Məhkəmə qərarları › İş №e-2(008)-7101/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7101/2023

06.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7101/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində 1500 (min beş yüz) manat, mediasiya üçün ödənilmiş 50 (əlli) manat, hüquqi yardıma üçün ödənilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 1950 (min doqquz yüz əlli) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə 01 fevral 2023-cü il tarixində əmək müqaviləsi bağlamaqla əsas iş yeri üzrə “çistikaçı” vəzifəsinə işə qəbul edilmişdir. 15 fevral 2023-cü il tarixində isə onlar arasında 016 nömrəli “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Elə həmin tarixdə, yəni 15 fevral 2023-cü ildə 05 nömrəli “Sponsorluq” müqaviləsi bağlanmışdır. Həmin müqavilə hər iki tərəfin ortaq maraqları əsasında cavabdehin əlavə xərc çəkmədən peşə biliklərinə yiyələnməsi, bütün ömrü boyu tətbiq edə bilməsi və iddiaçının əlavə xərc çəkməklə öz fəaliyyəti üçün kadr yetişdirməsi məqsədi ilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı nəzərdə tutulan təlimin həyata keçirilməsi üçün maliyyə vəsaiti təmin edir və həmin vəsait onun tərəfindən təlimverənə ödənilir. Cavabdeh isə bunun qarşılığında təlimdə yiyələndiyi peşə biliklərini əmək funksiyasını həyata keçirən zaman müqavilənin qüvvədə olduğu müddət ərzində işdə tətbiq etməyi öhdəsinə götürür. Müqavilənin 2.6, 4.1 və 4.2-ci bəndlərinə əsasən cavabdehin əmək hüquqları məhdudlaşdırılmır, onun əmək müqaviləsinə Əmək məcəlləsi ilə nəzərdə tutulmuş qaydada xitam verməsinə qadağa qoyulmur, lakin bu onun çəkdiyi xərcləri tələb etməsini və cavabdehin tam maddi məsuliyyətini istisna etmir. Bu müqavilənin məqsədinin həyata keçirilməsi üçün 15 fevral 2023-cü il tarixində tərəflərarasında həmçinin fərdi sahibkar (təlimçi) X3 (VÖEN: **********) arasında “Xidmətlərin göstərilməsinə dair” 088 nömrəli, üçtərəfli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən təlimçi iddiaçının sifarişi əsasında cavabdehə “cild baxımı prosedurları mövzusu (çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi bilik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlimlər keçməyi, cavabdeh bu təlimlərdə iştirak etməyi, ddiaçı isə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən məbləğ 1 (bir) ay üçün 1500 manat təşkil etmişdir. 15 mart 2023-cü il tarixli 088 nömrəli, iddiaçı, cavabdeh və təlimçi tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən nəzəri və praktiki qaydada cild (dəri) baxımı prosedurları (təlimləri) keçirilmişdir. 15 mart 2023-cü il tarixli kassa mədaxil orderi ilə iddiaçı tərəfindən 1500 (min beş yüz) manat vəsait təlimçi-fərdi sahibkar X2 ödənilmişdir. Daha sonra Cavabdeh 07 avqust 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə iddiaçıya müraciət etmiş və onun həmin tarixli, 218 nömrəli əmri əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 05 nömrəli Sponsorluq müqaviləsinin 2.11ci bəndinə əsasən, dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2023cü il tarixli 05 nömrəli Sponsorluq müqaviləsinin tələblərindən irəli gələn öhdəliklərini yerinə yerinə yetirməməsi nəticəsində iddiaçının müqavilə ilə nəzərdə tutduğu məqsədə nail olmasının qarşısını almaqla onun zərərə məruz qalmasına səbəb olmuşdur. Lakin tərəf həmin təklifə də münasibət bildirmədiyindən mediasiyaya müraciət edilmiş və qarşı tərəf təyin bdilmiş X1 etmədiyindən Bakı 11 nömrəli Mediasiya təşkilatı tərəfindən 14 sentyabr 2023-cü il tarixində MŞB/11/2023-647 nömrəli X1 edilməməsi barədə Arayış təqdim olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında müqavilə bağlandığını, lakin ona heç bir təlim keçilmədiyini, müqaviləni imzaladığı üçün borcu olduğunu, lkain həmin məbləğin hissə-hissə qaytara biləcəyini dedi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 688 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən müqavilə üzrə xidmət haqqı aylıq olaraq 1500 (min beş yüz) manat təşkil edir İş materiallarında olan 15 mart 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, sifarişçi icraçıya qarşı öhdəliyini icra etmiş və icraçı qəbul etmişdir. 34597 nömrəli qəbzdən görünür ki, İddiaçı 1279 nömrəli müqaviləyə əsasən hüquqi yardım göstərilməsi üçün vəkilə 400 manat ödəniş etmişdir. Bakı 11 nömrəli Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin X1 edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödənmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə təlim keçirilməsi üçün 1500 manat pul ödənildiyi iş materialları ilə öz təstiqini tapır. Təlimin keçirilməsi ilə bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli işlərin təhvil təslim aktı imzalanmış və həmçinin məhkəmə iclasında Cavabdeh özü də etiraf etmişdir ki, 1500 manat pulu qaytaracaq lakin onun birdəfəlik deyil hissə-hissə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə iddia təmin edilməli 1500 manat pul Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 400 manat və mediatora ödənilmiş 50 (əlli) manat məbləğində ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat pul, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqı və mediatora ödənilmiş 50 (əlli) manat məbləğində rüsum tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar