Məhkəmə qərarları › İş №e-2(008)-6600/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6600/2025

30.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6600/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 Qüdrətəli oğlu, Cavabdeh2 oğlu və Cavabdeh3, onların nümayəndəsi və vəkili Novruzov Sakit Əsgər oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Qüdrətəli oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş tikililərin real bazar qiymətinə uyğun kompensasiya verilməklə sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Qüdrətəli oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş tikililərin real bazar qiymətinə uyğun kompensasiya verilməklə sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən və İddiaçı MMC-nin mülkiyyətində olan 1,0 ha torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin real bazar qiymətinə uyğun kompensasiya verilməklə cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin qısa müddət ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hazırki mülki işin Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-6597/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi məsələsini tərəflərin müzakirəsinə təqdim edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 işlərin bir icraatda birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Qüdrətəli oğlu, Cavabdeh2 və Cavabdeh3 onların nümayəndəsi və vəkili Vəkil eyni tərəflər arasında eyni torpaq sahəsi ilə bağlı mübahisə olduğundan, işlərin bir icraatda birləşdirilməsinin işin daha tez və obyektiv araşdırılmasına xidmət etdiyini, 2(008)-6600/2025 nömrəli mülki işin Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-6597/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-6597/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilərək baxılması işlərin tez və obyektiv araşdırılması məqsədi daşıdığından işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-6597/2025 nömrəli mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında olan mübahisələr olduğundan, işlərin daha tez və obyektiv araşdırılması məqsədilə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Qüdrətəli oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş tikililərin real bazar qiymətinə uyğun kompensasiya verilməklə sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair e- 2(008)-6600/2025 nömrəli mülki iş, Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-6597/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar