Məhkəmə qərarları › İş №e-2(008)-6587/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6587/2023

04.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6587/2023 04.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı1, X4 Cavabdeh qarşı əmlakdan payların müəyyən edilməsi, açıq hərracda satılması və əldə olunan pulların paylara uyğun bölüşdürülməsi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə ölmüş X5 adına olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AE022753 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2005 olan KİA SORENTO minik markalı 90NY442 dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı2 mülkiyyət payının, miras olan 1/2 hissəsindən İddiaçı2 1/4 hissə, İddiaçı1 1/4 hissə, İddiaçı3 1/4 hissə və Cavabdeh 1/4 hissə payının müəyyən edilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunan pulunun hər birinin payına uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçılar tələblərini onunla əsaslandırmışdılar ki, miras qoyan X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbədə vərəsə kimi miras qalmış əmlakı faktiki qəbul etmiş, buraxılış ili 2005 olan KİA SORENTO minik markalı 90NY442 dövlət nömrə nişanlı avtomobilə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Bakı şəhəri 16 saylı Notariat ofisinə müraciət etmiş, həmin atomobil mərhum X6 ilə İddiaçı2 nikahı müddətində əldə edildiyindən ümumi birgə əmlak kimi 1/2 hissəsinə sonuncuya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Avtomobilin miras olan 1/2 hissəsinə isə iddiaçıların hər birinin 1/4 vərəsəlik payı müəyyən edilmiş, digər vərəsə Cavabdeh gəlmədiyindən mirasın qalan hissəsi ona verilməsi üçün açıq qalmışdır. Vərəsə Cavabdeh ona düşən miras payının həcmi ilə razılaşmadığından vərəsəlik şəhadətnaməsi almamışdır. X1 qalan avtomobilin miras olan 1/2 hissəsinə iddiaçılar və cavabdeh qanun üzrə bərabər pay hüquqlu vərəsə sayılırlar. İddiaçıların nümayəndələri (vəkilləri) Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, mübahisənin sülh yolu ilə həll etdiklərinə görə iddiaçıların iddiadan imtina etdiklərini bildirmiş, dövlət rüsumun geri qaytarılmsını xahiş etmiş, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddiadan imtinaları qəbul edilməli və iş üzrə icraat xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən Bu Məcəlləilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçılar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rusumu büdcədən iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 iddiadan imtinaları qəbul edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı xx.xx.2022-ci il tarixdə ölmüş X5 adına olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AE022753 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2005 olan KİA SORENTO minik markalı 90NY442 dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı2 mülkiyyət payının, miras olan 1/2 hissəsindən İddiaçı2 1/4 hissə, İddiaçı1 1/4 hissə, İddiaçı3 1/4 hissə və Cavabdeh 1/4 hissə payının müəyyən edilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunan pulunun hər birlinin payına uyğun bölüşdürülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. xx.xx.2023-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən iddiaçılara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar