90 manat cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 160,06 manat dövlət rüsumunun, cəmi 23913,96 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçınə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar