Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-723/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın və digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edirək, qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və digər tikililərin cavabdehin öz vəsaiti hesab sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində (7965) bağ evi vardır. İş üzrə cavabdeh qonşuluqda tikinti işləri aparır. Belə ki, cavabdeh torpaq sahəsini alan zaman həmin torpaq sahəsinin qarşısında ümumi istifadədə olan yol olmuşdur. Həmin yol sonradan zəbt olunaraq cavabdehin torpaq sahələrinə qatılmış, bununla da iddiaçının əsas yola olan çıxışı qanunsuz olaraq bağlanmışdır. İddiaçının mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Mubahısələndirılən yol, həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehin tərəfindən həmin yolun zəbt olunması qanuni və əsaslı hesab edilə bilməz. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Vəkil dəqiqləşdirilmiş tələblə ərizə verərək, iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın və digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi «digər tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi» hissəsində baxılmamış saxlanılmışdır. Hazırda məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə baxır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 7965 ünvanında yerləşən 126 kv metrdən ibarət olan bağ evi və 0,0632 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarış, daşınmaz əmlakın reyestr nömrəsi **********74-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il). Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Coşqun” b/y-nın ölçüsü 0,10 ha olan 2 saylı bağ sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir (eletkron məhkəmə sistemindən əldə edilmişi məlumat). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2332 №, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən: İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 7965 saylı bağ evi və 0.0632 ha torpaq sahəsi koordinatlarına uyğundur; Cavabdeh adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Coşqun” b/y-nın 2 saylı bağ sahəsinin sənəd üzrə 0.10 ha olduğu halda, mövcud vəziyyətdə 0.1215 ha olmaqla koordinatlarına uyğun gəlir (0.0215 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur); Vahid elektron kadastr baza məlumatlarına əsasən (“Coşqun” b/y-nin bölgü sxeminə əsasən koordinatları təqdim olunmuş) ərazi bağlararası yolun, az bir hissəsi isə digər bağların yerinə uyğun gəlir. Belə ki, Cavabdeh dalan kimi nəzərdə tutulan torpaq sahəsini zəbt etmişdir. Mövcud vəziyyətdə İddiaçı mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsinin) şimal-şərq tərəfdən yola çıxışı və darvazası olmasına baxmayaraq cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradır. Cavabdeh tərəfindən inşa edilmiş qaraj (5,0 x 41,0) vahid elektron kadastr baza məlumatlarına əsasən mülkiyyətində olan torpaq sahəsindən kənarda, dalan kimi nəzərdə tutulan sahədə yerləşir. Qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə 2-ci çıxış kimi şərait yarada bilər. Cavabdeh olunun bağ sahəsinə gedən ümumi istifadədə olan yol iddiaçı və ya qonşular tərəfindən zəbt edilməyib. Hazırda iddiaçı Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi, cavabdehin xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olmasına baxmayaraq, onun tərəfindən dalan kimi nəzərdə tutulan torpaq sahəsinin 0.0215 ha torpaq sahəsi zəbt edilmiş və həmin sahədə qaraj və hasar inşa edilmişdir. Yəni, cavabdeh tərəfindən ümumi istifadə olunan yolun bir hissəinin zəbt edilməsi və orada qanunz tikililərin inşa edilməsi ekspert rəyi ilə təsdiq edilmişdir. Məhkəm hesab edir ki, həmin qanunsuz tikililərin sökülməsi üçün iddiaçının subyektiv hüquq mövcud olmalıdır. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüquq da ekspert rəyi ilə təsdiq edilmişdir. Belə ki, qeyd edildiy kimi, mövcud vəziyyətdə İddiaçı mülkiyyətində olan bağ evinin (və ya torpaq sahəsinin) şimal-şərq tərəfdən yola çıxışı və darvazası olmasına baxmayaraq cənub-qərb tərəfində vahid elektron kadastr baza məlumatlarına əsasən dalan kimi nəzərdə tutulan torpaq sahəsinə çıxışına maneçilik yaradılmış, qarajın və hasarın sökülməsi nəticəsində iddiaçı üçün dalan kimi nəzərdə tutulan torpaq sahəsinə 2ci çıxış kimi şərait yarada bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh ümumi istifadədə olan dalanı öz məqsədləri üçün istifadə edərkən hüquqdan sui-istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Hazırki iş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edilmişdir, odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yol açılsın, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasar və qaraj cavabdehin öz vəsaiti hesabına sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-723/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-723/2023
05.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver