Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6735/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən **-PG-*** dövlət qeydiyyat nişanlı, “Ravon R3 SX” markalı avtomobilə "Ağ Şəhər Taksi” MMC tərəfindən xx.xx.2020 ci il tarixli K-557A-PCC-19 №-li X4 müqaviləsinə əsasən "xxxx" MMC-yə avtomobilin ilkin ödəniş üçün ödənilmiş 4680 manat, əldən şıxmış fayda 2030 manat və "xxxx" MMC-yə 7 ay ərzində hər ay ödənilmiş 490 manatdan 3430 manat omaqla, cəmi 10140 manatın və ödənilmiş 183 mant dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Ağ Şəhər Taksi” MMC şirkəti Digər Lizinq şirkətindən avtomobillər alaraq taksi fəaliyyəti göstərən şəxslərin istifadəsinə verir (sublizinq). 2020-ci il 7 yanvar tarixli, K-557A-PCC-19 saylı avtomobilin müddətli satışı müqaviləsinə əsasən, "İdeal Motors” MMC RAVON R3 SX minik marxalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki saz halda "Ağ şəhər Taksi” MMC-yə satmışdır. Sonuncu tərəfindən avtomobilin dəyərinin ödənilməsi şərtləri və qaydası 2 nömrəli Əlavə ilə müəyyən edilmişdir. Müqavilənin 2 nömrəli Əlavəsinə əsasən, müqavilənin dəyəri 22.324,94 manat müəyyən edilərək, "İdeal Motors” MMC-yə "Ağ şəhər Taksi” MMC tərəfindən 4.680 manat ilkin ödəniş edilmiş, aylıq 490 manat olmaqla, 36 ay müddətində (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) 17.644,94 manat ödənilməsi öhdəliyi götürülmüşdür. İddiaçı nəqliyyat vasitəsini aldığı gün 90/İ saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 1200 manat depozit ödənilməklə fiziki şəxs Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən, icarə müqaviləsi üzrə əldə edilən icarə obyektinin qiyməti 20.000 manat müəyyən edilmişdir, icarəyə götürən tərəfindən bir təqvim günü müddətində 26 manat məbləğinə icarə haqqının ödənilməsi, müqavilənin 48 ay müddətinə bağlanması nəzərdə tutulmuşdur. 2020-ci ilin 28 aprel tarixində cavabdeh icarəyə götürdüyü nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya avtomobilin dəyəri həddində real zərər və həmin nəqliyyat vasitəsinin icarəyə verilməsindən əldə etməli olduğu gəlir həddində ziyan vurmuşdur. Real zərər 20.000 manatdır (bax hazırkı iddianın 6-cı bəndinə). Müqavilə üzrə 48 ay ərzində əldə edilməsi nəzərdə tutulan fayda 17.960 manatdır. Belə ki, 48 ay ərzində hər gün üçün gündəlik 26 manat olmaqla edilməli olan ödəniş məbləği 37.960 manatdır. Həmin məbləğin 20.000 manatının maşının dəyəri olduğunu qəbul etməklə əldən çıxmış faydanın 17960 manat olduğu müəyyən edilir. Cavabdeh tərəfindən müqavilə bağlanarkən 1200 manat depozit ödənişi edildiyini, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 112 gün üçün gündəlik 26 manat olmaqla 2912 manat, hadisə nəticəsində Paşa Sığorta tərəfindən 14180 manat, cəmi müqavilə münasibətləri qüvvədə olduğu dövrdə 18292 manat ödəniş edildiyi nəzərə alınsa, iddiaçı tərəf əldə etməyə ümid etdiyi 37960 manatdan çıxılmaqla, 19668 manat ziyana məruz qaldığı müəyyən edilir. Cavabdeh 28 aprel 2020-ci il tarixində həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol nəqliyyat hadisəsi nəticəsində avtomobil aşmış, Cavabdeh barəsində Sabunçu rayon DYP-si şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir. Avto qəza nəticəsində avtomobilin sıradan çıxmış və təmir-bərpa işləri üçün 16839,49 manat məbləğində ziyan dəymişdir. Hadisə baş verdikdən sonra "Paşa Sığorta” ASC tərəfindən avtonəqliyyat vasitəsinin kasko sığortası müqaviləsinə əsasən avtomobil tam yararsız olduğu üçün 14180 manat pul "Ağ Şəhər Taksi” MMC-yə ödənilmişdir. Əlavə olaraq bildiririk ki, avtomobil digər şirkətə məxsus olması səbəbindən qeyri şərtsiz aylıq cədvəl üzrə ödənişləri həyata keçirilməlidir. Qazanc əldə etmədən həmin lizinq borcu "Ağ Şəhər Taksi” MMC tərəfindən ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçının nümayəndəsi məhkəməyə səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi, cavabdeh məhkəmə iclasına gəlmədiyi təqdirdə iddiaçının xeyrinə qiyabi qətnamə çıxarılmasına etiraz etməməsi barədə elektron ərizə göndərmiş, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "Ağ şəhər Taksi” MMC xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsində qeydiyyatdan keçmişdir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). "Ağ şəhər Taksi” MMC "İdeal Motors” MMC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, K-557A-PCC-19 saylı avtomobilin müddətli satışı müqaviləsinə (sonradan – alqısatqı müqaviləsi) əsasən, RAVON R3 SX minik marxalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (sonradan - mübahisəli avtomobil) satın almışdır. Sonuncu tərəfindən avtomobilin dəyərinin ödənilməsi şərtləri və qaydası 2 nömrəli Əlavə ilə müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi 2 №-li Əlavəsinə əsasən, müqavilənin dəyəri 22.324,94 manat müəyyən edilərək, "İdeal Motors” MMC-yə "Ağ şəhər Taksi” MMC tərəfindən 4.680 manat ilkin ödəniş edilmiş, aylıq 490 manat olmaqla, 36 ay müddətində (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) 17.644,94 manat ödənilməsi öhdəliyi götürülmüşdür. "Ağ şəhər Taksi” MMC tərəfindən 4.680 manat ilkin ödəniş xx.xx.2020-ci il tarixdə "İdeal Motors” MMC-yə edilmişdir (F00240918 №-li kassa mədaxil orderi). Mübahisəli avtomobil alındığı gün, yəni xx.xx.2020-ci il tarixdə "Ağ şəhər Taksi” MMC ilə Cavabdeh arasında 90/İ №-li nəqliyyat vasitəsinin icarə müqaviləsi (sonradan – icarə müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən mübahisəli avtomobil "Ağ şəhər Taksi” MMC tərəfindən Cavabdeh icarəyə verilmiş, sonuncu tərəfindən 1200 manat depozit ödənilmişdir. Həmin Müqavilənin: 1.2-ci bəndində icarə müqaviləsi üzrə əldə edilən mübahisəli avtomobilin qiyməti 20.000 manat müəyyən edilmişdir; 3.1-ci bəndində cavabdeh bir təqvim günü müddətinə icarəsi üçün icarəyə verənə 26 manat məbləğinə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür; 4.1-ci bəndində müqavilənin 48 ay müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2024cü il tarixədək bağlanılması nəzərdə tutulmuşdur; 5.1-ci bəndində öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəfin Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmuşdur; 5.2-ci bəndində icarəyə götürən qanunvericiliklə müəyyən olunmuş qaydada mübahisəli avtomobilin qorunması və saz vəziyyətdə saxlanması üçün icarəyə verən qarşısında tam maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; 6.1-ci bəndində mübahisəli avtomobilin cavabdehin mülkiyyətinə keçə bilməsi halları müəyyən edilmişdir. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən müqavilə bağlanarkən 1200 manat depozit ödənişi edilmişdir. İddia ərizəsinə əsasən cavabdeh tərəfindən müqavilə bağlandığı gündən, yəni xx.xx.2020-ci il tarixdən, qəza törədilən günədək, yəni xx.xx.2020-ci il tarixədək, (112 gün) icarə müqaviləsi üzrə nəzərdə tutulmuş gündəlik 26 manat, cəmi 2912 manat (112 gün x 26 manat) ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh mübahisəli avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və barəsində Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li inzibati xəta haqqında Protokol əsasında İnzibati tənbeh vermə haqqında TP ******* №-li Qərar qəbul edilmiş, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinb 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabata əsasən avtomobilə dəymiş zərər 16839,49 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 14180 manat sığorta ödənişi xx.xx.2020-ci il tarixdə X5 vasitəsilə avtomobili satan «İdeal Motors” MMC-yə ödənilmişdir (kredit haqqında bildiriş). "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən mübahisəli avtomobil xx.xx.2020-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində tam yararsız hala düşmüşdür və hazırda "xxxx" MMC-nin mülkiyyətində qalmaqla onun duracağında saxlanılır. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən "xxxx" MMC-yə "Ağ şəhər Taksi” MMC xx.xx.2020-ci il tarixədək 3466 manat, avtomobildə qəza səbəbindən "xxxx" ASC 14180 manat ödəniş etmişdir. Hazırda iddiaçı ilkin ödəniş üçün ödənilmiş 4680 manat, əldən çıxmış fayda 2030 manat, "xxxx" MMC-yə 7 ay ərzində hər ay ödənilmiş 490 manatdan 3430 manat omaqla, cəmi 10140 manatın və 183 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstəriliməsindən mənfəət (fərdi sahibkarlıq tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 438-ci maddəsinə əsasən müqavilənin predmeti əvəz edilə bilən əşyadırsa (növlü əşya), borclu öhdəliyi həmişə icra etməyə borcludur. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh **-PG-*** dövlət qeydiyyat nişanlı, “Ravon R3 SX” markalı avtomobilə "Ağ Şəhər Taksi” MMC tərəfindən xx.xx.2020 ci il tarixli K-557A-PCC-19 №-li X4 müqaviləsinə əsasən "xxxx" MMC-yə avtomobilin ilkin ödəniş üçün ödənilmiş 4680 manat, əldən şıxmış fayda 2030 manat və "xxxx" MMC-yə 7 ay ərzində hər ay ödənilmiş 490 manatdan 3430 manat omaqla, cəmi 10140 manat və ödənilmiş 183 mant dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh **-PG-*** dövlət qeydiyyat nişanlı, “Ravon R3 SX” markalı avtomobilə "Ağ Şəhər Taksi” MMC tərəfindən xx.xx.2020 ci il tarixli K-557A-PCC-19 №-li X4 müqaviləsinə əsasən "xxxx" MMC-yə avtomobilin ilkin ödəniş üçün ödənilmiş 4680 manat, əldən şıxmış fayda 2030 manat və "xxxx" MMC-yə 7 ay ərzində hər ay ödənilmiş 490 manatdan 3430 manat omaqla, cəmi 10140 manat və ödənilmiş 183 mant dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-6735/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-6735/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver