Məhkəmə qərarları › İş №e-2(008)-68/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-68/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-68/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Ağababa oğlunun nümayəndəsi Qanuni nümayəndə2 Nizami oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə öhdəliyinə zidd hərəkətlərin qanunsuz hesab edilməsi, müqavilə öhdəliyinin qismən icra edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi, faiz pulunun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “müqavilə öhdəliyinə zidd hərəkətlərin qanunsuz hesab edilməsi, müqavilə öhdəliyinin qismən icra edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi və faiz pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə hər bir cavabdeh arasında ayrı-ayrılıqda bağlanmış müqavilə üzrə müvafiq olaraq üzərinə düşən öhdəliklərin tam olaraq yerinə yetirilməməsi (borcun ödənilməsindən yayınması) hərəkətlərin qanunsuz hesab edilməsi, xx.xx.2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 (28400+2201) manatın X5, xx.xx.2005-ci il tarixli müqavilə üzrə MTK-ya 4911 manat borcun və həmin borca hesablanmış 380 manat faizin, xx.xx.2011-ci il tarixli müqavilə üzrə MTK-ya olan 20209 manat borcun və həmin borca hesablanmış 1566 manat faizin, cəmi 27066 (4911+380+20209+1566) manatın Cavabdeh2, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən MTK-ya olan 57493 manat borcun və həmin borca hesablanmış 4456 manat faizin, cəmi 61494 (57493+4456) manatın Cavabdeh3, xx.xx.2013-cü il tarixli müqavilə üzrə MTK-ya olan 42043 manat borcun və həmin borca hesablanmış 3258 manat faizin, cəmi 45301 (42043+3258) manatın Cavabdeh4, xx.xx.2012-ci il tarixli müqavilə əsasən MTK-ya olan 14502 manat borcun və həmin borca hesablanmış 1124 manat faizin, cəmi 15626 (14502+1124) manatın Cavabdeh1 tutularaq İddiaçı MTK-ya ödənilməsi, məhkəmə məsrəfləri olan 471 manat dövlət rüsumu və 1000 manat hüquqi xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı MTK-ya ödənilməsi barədə qətnam çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə hər bir cavabdeh arasında ayrıarılıqda müqavilə imzalanmış və cavabdehlər müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, yəni onlara təhvil verilmiş mənzillərin dəyəri tam olaraq ödənilməmişdir. X7 bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə 150.46 kv.m olan mənzilin razılaşdırılmış ümumi dəyəri olan 102353 manatın, 84 ay ərzində, yəni xx.xx.2019-cu il tarixinədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün öhdəlik götürülmüş, cəmi 73953 manat ödənilmişdir ki, bu da 28400 manat borcun olduğunu müəyyən edir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə üzrə 178.97 kv.m olan mənzilin razılaşdırılmış ümumi dəyəri olan 63916 manatın, 30 ay ərzində, yəni xx.xx.2007ci il tarixinədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün öhdəlik götürülmüş, toplam 59005 manat ödənilmişdir ki, bu da 4911 (63916-59005) manat borcun olduğunu müəyyən edir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə 31 kv.m olan qeyri-yaşayış sahəsinin razılaşdırılmış ümumi dəyəri olan 58900 manatın, 48 ay ərzində, yəni xx.xx.2015-ci il tarixindək MTK-nın hesabına və kassasına ödənilməsi üçün öhdəlik götürülmüş, toplam 38691 manat ödənilmişdir ki, bu da 22209 (58900-38691) manat borcun olduğunu müəyyən edir. Cavabdeh3 ilə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə 162.42 kv.m olan mənzilin razılaşdırılmış ümumi dəyəri olan 118.393 manatın, 96 ay ərzində, yəni xx.xx.2020-ci il tarixinədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün öhdəlik götürülmüş, toplam 60900 manat ödənilmişdir ki, bu da 57493 (118393-60900) manat borcun olduğunu müəyyən edir. Cavabdeh4 ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə 128 kv.m olan mənzilin razılaşdırılmış ümumi dəyəri olan 109268 manatın, 96 ay ərzində, yəni xx.xx.2021-ci il tarixinədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün öhdəlik götürülmüş, toplam 67225 manat ödənilmişdir ki, bu da 42043 manat (109268-67225) manat borcun olduğunu müəyyən edir. Cavabdeh1 ilə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə 154.26 kv.m olan mənzilin razılaşdırılmış ümumi dəyəri olan 118723 manatın, 84 ay ərzində, yəni xx.xx.2019-cu il tarixinədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün öhdəlik götürülmüş, toplam 104221 manat ödənilmişdir ki, bu da 14502 manat borcun olduğunu müəyyən edir. Göstərilən mənzillər müvafiq olaraq cavabdehlərə təhvil verilmiş və həmin mənzillər onların istifadəsindədir. Borcun ödənilməsinə görə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir tədbir görülməmiş, hər birinə ayrı-ayrılıqda pretenziya məktubu göndərilməklə borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehlərdən Quliyev Ruslan Tofiqoviç yazılı şəkildə, digərələri isə şifahi qaydada bildirmişlər ki, müvafiq olaraq təhvil verilmiş mənzillərin ölçüləri müqavilədə göstərilən ölçüdən az olduğuna görə, onlar tərəfindən hər hansı bir məbləğdə ödəniş aparılmayacaqdır. Həmin müqavilələrin şərtlərindən açıq-aşkar müəyyən olunur ki, MTK tərəfindən cavabdehlərə satılan və təhvil verilməli olan müvafiq binanın müvafiq mərtəbəsində yerləşən mənzil-təsdiq olunmuş layihəyə uyğun inşa edilməli və təhvil verilməlidir. Eləcə də, tikiləcək binanın və mənzillərin keyfiyyətini, layihəyə və tikinti normalarına uyğun tikilməsini təsdiq edən sənəd kimi müəyyən edilmiş qaydada təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul haqqında akt əsas götürülür. Göstərilənlər müqavilələrin 1.1-ci, 1.2-ci, 2.2-i, 2.3-cü və 3.1-ci bəndləri ilə tam sübut olunur. Bununla yanaşı, cavabdehlərin öhdəliyini müəyyən edən müqavilələrin 3.2-ci bəndinin d) yarımbəndində göstərilmişdir ki, mənzildaxili təmir işləri aparılması zamanı monolit divar və arakəsmələrin yerdəyişməsinə yol verilməməlidir. xx.xx.2012-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının ”nın 3.8-ci bəndində göstərilir ki, mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azalatma əmsallara vurulmuş sahələrin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0.3, şüşəbənd və lociyaların sahəsi 0.5, eyvan və verandaların sahəsi 1.0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləlikə, MTK-ya olan borc vəsaiti əsassız olaraq ödənilmir və cavabdehlər tərəfindən MTK-nın hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verilmişdir. Beləliklə cavabdehlər tərəfindən MTK-ya qalıq borcu ödənilmədiyindən,onların hərəkətlərinin qanunsuz hesab olunması, dəymiş maddi ziyanın və faiz borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlər tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilməmiş, öhdəliyin qismən yerinə yetirilməsi nəticəsində ona qarşı qanunsuz hərəkətlərə yol verilmiş və maddi ziyan dəymişdir. Odur ki, Mərkəzi Bankın uçot dərəcəsinin 7.75 % olduğu nəzərə alınsa, hər bir müqavilə üzrə MTK-ya ödənilməli olan borc məbləğinə görə faiz miqdarı hər bir cavabdeh üçün ayrlıqda hesablanır. Cavabdeh Quliyev Ruslan Tofiqoviçlə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 28400 manat borc məbləğinə 2201 manat faiz, Cavabdeh2 ilə bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə üzrə MTK-ya olan 4911 manat borc məbləğinə 380 manat faiz, xx.xx.2011-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 20209 manat borc məbləğinə 1566 manat faiz, Cavabdeh3 ilə bağlanmış xx.xx.2012ci il tarixli müqavilə üzrə MTK-ya 57493 manat borc məbləğinə 4456 manat faiz, Cavabdeh4i lə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə MTK-ya olan 42043 mnat borc məbləğinə 3258 manat faiz, Cavabdeh1 ilə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 14502 manat borc məbləğinə 1124 manat faiz tutularaq, İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2369/2022 nömrəli 10 aprel 2023-cü il tarixli qərardadına əsasən İddiaçı MTK ilə cavabdeh X4rşı müqavilə öhdəliyinin tam yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və müqavilə öhdəliyin qismən icra olunması nəticəsində dəymiş maddi ziyanın və faiz pulunun ödənilməsi digər cavabdehlərə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbdən ayri icaata ayrılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, İddiaçı MTK ilə hər bir cavabdeh arasında ayrı-ayrılıqda bağlanmış müqavilə üzrə müvafiq olaraq hər bir cavabdehin üzərinə düşən öhdəliklərin tam olaraq yerinə yetirilməməsi (borcun ödənilməsindən yayınması) hərəkətlərin qanunsuz hesab edilməsi, xx.xx.2005-ci il tarixli müqavilə üzrə MTK-ya 4911 manat borcun və həmin borca hesablanmış 380 manat faizin, xx.xx.2011-ci il tarixli müqaviləüzrə MTK-ya olan 20209 manat borcun və həmin borca hesablanmış 1566 manat faizin cəmi 27066 manatın Cavabdeh2, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən MTK-ya olan 57493 manat borcun və həmin borca hesablanmış 4456 manat faizin cəmi 61494 manatın Cavabdeh3, xx.xx.2013-cü il tarixli müqavilə üzrə MTK-ya olan 42043 manat borcun və həmin borca hesablanmış 3258 manat faizin, cəmi 45301 manatın Cavabdeh4, xx.xx.2012-ci il tarixli müqavilə əsasən MTK-ya olan 14502 manat borcun və həmin borca hesablanmış 1124 manat faizin, cəmi 15626 manatın Cavabdeh1 tutularaq, İddiaçı MTKya ödənilməsi və məhkəmə məsrəfləri olan- cəmi 471 manat ödənilmiş dövlət rüsumu və 1000 manat hüquqi xidmət haqqının, toplam 1471 manat cavabdehlərin hər birindən 294.20 (1471/5) manat tutulmaqla İddiaçı MTK-ya ödənilməsi barədə qətnam çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin həcminin azaldılması barədə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini bildirmişlər. Əlavə olaraq onlara təhvil verilmiş mənzillərin sahəsinin müqavilədə qeyd edilmiş mənzil sahəsi ilə uyğun olmadıığını, bu səbədən də ödənişin onun tərəfindən ödənilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Ağababa oğlunun nümayəndəsi Qanuni nümayəndə2 Nizami oğlu iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini bildirmişdir. Əlavə olaraq onlara təhil verilmiş mənzillərin sahəsinin müqavilədə qeyd edilmiş mənzil sahəsi ilə uyğun olmadıığını, bu səbədən də ödənişin onun tərəfindən ödənilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxıt və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf və digər cavabdehlər məhkəmə iclasında iştiraak etməmişlər, iddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 05 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında borcunu ödədiyini, bu günədək olan ödənişlərini də məhkəməyə təqdim edəcəyini və əlavə cərimələrin tutulmamasını məhkəmədən xahiş etmişdir. 05 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. 05 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. 25 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, 105.819 manat borc ödədiyini, 12.904 manat qalıq borcu olduğunu, faiz məbləğləri ilə razı olmadığını və məhkəmə gedişində ödəniş etməyəcəyini bildirmişdir. 25 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə1 iddia tələbini qəbul etmədiklərini, 19 oktyabr 2021-ci il tarixində o mənzillə bağlı çıxarış aldığını, evin təmirini saymaqla iddiaçı tərəfindən ona 15.000 manat ödənilməli olduğunu, onun iddiaçıya borcu olmadığını və 28,5 kvm ilə razı olduğunu bildirmişdir. 25 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini, faiz məbləğləri ilə razı olmadığını, mənzilin sahəsinə uyğun olaraq hesablanmış borcu ödəməyə razı olduğunu və məhkəmə gedişində ödəniş etməyəcəyini bildirmişdir. 25 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında 2013-cü ildə müqavilə ilə ev satın aldığını, 2013-cü ilin sentyabr ayında evi ona təhvil verdiklərini, 2014-cü ilin dekabrında həmin evə köçdüklərini, müvafiq ödənişləri etdiyini, ailəvi problemlərə görə ödənişləri edə bilmədiyini, 22.000 manat ödənişi ödəyən zaman faiz qalan pulu ödəyəcəyini bildirdiklərini, lakin şifahi formada olduğunu, yazılı təsdiq etmədiklərini, heç bir faiz məbləği ilə razı olmadığını, ödənişlərlə bağlı qəbzləri məhkəməyə təqdim etdiyini və iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli 008 nömrəli, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanda 15 mərtəbəli yaşayış binalarının tikinitisi başa çatdıqdan sonra həmin binanın 15-ci mərtəbəsində yerləşən 104 nömrəli, ümumi sahəsi layihə üzrə 178.97 m2 təşkil edən 3 otaqlı mənzili “Kooperativ” “Payçıya” (mənzilin tam dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci maddəsinin d) bəndinə əsasən “Payçı” pulu gecikdirdiyi vaxt,”Koorperativ” “Payçı”ya 15 gün müddətində xəbərdarlıq vaxtı verir. Əgər həmin müddət tamam olarsa, hər sonrakı ay veriləcək məbləğin 1.5 %-i üstünə gəlir və həmin müddət 60 günü keçməməlidir. xx.xx.2011-ci il tarixli, 085 nömrəli, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanda 15 mərtəbəli yaşayış binalarının tikinitisi başa çatdıqdan sonra həmin binanın 1-ci mərtəbəsində yerləşən 31 m2 təşkil edən qeyriyaşayış sahəsini “Kooperativ” “Payçı”ya (mənzilin tam dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci maddəsinin d) bəndinə əsasən “Payçı” pulu gecikdirdiyi vaxt,”Koorperativ” “Payçı”ya 15 gün müddətində xəbərdarlıq vaxtı verir. Əgər həmin müddət tamam olarsa, hər sonrakı ay veriləcək məbləğin 1.5 %-i üstünə gəlir və həmin müddət 60 günü keçməməlidir. xx.xx.2013-cü il tarixli, 100 nömrəli, İddiaçı MTK ilə Cavabdeh4 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanda 1A nömrəli, 16 mərtəbəli yaşayış binalarının tikinitisi başa çatdıqdan sonra həmin binanın 14-cü mərtəbəsində yerləşən 95 nömrəli ümumi sahəsi 128 m2 təşkil edən 2 otaqlı mənzili “Kooperativ” “Payçı”ya (mənzilin tam dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci maddəsinin d) bəndinə əsasən “Payçı” pulu gecikdirdiyi vaxt,”Koorperativ” “Payçı”ya 15 gün müddətində xəbərdarlıq vaxtı verir. 7 il müddətində qalan məbləğ üzərinə 7 % hesablanır. xx.xx.2012-ci il tarixli, 102 nömrəli, İddiaçı MTK ilə Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış binalarının tikinitisi başa çatdıqdan sonra həmin binanın 4-cü mərtəbəsində yerləşən 11 nömrəli ümumi sahəsi 162.42 m2 təşkil edən 3 otaqlı + 1 hol mənzili “Kooperativ” “Payçı”ya (mənzilin tam dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci maddəsinin d) bəndinə əsasən “Payçı” pulu gecikdirdiyi vaxt,”Koorperativ” “Payçı”ya 15 gün müddətində xəbərdarlıq vaxtı verir. Əgər həmin müddət tamam olarsa, hər sonrakı ay veriləcək məbləğin 1.5 %-i üstünə gəlir və həmin müddət 60 günü keçməməlidir. xx.xx.2012-ci il tarixli, 103 nömrəli, İddiaçı MTK ilə, Cavabdeh1 Ağabal oğlu arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binalarının tikinitisi başa çatdıqdan sonra həmin binanın 11-ci mərtəbəsində yerləşən 84 nömrəli ümumi sahəsi 154.26 m2 təşkil edən 3 otaqlı + 1 hol mənzili “Kooperativ” “Payçı”ya (mənzilin tam dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci maddəsinin d) bəndinə əsasən “Payçı” pulu gecikdirdiyi vaxt, “Koorperativ” “Payçı”ya 15 gün müddətində xəbərdarlıq vaxtı verir. Əgər həmin müddət tamam olarsa, hər sonrakı ay veriləcək məbləğin 1.5 %-i üstünə gəlir və həmin müddət 60 günü keçməməlidir. xx.xx.2022-ci il tarixli İddiaçı MTK tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh 085 nömrəli müqaviləyə əsasən 20209 manat borcu olması, 15 gün ərzində ödənilməsi üçün xəbərdar edilərək faizlərlə birlikdə borcun ödənilməsi, əks təqdirdə müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixli İddiaçı MTK tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh 008 nömrəli müqaviləyə əsasən 4911.50 manat borcu olması, 15 gün ərzində ödənilməsi üçün xəbərdar edilərək faizlərlə birlikdə borcun ödənilməsi, əks təqdirdə müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixli İddiaçı MTK tərəfindən Cavabdeh4 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh 100 nömrəli müqaviləyə əsasən öhdəlyini icra etmədiyi, 15 gün ərzində ödənilməsi üçün xəbərdar edilərək faizlərlə birlikdə borcun ödənilməsi, əks təqdirdə müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixli İddiaçı MTK tərəfindən Cavabdeh3 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh 102 nömrəli müqaviləyə əsasən öhdəlyini icra etmədiyi, 15 gün ərzində ödənilməsi üçün xəbərdar edilərək faizlərlə birlikdə borcun ödənilməsi, əks təqdirdə müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixli İddiaçı MTK tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh 103 nömrəli müqaviləyə əsasən öhdəlyini icra etmədiyi, 15 gün ərzində ödənilməsi üçün xəbərdar edilərək faizlərlə birlikdə borcun ödənilməsi, əks təqdirdə müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan X2 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1, 104 nömrəli mənzilin (Yeni Qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi, 56, M15, mənzil 8) mülkiyyətçisi tam pay üzrə xx.xx.2021-ci il tarixdən Cavabdeh2dır. İş materiallarında olan Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1, 104 nömrəli mənzilin (Yeni Qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi, 56, M15, mənzil 8) hüquq subyekti Cavabdeh2dır. 29 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılan Qaraxan MTK tərəfindən verilmiş 099 nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh2 Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda İddiaçı MTK-nin inşa etdiyi 1 nömrəli 15 mərətəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178.97 kv.m olan, 104 nömrəli mənzilin dəyərini tam ödəyib və kooperativə heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/37820 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanında yerləşən, 15 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 28.5 kv.m olduğu, bunun da 17 oktyabr 2011-ci il tarixli müqavilədə göstərilən sahəyə (31.0 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 11 nömrəli mənzil təqdim edilmədiyindən, həmin mənzilə baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də həmin mənzilin faktiki sahəsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanında yerləşən, 14 mərtəbəli 1B nömrəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 84 nömrəli mənzilin faktiki ümumi sahəsinin 149.6 kv.m olduğu, bunun da 25 avqust 2012-ci il tarixli müqavilədə göstərilən sahəyə (154.26 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanında yerləşən, 14 mərtəbəli 1A yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 95 nömrəli mənzilin faktiki ümumi sahəsinin 120.2 kv.m olduğu, bunun da 24 iyul 2013-cü il tarixli müqavilədə göstərilən sahəyə (128.0 kv.m ) uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3030 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 15 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin divarlarının və arakəsmələrinin sahəsi daxil edilməklə ümumi sahəsinin 31 kv.m təşkil etdiyi, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.2 və 59.3 bəndlərinin tələblərinə əsasən, ümumi sahəsinin (bayır və ara divarların altı nəzərə alınmadan) 28.5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi ilə (28,5 kv.m) tərəflər arasında bağlanmış müqavilədə göstərilən sahə (31,0 kv.m) arasında 2,5 kv.m fərq olduğu müəyyən edilmişdir. ünvan 4 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 11 nömrəli mənzilin sütunlarının, şaxtalarının, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 162,42 kv.m təşkil etdiyi, sözügedən mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.2 və 59.3 bəndlərinin tələblərinə əsasən, ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarların altı nəzərə alınmadan) 146,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, mənzilin ümumi sahəsi ilə (146,0 kv.m) tərəflər arasında bağlanmış müqavilədə göstərilən sahə (162,4 kv.m) arasında 16,42 kv.m fərq olduğu müəyyən edilmişdir. ünvan 4 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 84 nömrəli mənzilin sütunlarının, şaxtalarının, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 154,26 kv.m təşkil etdiyi, sözügedən mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.2 və 59.3 bəndlərinin tələblərinə əsasən, ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarların altı nəzərə alınmadan) 149,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, mənzilin ümumi sahəsi ilə (149,6 kv.m) tərəflər arasında bağlanmış müqavilədə göstərilən sahə (154,26 kv.m) arasında 4,66 kv.m fərq olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında inşa edilmiş, 16 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 95 nömrəli mənzilin sütunlarının, şaxtalarının, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 128 kv.m təşkil etdiyi, sözügedən mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.2 və 59.3 bəndlərinin tələblərinə əsasən, ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarların altı nəzərə alınmadan) 120,2 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, mənzilin ümumi sahəsi ilə (120,2 kv.m) tərəflər arasında bağlanmış müqavilədə göstərilən sahə (128,0 kv.m) arasında 7,8 kv.m fərq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 9/657 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqta hissəindən göstərilənlərə əsasən iş materiallarında olan kassa mədaxil orderləri: xx.xx.2011-ci il tarixli 085 nömrəli, xx.xx.2012-ci il tarixli 103 nömrəli, xx.xx.2012ci il tarixli 102 nömrəli, xx.xx.2013-cü il tarixli 100 nömrəli müqavilələr üzrə cavabdehlərin İddiaçı MTK-ya olan qalıq borcu aşağıdakı kimi müəyyın edilir: - Cavabdeh2 xx.xx.2011-ci il tarixli, 085 nömrəli müqavilə üzrə qalıq borcu 26.900 manat, - Cavabdeh3 xx.xx.1012-ci il tarixli, 102 nömrəli müqavilə üzrə qalıq borcu 112.293 manat, - X1 xx.xx.2012-ci il tarixli, 103 nömrəli müqavilə üzrə qalıq borcu 12.902 manat, - Cavabdeh4 xx.xx.2013-cü il tarixli, 100 nömrəli müqavilə üzrə qalıq borcu 55.343 manat. QEYD edilir ki, İddiaçı MTK ilə cavabdehlər arasında bağlanmış müqavilələr üzrə iddia olunan qalıq borc ilə ekspertiza tədqiqatının gəldiyi nəticə arasındakı fərqə səbəb iş materiallarında həmin müqavilələr üzrə kassa mədaxil orderlərinin (və ya ödəniş sənədlərinin) tam olmamasıdır. Azərbycan Respublikasının Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının” 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə iş materiallarında olan sənədləri, tərəflərin vermiş olduğu izahatları və digər sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki iddia qismən təmin edilməlidir. Məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində baxaraq, hazırki mübahisənin həlli üçün araşdırılması zəruri olan hal müqavilə üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib yetirilmədiyini müəyyən etməkdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 qarşı xx.xx.2005-ci il tarixli müqavilə üzrə MTK-ya 4911 manat borcun və həmin borca hesablanmış 380 manat faizin hesablanması hissəsində rədd edilməlidir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılan Qaraxan MTK tərəfindən verilmiş 099 nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh2 Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda İddiaçı MTK-nin inşa etdiyi 1 nömrəli 15 mərətəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178.97 kv.m olan, 104 nömrəli mənzilin dəyərini tam ödəyib və kooperativə heç bir borcu yoxdur. Həmçinin iş materiallarında olan X2 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1, 104 nömrəli mənzilin (Yeni Qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi, 56, M15, mənzil 8) mülkiyyətçisi tam pay üzrə xx.xx.2021-ci il tarixdən Cavabdeh2dır. xx.xx.2011-ci il tarixli müqavilə üzrə MTK-ya olan 20209 manat borcun və həmin borca hesablanmış 1566 manat faizin cəmi 21775 manatın Cavabdeh2 tutularaq MTK-ya ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, bağlanmış müqavilə 31 kv.m sahənin alqı-satqısı ilə bağlı olsa da iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza rəyinə əsasən sahənin 28,5 kv.m olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçı Qaraxan MTK iddia ərizəsində Cavabdeh2 İnqlab qızı tərəfindən 38691 manat ödəniş olduğunun hazırda 31 kv.m müqavilə üzrə (58900-38691=20209) manat tələb etdiyini nəzərə alaraq, faktiki sahənin 28,5 kv.m olduğunu nəzərə alaraq hazırda Cavabdeh2 15459 manat borc və 7,75% hesablanmaqla 1198 manat faiz borcu ümumilikdə xx.xx.2011-ci il tarixli müqavilə üzrə 16657 manat Qaraxan MTK-ya borcu olduğu müəyyən edilir. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən MTK-ya olan 57493 manat borcun və həmin borca hesablanmış 4456 manat faizin cəmi 61494 manatın Cavabdeh3 tutulması ilə bağlı qeyd olunmalıdır ki, bağlanmış müqavilə 162,42 kv.m sahənin alqı-satqısı ilə bağlı olsa da, iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza rəyinə əsasən sahənin 146 kv.m olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçı Qaraxan MTK iddia ərizəsində Cavabdeh3 tərəfindən 60900 manat ödəniş olduğunu hazırda 162,42 kv.m müqavilə üzrə (118393- 60900=57493) manat tələb etdiyini nəzərə alaraq, faktiki sahənin 146 kv.m olduğunu nəzərə alsaq hazırda Cavabdeh3 45534 manat borc və 7,75% hesablanmaqla 3528 manat faiz borcu ümumilikdə 49062 manat Qaraxan MTK-ya borcu olduğu müəyyən edilir. xx.xx.2013-cü il tarixli müqavilə üzrə MTK-ya olan 42043 manat borcun və həmin borca hesablanmış 3258 manat faizin cəmi 45301 manatın Cavabdeh4 tutulamsı ilə bağlı qeyd olunmalıdır ki, bağlanmış müqavilə 128 kv.m sahənin alqı-satqısı ilə bağlı olsa da, iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza rəyinə əsasən sahənin 120,2 kv.m olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçı Qaraxan MTK iddia ərizəsində Cavabdeh4 tərəfindən 67225 manat ödəniş olunduğunu hazırda 128 kv.m müqavilə üzrə (109268-67225=42043) manat tələb etdiyini nəzərə alaraq, faktiki sahənin 120, 2 kv.m olduğunu nəzərə alsaq hazırda Cavabdeh4 35425,80 manat borcu və 7,75% hesablanmaqla 2745 manat faiz borcu ümumilikdə 38170,80 manat Qaraxan MTK-ya borcu olduğu müəyyən edilir. xx.xx.2012-ci il tarixli müqavilə əsasən MTK-ya olan 14502 manat borcun və həmin borca hesablanmış 1124 manat faizin cəmi 15626 manatın Cavabdeh1 tutulması ilə bağlı qeyd olunmalıdır ki, bağlanmış müqavilə 154,26 kv.m sahənin alqı-satqısı ilə bağlı olsa da, iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza rəyinə əsasən sahənin 149,6 kv.m olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçı Qaraxan MTK iddia ərizəsində Cavabdeh1 tərəfindən 104221 manat ödəniş olunduğunu hazırda 154,26 kv.m müqavilə üzrə (118723- 104221=14502) manat tələb etdiyini nəzərə alaraq, iş materiallarında olan ödəniş qəbzlərinə və məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 105821 manat ödəniş etdiyi 12902 manat borcu qaldığı müəyyən olunmuşdur. Həmçinin faktiki sahənin 149,6 kv.m olduğunu nəzərə alsaq hazırda Cavabdeh1 9371 manat borcu və 7,75% hesablanmaqla 726 manat faiz borcu ümumilikdə 10097 manat Qaraxan MTK-ya borcu olduğu müəyyən edilir. Mənzil sahələrinin hesablanması zamanı hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olmaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma ilə nəticələnə bilər. Məhkəmə araşdırması zamanı məlum olur ki, İddiaçı MTK ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında ayrı-ayrılıqda daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MTK tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada icra edilmədiyindən, cavabdehlər tərəfindən müqavilə şərtlərinə tam olaraq əməl edilməmişdir. Cavabdehlər müqavilə öhdəliklərini tam icra etməmə səbəbi kimi müqavilə predmeti olan mənzillərin müqavilədə qeyd olunan ölçüdə olmamasını bildirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 10/37820 nömrəli, xx.xx.2023-cü il tarixli və 10/3030 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəylərindən də görünür ki, cavabdehlərlə bağlanmış müqavilələrdə qeyd olunan sahə ölçüləri ilə cavabdehlərə faktiki olaraq təhvil verilmiş mənzil ölçülərində fərqlər mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəliyin icra edilməməsi səbəbindən mübahisə yaranmışdır. Bu isə cavabdehlərin hərəkətlərindən deyil, hərəkətsizliyindən irəli gələn mübahisədir. Cavabdehlərin hərəkətsizliyi İddiaçı MTK-nın müqavilə öhdəliklərini lazımi qaydada icra edilməməsi, müqavilə öhdəliklərini pozması ilə şərtləndirildiyindən iddia tələbi cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin hər birinə nisbətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.( Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsi) Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2012-ci il tarixli, 103 nömrəli müqaviləyə əsasən 9371 (doqquz min üç yüz yetmiş bir) manat əsas borc və 726 manat faiz borcu, cəmi 10.097 manat alınaraq İddiaçı MTK-ya verilsin. Cavabdeh2 xx.xx.2011-ci il tarixli, 085 nömrəli müqavilə üzrə 15459 (on beş min dörd yüz əlli doqquz) manat əsas borc və 1198 manat faiz borcu, cəmi 16657 manat alınaraq İddiaçı MTK-ya verilsin. Cavabdeh3 xx.xx.2012-ci il tarixli, 102 nömrəli müqaviləyə əsasən 45534 (qırx beş min beş yüz otuz dörd) manat əsas borc və 3528 manat faiz borcu, cəmi 49062 manat alınaraq İddiaçı MTK-ya verilsin. Cavabdeh4 xx.xx.2013-cü il tarixli, 100 nömrəli müqaviləyə əsasən 35425,80 (otuz beş min dörd yüz iyirmi beş) manat əsas borc və 2745 manat faiz borcu, cəmi 38170,80 manat alınaraq İddiaçı MTK-ya verilsin. 200 manat ekspertiza xərcinin 50 manatı İddiaçı MTK-dan, qalan 150 manatı cavabdehlərdən müştərək qaydada tutulsun. 382.04 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar