Məhkəmə qərarları › İş №e-2(008)-6769/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6769/2025

04.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6769/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı Cavabdeh1 qarşı “Qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması və s. tələbinə dair iddia ərizəsinin geri götürülməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin baxılmadan geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbzin № **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar