Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6834/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştiraklarıı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə əmək müqaviləsinə xitam verilməsi və digər tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 MMC-yə qarşı məhkəməyə iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək,
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi;
2. əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin "xxxx" MMCnin üzərinə qoyulması;
3. bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən etibarən xx.xx.2018-ci ilə qədər müddətli sistemlə Cavabdeh1 MMC-də direktor vəzifəsində işləmişdir. Sonuncu iş günü xx.xx.2018-ci il tarix olsa da, bu günədək elektron sistemdə məlumat yenilənməmişdir. Hal-hazırda Cavabdeh1 MMC-nin rəhbəri xarici ölkədədir, Azərbaycanda yoxdur. Buna görə də, elektron sistemden çıxa bilmir. Halhazırda başqa yerdə işləyir. Müraciəti ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DƏMX 26 avqust 2023-cü il tarixdə cavab verərək, göstərmişdir ki, bu məsələnin həlli onların səlahiyyətlərindən xaricdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, onların araşdırması nəticəsində cavabdeh MMC-nin təsisçisi Cavabdeh2 uzun müddət əvvəl ABŞa köçdüyünü öyrənmişlər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh1 MMC (sonradan – MMC) xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi Cavabdeh2dur (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Cavabdeh2 aid şəxsiyyət vəsiqəsi məlumatından onun qeydiyyat ünvanının Beyləqan rayonu olduğu görünür, həmin məlumatdan ünvan tam yazılmadığından onun ünvanın məhkəmə bildirişi göndərmək mümkün olmamışdır. Onun adına olan bütün mobil nömrələrə zəng edilmiş və sms-bildiriş göndərilmiş, lakin bütün nömrələrə bağlı olduğundan sms-bildiriş çatdırılmamışdır. Eyni zamanda MMC-nin hüquqi ünvanına bildiriş göndərilmiş, lakin «bu ünvanda yaşamır» qeydi ilə bildiriş geri qayıtmışdır. Elektron məhkəmə sistemindən onun sərhəd keçməsi barədə məlumat aşkar olunmamışdır (sərhəd keçmə elektron məhkəmə sistemi qurulduqdan əvvəl baş tutduğundan ola bilər). İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 MMC-yə direktor vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən görünür ki, iddiaçının iki aktiv əmək müqaviləsi var: xx.xx.2013-cü il tarixdə Cavabdeh1 MMC-də icraçı direktor vəzifəsinə, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də baş məsləhətçi vəzifəsinə dair. İddiaçı X2 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsini xahiş etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubda Xidmət məsələnin həllinin onların səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi, bu barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur, 2-ci hissəsinə əsasən işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin mənasına görə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər, 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Qeyd edildiyi kimi, MMC-nin fəailiyyəti barədə məlumat əldə etmək, cavabdehin qanuni təmsilçisini tapmaq hətta məhkəmə üçün mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək vəzifəsi "xxxx" MMC-yə tapşırılmalı, bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən: İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin.
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilsin;
2. əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi "xxxx" MMC-nin üzərinə qoyulsun;
3. bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova