Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6670/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Ruslan Mirzəliyev Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehtiyev Əli Fikrət oğlunun katibliyi, ərizəçi Xosrofova Ərizəçi Əyyub qızının, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ÖdənişlərinTəyinatı üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Xosrofova Ərizəçi Əyyub qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Xosrofova Ərizəçi Əyyub oğlu maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı "hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Lerik Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-32/2-33/2025 nömrəli arxiv arayışının (hüquqmüəyyənedici sənədin) ona, yəni Xosrofova (Nəzərova) Ərizəçi Əyyub qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci ildə Lerik rayon Şingədulan kəndində anadan olmuşdur. Hazırda əmək kitabçası olmasa da, ona yaşa görə pensiya təyin olunmuş, lakin pensiya sosial müavinat kimi 220 manat hesablanmışdır. Bu səbəbdən əmək pensiyasısının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. DSMF xx.xx.2025-ci il tarixli, 3-17-1/2-x65671/2025 nömrəli məktubunda qeyd etmişdir ki, müfaviq quruma sorğu göndərilməsinə zərurət yarandığından Lerik Arxivinə sorğu göndərmiş və müəyyən etmişdir ki, 1974–1988-ci illərdə Lerik rayon "Jdanov" adına sovxozda işlədiyi dövrdə ərizəçinin soyadı “Mirzəyeva” yazılmışdır. 1974–1988-ci illərdə Lerik rayon "Jdanov" adına sovxozda əmək fəaliyyəti barədə arxiv arayışında soyadı Mirzayeva yazıldığından ona xx.xx.2025-ci il tarixli 3-17- 1/2-x-130384/2025 nömrəli məktub ünvanlayaraq, soyadının "Mirzəyeva"dan "Nəzərova"ya dəyişməsi barədə məhkəmə qətnaməsini və ya Ədliyyə Nazirliyinin Vətəndaşlıq X1 şöbəsindən (VVAQ) müvafiq sənədini DOST mərkəzlərinə təqdim etməklə təkrar müraciət əsasında yaşa görə pensiya hüququna yenidən baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48- 32/2-33/2025 nömrəli arxiv arayışından görünür ki, 1974–1988-ci illərdə Lerik rayon "Jdanov" adına sovxozda işləməsi təsdiq olunmuş, lakin arxiv sənədində soyadı səhvən "Mirzayevə" kimi göstərilmişdir. Halbuki, o doğularkən valideyinləri tərəfindən ona "Nəzərova" soyadı verilmiş və xx.xx.1988-ci ildə nikaha daxil olduqdan sonra soyadı "Xosrofova" olmuşdur. Həmçinin səkkizillik təhsil haqqında şəhadətnamədə də soyadı "Mirzəyeva" kimi yazılmışdır. Babasının adı "Mirzə" olduğundan təhsil şəhadətnamədə soyadı "Mirzəyeva" kimi yazılmış, eyni zamanda sovxozun məsul səxsləri tərəfindən soyadı babasının adına uyğun və təhsil şəhadətnaməsinə əsasən "Mirzayeva" yazılmışdır. Lakin ona verilmiş doğum haqqında şəhadətnamədə soyadı "Nəzərova" yazılmış və o, nikaha daxil olarkən ata soyadı (qızlıq) "Nəzərova" olmuşdur. Bu fakt onunla birlikdə Lerik rayon "Jdanov" adına sovxozunda işləyən şahidlər və Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan ƏİN-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarilxli 5-65-36/2-63/2025 nömrəli arayışlarda təsdiq olunur. ƏİN-i tərəfindən verilmiş arayışdada qeyd olunur ki, arxiv arayışı ona məxsus olmaqla, Mirzayeva-Nəzərova-Xosrofova Ərizəçi Əyyub qızı eyni şəxsdir. Onun bütün rəsmi sənədlərdə ata soyadı (qızlıq) düzgün olaraq "Nəzərova" qeyd olunmuşdur. Sovxozda işlədiyi illərdə sənədlərdə soyadı "Mirzayeva" getdiyi üçün həmin illər əmək stajına daxil edilmir. Qeyd olunan uyğunsuzluq səbəbindən pensiya hüququnun tam bərpası mümkünsüzdür. Arxiv arayışında göstərilən soyadı kimi qeyd edilən "Mirzayevə" soyadının səhvin düzəldilərək ata soyadı (qızlıq) yəni "Nəzərova" yazılması üçün Lerik rayon Dövlət Arxivinə müraciət etsə də, lakin Arxiv İdarəsi ona xx.xx.2025-ci tarixli 3-48-32/2-149/2025 nömrəli məktubla cavab verərək cavabında hazırda Lerik rayon "Jdanov" sovxozunun fəaliyyətinə xitam verildiyindən hazırda vətəndaşın soyadı Nəzərova Ərizəçi Əyyub qızı kimi yazılması səlahiyyətləri xaricində olması göstərilmişdir. O, Lerik Rayon Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48-32/2- 33/2025 nömrəli arxiv arayışında qeyd olunan "Mirzayevə" soyadın səhvən yazılmasını və həmin arayışın ona məxsus olmasını başqa yolla sübut edə bilmir. Bu səbəbdən pensiya hüququnun bərpa olunması üçün hüququmüəyyənedici sənədin məxsus olması faktı ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, qanunvericlikdə hüquqmüəyyənedici sənədlərin konkret siyahısı tam və qapalı formada verilmir. Çünki bu sənədin konteksindən və hüquq münasibətlərindən asılı olaraq dəyişə bilər. Yəni, sənədin hüquqmüəyyənedici olub-olmaması onun məzmunundan və hüquqi nəticələrindən asılıdr. Lerik Rayon Arxiv İdarəsi tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli 3-48-32/2-33/2025 nömrəli arxiv arayışı birbaşa əmək stajımı sübut etdiyindən, onun üçün pensiya hüququ yaradır. Ona görə də hesab edir ki, Lerik Rayon Arxiv İdarəsi tərəfindən ona verilmiş 17 fevral 2025-ci il tarixli 3-48-32/2-33/2025 nömrəli arxiv arayışı hüquqmüəyənedici sənəd funksyasını daşıyır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ÖdənişlərinTəyinatı üzrə Mərkəz Filialı tərəfindən 16 oktyabr 2025-ci il tarixli, 3-17-1/2-248880/2025 nömrəli iddiaya etiraz verilərək, arxiv arayışının ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə ərizənin rədd olunması xahiş olunmuşdur. Etirazı onunla əsaslandırmışdır ki, "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixi 03 nömrəli Qərarının 6-cı bəndinə hüquqmüeyyenedici senəddəki uyğunsuzluğun aradan qalırdırılması proseduru sadalanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə gösterilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən senəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyenedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəvvənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki ve hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarınına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Lakin sözügedən iş üzrə ərizəçinin arxiv arayışında göstərilən 1974-1988-ci illər staja daxil edilsə belə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmayacaqdır. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin hüquqi marağı ona iş stajını təsdiqlədərək yaşa görə əmək pensiyası təyin edilməsi olsa da iddiaçının ümumi stajı qanunvericiliklə tələb olunan 25 il tamamlanmadığından hüquqi nəticə yaratmayacaqdır. Madd və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnən qətnamələrin qəbulu, vətəndaşın heç bir qanuni əsas olmadan sosial ödənişlərin eldə etməsinə səbəb olmaqla, dövlət büdcəsi vəsaitinin səmərəli xərclənməsinə mane olaraq büdcəyə qənaət edilməsinə açıq-aşkar maneəçilik törədir. Nəticə olaraq, vətəndaşlara uzun müddət ərzində sosial ödənişlərin həyata keçirilməsi dövlət büdcəsi üçün nəzərdə tutulmamış əlavə yükdür. Bu isə öz növbəsində həmin vəsaitin təyinatdan kənar istifadəsinə səbəb olur və vətəndaşlar arasında sosial bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq eldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş materiallarından aydın olur ki, ərizəçi Xosrofova Ərizəçi Əyyub qızı tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizədə göstərilən tələb qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Xosrofova Ərizəçi Əyyub qızı ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə etirazı müdafiə edərək, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin sübuti əhəmiyyət daşımadığını və ərizənin rədd edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində "Jdanov" adına sovxoz yaranan vaxtdan ləğv olunana kimi orada işlədiyini, Xosrovova Ərizəçi onunla birlikdə üzüm bağlarında fəhlə kimi işlədiyini, əmək haqlarının 68-70 manat olduğunu, Ərizəçi xanımın soyadının "Nəzərova" olduğunu və onun 1988-ci ildə işdən çıxdığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində "Jdanov" adına sovxoz yaranan vaxtdan ləğv olunana kimi orada işlədiyini, Ərizəçi xanımın da orada üzüm bağında işlədiyini, onun soyadının Nəzərova olduğunu, sonradan ailə həyatı qurduğundan işdən çıxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası AZE seriyalı ******** nömrəli vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Xosrofova Ərizəçi Əyyub qızı xx.xx.1958ci ildə Lerik rayonunda doğulmuşdur. İş materiallarında olan 3-16-5/7-N-12/2-414/2025 nömrəli, xx.xx.2025-ci ildə 5 nömrəli Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Nəzərova Ərizəçi Əyub qızı xx.xx.1958-ci ildə Lerik rayonu Şingədulan kəndində anadan olmuş, bu barədə xx.xx.1958-ci ildə Lerik rayonu Şingədulan icra nümayəndəliyi tərəfindən 44 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir, atası X16, anası X4r. İş materiallarında olan AЗ seriyalı 967123 nömrəli xx.xx.1973-cü il tarixli "Səkkizillik təhsil haqqında şəhadətnamə"nin surətindən görünür ki, Mirzəyeva Ərizəçi Əyyub qızı Lerik rayonu Şingədulan orta məktəbində oxumuş və 1973-cü ildə 8-ci sinifi "kafi" davranış və müvafiq qiymətlərlə bitirmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 184833 nömrəli Lerik rayou Şingədulan kənd icra hakimiyyəti "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, X6 ilə, Nəzərova Ərizəçi Əyyub qızı arasında xx.xx.1988-ci ildə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmiş, ərə Xosrofov, arvada Xosrofova soyadı verilmişdir. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti Lerik rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-32/2-33/2025 nömrəli "Arxiv arayışı"ndan görünür ki, Mirzəyeva Ərizəçi Əyyub qızı "Jdanov" adına kolxozda 1974-cü ildən 1988-ci illər ərzində müxtəlif aylarında əmək haqqı almışdır. Onun işə girmə əmri aşkar edilməmişdir, xx.xx.1988-ci il tarixli 45 nömrəli əmrlə isə o, işdən azad edilmişdir. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 6-65-36/2-63/2025 nömrəli "Arayış"ından görünür ki, həqiqətən Mirzəyeva Ərizəçi ilə Xosrofova (Nəzərova) Ərizəçi Əyyub qızı ilə eyni adamdır. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti Lerik rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-32/2-148/2025 nömrəli "Arxiv arayışı"ndan görünür ki, X3 "Jdanov" adına kolxozda 1974-cü ildən 1991-ci ilədək müddət ərzində müxtəlif aylarında əmək haqqı almışdır.Onun işdən azad edilmə əmri aşkar edilməmişdir. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti Lerik rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-32/2-150/2025 nömrəli "Arxiv arayışı"ndan görünür ki, X2 "Jdanov" adına kolxozda 1976-cı ildən 1991-ci ilədək müddət ərzində müxtəlif aylarında əmək haqqı almışdır.Onun işdən azad edilmə əmri aşkar edilməmişdir. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti Lerik rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-32/2-149/2025 nömrəli "Arxiv arayışı"ndan görünür ki, Nəzərova Ərizəçi Əyyub qızı "Jdanov" adına sovxozda işlədiyi illər üzrə əmr və əmək haqqı kitablarında soyadı "Mirəzyeva" kimi yazılmış, lakin "Jdanov" adına sovxozun fəaliyyətinə xitam verildiyindən hazırda vətəndaşın soyadı "Nəzərova" Ərizəçi Əyyub qızı kimi yazılması səlahiyyətləri xaricindədir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-x-130384/2025 nömrəli məktubundan görünür ki, vətəndaşın soyadın "Mirzəyeva"dan "Nəzərova"ya dəyişməsi barədə məhkəmə qətnaməsini və ya Ədliyyə Nazirliyinin Vətəndaşlıq X1 şöbəsindən (VVAQ) müvafiq sənədi DOST mərkəzlərinə təqdim etməklə təkrar müraciət əsasında yaşa görə pensiya hüququna yenidən baxılması bildirilmişdir. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd ərazi icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-65-36/2-43/2025 nömrəli "Arayış"ından görünür ki, həqiqətən Nəzərova Ərizəçi Əyyub qızı "Mirzəyeva" soyadından "Nəzərova" soyadına keçmişdir, hazırda da "Nəzərova" soyadındadır. İş materiallarında olan XİV-ЖГ seriyalı 280131 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1988-ci ildə anadan olmuş, atası X6, anası Nəzərova Ərizəçi Əyyub qızıdır. İş materiallarında olan XİV-ЖГ seriyalı 425246 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1990-cı ildə anadan olmuş, atası X6, anası Nəzərova Ərizəçi Əyyub qızıdır. İş materiallarında olan AZ-İ seriyalı 096341 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci ildə anadan olmuş, atası X6, anası Xosrofova Ərizəçi Əyyub qızıdır. İş materiallarında olan XİV-ЖГ seriyalı 324342 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1991-ci ildə anadan olmuş, atası X6, anası Nəzərova Ərizəçi Əyyub qızıdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən işin aşağıdakı mübahisəsiz halları müəyyən edilmişdir. Ərizəçi xx.xx.1958-ci ildə Lerik rayonu Şingədulan kəndində anadan olmuşdur. O, xx.xx.1988-ci ildə X6 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Lerik rayon dövlət arxivinin arayışında "Mirzəyeva Ərizəçi Əyyub qızı" adlı şəxsin "Jdanov" adına kolxozda 1974-cü ildən 1988-ci ilədək müddət ərzində işlədiyi görünür. Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan icra nümayəndəliyinin arayışında isə Mirzəyeva Ərizəçi ilə Xosrofova (Nəzərova) Ərizəçi Əyyub qızı ilə eyni adam olduğu qeyd olunmuşdur. Lerik rayon dövlət arxivinin arayışından görünür ki, Nəzərova Ərizəçi Əyyub qızı "Jdanov" adına sovxozda işlədiyi illər üzrə əmr və əmək haqqı kitablarında soyadı "Mirəzyeva" kimi yazılmışdır, lakin "Jdanov" adına sovxozun fəaliyyətinə xitam verildiyindən hazırda vətəndaşın soyadı "Nəzərova" Ərizəçi Əyyub qızı kimi yazılması səlahiyyətləri xaricindədir. Hazırda ərizəçi Lerik rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli 3-48-32/2-33/2025 nömrəli arayışının əmək stajını təsdiq edən sənəd kimi pensiya almaq məqsədi ilə istifadə etmək istəsə də, oradakı soyad yanlışlığı ("Nəzərova" yox, "Mirzəyeva " kimi qeyd olunması) buna maneə törədir. Bu səbəbdən ərizəçi həmin sənədin özünə məxsus olması faktının müəyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən senəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyenedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; "Hüquqi əhəmiyəti olan faktlarının müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə gösterilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən senəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyenedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəvvənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş əmək haqqı cədvəlinin surətlərindən görünür ki, iş üzrə şahid kimi dindirilən X3 və X5 ərizəçi ilə birlikdə "Jdanov" adına kolxozda işlədiklərini həmin vaxt Nəzərova Ərizəçi Əyyub sovxozda üzüm bağında fəhlə vəzifəsində işlədiyini məhkəmə iclasında təstiq etmişlər. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçilərə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi ona əmək pensiyaları ilə bağlı sənədləşdirmə işlərinin aparılması üçün sığorta stajının müəyyən edilməsində zəruri olduğundan və həmin sənədi başqa formada əldə edə bilmədiyindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Lerik Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-32/2-33/2025 nömrəli arxiv arayışının (hüquqmüəyyənedici sənədin) Xosrofova (Nəzərova) Ərizəçi Əyyub qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-6670/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6670/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver