Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7431/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 4598,17 manat maddi zərərin və 65,99 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4664.16 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3648.60 manat maddi zərərin, 949.57 manat debitor borcun və 65,99 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4664.16 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2025-ci il tarixində 04/14098 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər həmin müqavilə əsasında İddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X2 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: -xx.xx.2017-ci il tarixli akt əsasında 388,80 manat, -xx.xx.2019-cu il tarixli əsasında 853,20 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 133,20 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 133.20 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 142.20 manat, - xx.xx.2019-cu il tarixli akt əsasında 32.40 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 32.40 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 32.40 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 32.40 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 32.40 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 32.40 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 133.20 manat, -xx.xx.2019-cu il tarixli akt əsasında 295.20 manat, -xx.xx.2020-ci il tarixli akt əsasında 295.20 manat, -xx.xx.2020-cu il tarixli akt əsasında 295.20 manat, -xx.xx.2020-ci il tarixli akt əsasında 295.20 manat, -xx.xx.2020-ci il tarixli akt əsasında 489.60 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Cavabdeh 2011-ci ilin mart ayında 5 manat 2021, 2022, 2023, 2024, 2025-ci illər ərzində isə 115 manat olmaqla, ümumilikdə isə 120 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin ödəməli borc məbləği hazırda aktlar üzrə 3648.6 manat, debitor borc üzrə 949.57 manat olmaqla, abonentin saldosu üzrə ümumi 4598,17 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində, iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki: - İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2025-ci il tarixində 04/14098 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2017-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1944 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8532 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1332 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1332 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1422 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 4 saat hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 324 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 4 saat hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 324 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 4 saat hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 324 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 4 saat hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 324 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 4 saat hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 324 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 4 saat hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 324 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 8 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1332 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki hesablanmışdır. - Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 60 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4896 m3 itki hesablanmışdır. - **********00000 saylı abonentin saldosuna əsasən, Cavabdeh qalıq aktlar üzrə 2017-ci il üzrə 388,80 manat, 2019-cu il üzrə cəmi 1884,60 manat, 2020-ci il üzrə 1375,20 manat olmaqla, aktlar üzrə cəmi 3648,60 manat borc hesablanmışdır. Həmçinin onun sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 949.57 manat borcu (debitor borc) mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı ilə cavabdeh abonent Cavabdeh arasında xx.xx.2025-ci il tarixində 04/14098 nömrəli qaz alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh abonent qismində qazdan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəlik müqavilədən yaranır, həmin Məcəllənin 425-ci maddəsinə görə isə borclu öhdəliyi lazımi qaydada icra etməlidir. Bu səbəbdən cavabdeh faktiki istehlak etdiyi qazın dəyərini ödəmək vəzifəsi daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş abonentin saldosu adlı sənəddən müəyyən edilir ki, cavabdehin abonent hesabı üzrə sayğac göstəricilərinə əsasən istifadə edilmiş, lakin ödənilməmiş 949,57 manat məbləğində debitor borc mövcuddur. MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı bu borcu qeyd olunan sənədlə təsdiq etmişdir. Cavabdeh tərəfindən isə həmin məbləğin ödənildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. MPM-in 88-ci maddəsinə uyğun olaraq sübutların məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə hesab edir ki, 949,57 manat debitor borcun mövcudluğu mübahisəsiz sübuta yetirilmişdir və həmin məbləğin tutulması qanuni və əsaslıdır. İddiaçı qazdan qeyri-qanuni istifadə nəticəsində maddi zərərin tutulmasını tələb etsə də, məhkəmə müəyyən edir ki, qanunsuz qoşulma faktı sübuta yetirilməmişdir. Belə ki, məhkəməyə qaz xəttinə texniki müdaxilə, kənar qoşulma nöqtəsi barədə mötəbər və təkzibolunmaz sübut təqdim edilməmişdir. Qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin cavabdehə təqdim edilməsi, ona poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədlər təqdim edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslər tərəfindən cavabdehin aktı qəbul etməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, aktlar prosessual qaydalara zidd tərtib edilmişdir. Təqdim edilmiş aktlar abonentin iştirakı olmadan, abonentin və ya ailə üzvlərinin imzası olmadan, aktın abonentə təqdim edildiyini təsdiq edən sənəd olmadan birtərəfli qaydada tərtib edilmişdir. Bu isə həmin aktların sübut əhəmiyyətini aradan qaldırır. Təqdim edilmiş fotoşəkillərin çəkilmə vaxtı, ünvanı və mənbəyi müəyyən olunmadığından onlar da mötəbər sübut hesab edilə bilməz. Bundan başqa, zərərin hesablanması elmi-texniki əsaslandırılmamışdır. İddiaçı tərəfindən təqdim edilən itirilmiş qaz hesablamaları konkret müdaxilə tarixi ilə əlaqələndirilməmiş, müstəqil ekspertiza ilə təsdiq edilməmiş, istifadə edilmiş norma və iş rejimi sübuta yetirilməmişdir. Bu səbəbdən zərərin məbləği obyektiv meyarlara əsasən müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı uzun müddət – 2017-2020-ci illər ərzində üç il müddətidə qanunsuz qoşulma olduğunu iddia etsə də, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Bu hal da aktların mötəbərliyinə əsaslı şübhə yaradır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən – cavabdeh tərəfindən istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 949,57 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyi üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 949,57 (doqquz yüz qırx doqquz manat, əlli yeddi qəpik) manat məbləğində sərfiyyat borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-7431/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7431/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver