Məhkəmə qərarları › İş №e-2(008)-7/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7/2023

05.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7/2023 05.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin materiallarını məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən Mirheydər Zeynalovun xx.xx.2022-ci il tarixli, 112 saylı əmrinin ləğv olunaraq, işə bərpa olunması və xx.xx.2022-ci il tarixdən işə bərpa olunacağı vaxtadək hər ay aylıq 620 manat əmək haqqı hesablanmaqla, ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı mübahisəyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aid olduğu məhkəməyə verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.5-ci maddəsinin tələbinə əsasən, iddianın həmin məhkəməyə qarşı qaldırıldığı halında aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Hazırkı iddia ərizəsi və iş materiallarından görünür ki, mübahisə üzrə tələb Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı yönəlmişdir və cavabdeh qismində həmin məhkəmə çıxış edir. Belə olan halda, qanunvericiliyin göstərilən tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” barədə iddia tələbinə həmin tələbin yönəldiyi məhkəmədə baxıla bilməz. Ona görə də, mülki iş aid olduğu məhkəməyə verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən, iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən, işin bu Məcəllənin 44.2.3 və 44.2.4cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 45.5 və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün 2(008)-7/2023 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar