Məhkəmə qərarları › İş №e-2(008)-7451/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7451/2025

19.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7451/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh, İlk iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və dəymiş ziyanının ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması və 1000 (bir min) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci ildə ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ilk iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması, xx.xx.2025-ci ildən iş üzrə yekun məhkəmə aktı icra edilən günədək, yəni cavabdehin faktiki olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı günədək hər ay 450 manat kirayə haqqı hesablanaraq cavabdehdən iddiaçını xeyrinə tutulması və 1000 (bir min) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı- Cavabdeh və onun himayəsində olan 17 avqust 2008-ci il təvəllüdlü oğlu Rəsul Abbasovun və 31 mart 2011-ci il təvəllüdlü qızı X1 Sabunçu rayonu, ünvan 3 ünvana köçürülməklə istifadə hüququnun tanınması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı qarşılıqlı iddia ərizəsi verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının oğlu X5 arasında xx.xx.2005-ci il tarixdə rəsmi nikaha bağlanmışdır. Birgə nikahdan 17 avqust 2008-ci ildə X6 və 31 mart 2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(010)-5190/2024 nömrəli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan olan uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. Cavabdeh İddiaçı keçmiş gəlinidir. Birgə nikah dövründə iddiaçının oğlu Artur Abbasov, cavabdeh və uşaqları ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Nikah pozulduqdan Artur Abbasov başqa ünvana köçsə də, Cavabdeh evdən çıxmamışdır. Hal-hazırda iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində iddiaçı və onun ailəsi ilə birlikdə yaşayır. İddiaçının qeyd edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixində verilmiş ÖM seriyalı 089432 nömrəli “Qeydiyyat Vəsiqəsi” ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçı və onun ailə üzvləri ilə daimi mübahisələr yaradır, əsassız səs-küy salır, evdə psixoloji gərginlik yaradır, ailə üzvlərini təhdid edir və mənzili yandırmaqla hədələyir. İddiaçı və onun ailə üzvlərinin təhlükəsizliyi daim təhdid altındadır. Cavabdehin qeyd olunan mənzildə yaşamaq üçün heç bir hüquqi əsası yoxdur, çünki o, nə mülkiyyətçi, nə də kirayəçi statusuna malik deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Cavabdeh iddiaçı və onun ailə üzvləri ilə daimi mübahisələr yaradır, əsassız səs-küy salır, evdə psixoloji gərginlik yaradır, ailə üzvlərini təhdid edir və mənzili yandırmaqla hədələyir. İddiaçı və onun ailə üzvlərinin təhlükəsizliyi daim təhdid altındadır. Cavabdehin qeyd olunan mənzildə yaşamaq üçün heç bir hüquqi əsası yoxdur, çünki o, nə mülkiyyətçi, nə də kirayəçi statusuna malik deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız və həqiqətə uyğun deyildir. Belə ki, Cavabdeh ilə ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı oğlu Artur Abbasov xx.xx.2005-ci il tarixdə rəsmi nigaha daxil olandan sonra qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı gəlini Cavabdeh xüsusi mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə köçürmüşdür. Cavabdeh bütün cehiz əşyaları və digər əmlakları ilə həmin evə köçmüşür. Mülkiyyətçi İddiaçı ilkin iddia üzrə cavabdeh- Cavabdeh 27 noyabr 2008-ci ildə Bakı şəhəri,Suraxanı rayonu, Y/Günəşli qəs,AB Y/S, ev 153, mən. 61-də xüsusi mülkiyyətində olan digər mənzilinə qeydiyyata aldırmışdır. Həmin mənzildə oğlu Artur Abbasov və onların birgə nigahdan doğulan uşaqlari 17 avqust 2008-ci il təvəllüdlü X7 və 31 mart 2011-ci il təvəllüdlü X4 da qeydiyyata salınmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəs,AB Y/S, ev 153, mən. 61 ün vandakı mənzili 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş şəxslər tərəfindən zəbt edildiyindən oğlu Artur və ailəsini hal-hazırda mübahisələndirdiyi yaşayış sahəsinə köçürmüşdür. Cavabdeh bu günə kimi həmin evdə ailəsi və qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı ailəsi ilə birgə yaşayır. Birgə nigahdan doğulan 17 avqust 2008-ci il təvəllüdlü X7 və 31 mart 2011-ci il təvəllüdlü X4 həmin ünvanda doğulmuşlar. Qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı oğlu X8 rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(010)-5190/ 2024 saylı qətnaməsinə əsasən boşandıqdan sonra başqa qadınla rəsmi nigaha daxil otaraq hal-hazırda Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev 1 D, mənziı 70 ünvanında yaşayır. Qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı ilkin iddia üzrə cavabdeh-Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh keçmiş həyat yoldaşı Artur Abbasova qarşı aliment tələbi barədə 2025-ci ilin iyul ayında Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsidir. Tərəflər arasında nigah Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-5190/ 2024 saylı qətnaməsinə əsasən pozulmasına baxmayaraq yalnız Cavabdeh aliment tələbindən sonra qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı bu iddia tələbini irəli sürmüş və iddia ərizəsində göstərmişdir ki, guya cavabdeh- Cavabdeh idiaçı və onun ailə üzvləri ilə daim mübahisə yaradır,əsassız səs-küy salır, evdə psixoloji gərginlik yaradır, ailə üzvlərini təhdid edir və mənzili yandırmaqla hədələyir. Əksinə İddiaçı oğlu Artur Abbasov başqa qadınla ailə qurması ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev 1D, mən.70 ünvanında yaşamasına baxmayaraq atası Yusiflə birlikdə Cavabdeh iddia tələbini geri götürməsi üçün təzyiq və zorakılıq edirlər. Belə ki, Artur Abbasovun yaşadığı ünvana gədərək ona qarşı zorakı hərəkətləri barədə Cavabdeh DİN-nin 102 qaynar xidmətinə şikayəti əsasında Sabunçu rayon Pİ-nin 13-cü polis bölməsinə dəvət edilərkən orada tabeçilik göstərməməsi əməlinə görə barəsində inzibati protokol tərtiib edilmiş,Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 3980/2025 saylı qərarına əsasən Artur Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra Artur Abbasov təzyiqlərini daha da artıraraq Cavabdeh yaşadığı ünvanda döyərək ona xəsarət yetirmiş və bununla bağlı aparılmış təhqiqat materiallari Sabunçu rayon Pİ-nin İstintaq şöbəsinə göndərilmiş və hal-hazırda araşdırma mərhələsindədir. Daha sonra Suraxanı rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(010)-5190/ 2024 saylı qətnaməsinə əsasən nigahın pozulması ilə bağlı hər iki uşaq anaları Cavabdeh himayəsinə verilməsinə baxmayaraq Artur Abbasov 17 avqust 2008-ci il təvəllüdlü Rəsul Abbasovu və 31 mart 2011-ci il təvəllüdlü X2 məktəbdən yayıdıraraq öz yaşadığı ünvana aparmaqla Cavabdehm psixoloji gərginlikdə saxlayırlar. Bundan başqa qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı son günlər Cavabdeh və uşaqların mənzildən zorla çıxmaları üçün mənzilin kommunal şəraitini (suyu,qazı və işığı kəsməklə) məhdudlaşdırir və bununla bağlı müvəqqəti təminat tədbiri ilə bağlı tərəfimizdən məhkəməyə ərizə verilmişdir. İddia tələbində daha sonra qeyd edilir ki, mənzilin mülkiyyətçisi İddiaçı cavabdeh-Cavabdeh arasında heç bir notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmadağından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun fərdi yaşayış evinə istifadə hüququ yaranmamışdır. Göründüyü kimi, mülkiyyətçi-İddiaçı oğlu X10 Abbasovanın 2005-ci ildə nigaha daxil olmasından sonra hər ikisini ailə üzvü kimi mübahisəli yaşayış sahəsinə köçürmüş, onların birgə nigahdan doğulan 2 uşağı da ailə üzvü kimi bu günə kimi həmin ünvanda yaşayır. Mülkiyyətçi-İddiaçı Cavabdeh 27 noyabr 2008-ci ildə Bakı şəhəri,Suraxanı rayonu,Y/Günəşli qəs,AB Y/S, ev 153, mən.61- də xüsusi mülkiyyətində olan digər mənzilinə qeydiyyata aldırmaqla onun ailə üzvü kimi mənzildə yaşamasını rəsmiləşdirmidir. Bakı şəhəri,Suraxanı rayonu,Y/Günəşli qəs, AB Y/S, ev 153, mən.61-də məcburi köçkünlər yaşadığından həmin mənzilə qeydiyyatında olan oğlu Artur Abbasovu və Cavabdeh hal-hazırda yaşadığı və mülkiyyətçisi olduğu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsi,ev 34,mən.5 ünvanına ilə üzvü kimi köçürərək bu günə kimi birgə yaşayırlar. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ilk iddianı müdafiə edərək iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, iddiaçı iddia ərizəsi məhkəməyə verilən ərəfədə ilk iddia üzrə iddiaçı evdən çıxmışdır. İddiaçının evdən çıxma səbəsi isə Cavabdeh onun mənzildə çıxarıldığı təqdirdə mənzili yandıracağını, məhv edəcəyini bildirir, bu səbəbdən iddiaçı həmin ünvanda yaşamağa qorxur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək iddianın təmin olunmasını, ilk iddianın isə rədd edilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, ilkin iddia üzrə iddiaçının mülkiyyətində sözügedən mənzildən əlavə Suraxan rayonu ərazisində yerləşən mənzilidə mövcuddur, məhz o və övladları iddiaçının razılığı ilə Suraxanı rayonunda yerləşən məzildə rəsmi qeydiyyata alınmışdır. Lakin həmin mənzildə məcburi köçkünlər məskunlaşdığından onlar elə əvvəl gündən qaynatasına məxsus evdə yaşamağa başlamışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının yaşamağ üçün başqa yeri yoxdur. O qarşılıqlı iddia üzrə cavabdehlə əvvəldən bir evdə yaşamış, bir-bilərinə hər hansı bir maneə yaratmamışdırlar, bu vaxta qədər. Bundan başqa bildirmişdir ki, o ilk iddia üzrə iddiaçıya evi yandıracağı ilə bağlı hədə gəlsədə, bu onun həqiqi niyyətini əks etdirmir. Belə ki, iddiaçının oğlu onun adına kredit götürdüyünü amma ödənişi vaxtı-vatında etmədiyini, bu səbəbdən əsəbləşərək iddiaçıdan oğluna zəng etməsini, kreditin ödənişinin həyata keçirməsini tələb etməyi bildirmiş və buna görədə evi yandıracağı ilə onu hədələmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılığlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 089432 nömrəli xx.xx.2001-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 8 ünvanının mülkiyyətçisi İddiaçıdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlrdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 9 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5190/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 363 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, iş üzrə ödənilməmiş – 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hüquqi yardım göstərilməsinə dair xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı hüquq xidməti göstərilməsi üçün vəkil Nümayəndə 1000 manat məbləğində xidmət haqqı ödənmişdir. xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı vəkil Nümayəndə onun adından məhkəmədə çıxış səlahiyyəti verən etibarnamə verilməsi üçün notariat ofisini 17.25 manat rüsum ödəmişdir. “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin xx.xx.2026-cı il tarixli AS 02-025/26 nömrəli hesabatından görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə dəyəri 350 manatdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-62133/2025 (**********33) nömrəli məktubundan görünür ki, ünvan 12 ünvanında Cavabdeh istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Cavabdeh 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qararında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə mülki işin hallarından məlum olur ki, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu ilə cavabdeh Aygün Abbbasova xx.xx.2005-ci il tarixdə ailə qurmuş və tərəflərin birgə nikahından hazırda yetkinlik yaşına çatmayan iki övladları vardır. Tərəflər arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixli qətnamə ilə pozulmuş və tərəflərin birgə nikahından doğulmuş hər iki uşağ ananın himayəsində saxlanılmışdır. Mülki iş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, ilkin iddia üzrə iddiaçının oğlu ilə ilkin iddia üzrə cavabdeh ailə qurduğu gündən bu günədək ilkin iddiaçının mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdırlar. Hazırda ilkin iddia üzrə iddiaçı oğlu ilə keçmiş gəlini arasında bağlanmış nikah pozulduğundan ilkin iddia üzrə cavabdehin onun mülkiyyətində olan mənzildən çıxarılmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh isə qarşılıqlı iddia üzrə məhkəməyə müraciət edərək gəlin köçmüş olduğu gündən iddiaçının mülkiyyətində yaşdığını bildirərək həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə bildirirki, ilk iddia üzrə cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində xx.xx.2005-ci il tarixdən yaşamağa başladığından həmin dövürdə qüvvədə olan maddi hüqquq normasına görə yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsaəsn iddia tələblərinə hüquqi qiymət verilməlidir. Belə ki, sözügedən maddi hüquq normasının məzmunundan da müəyyən edilir ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığdan sonra yarana bilməsi müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan da müəyyən edilir ki, ilkin iddia üzrə cavabdehin sözügedən mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reystrində qeydiyyat keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə ilkin iddia tələbinin “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, ilkin iddia üzrə Cavabdeh hazırda ilkin iddia üzrə iddiaçının mülkiyyətində ilkin iddia üzrə mülkiyyətçi məhkəməyə müraciət etdiyi tarixdən onun razılığı olmadan ilə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, ilkin iddia üzrə mülkiyyətçi cavabdehin onun evində yaşamasına narazıdır, cavabdehin həmin evdə yaşamağa davam etməsi mülkiyyətçinin konistitusyon hüququ olan mülkiyyətə müdaxilə kimi qiymətləndirilməli və ilkin iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə ilkin iddia tələbinin “xx.xx.2025-ci ildən iş üzrə yekun məhkəmə aktı icra edilən günədək, yəni cavabdehin faktiki olaraq ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı günədək hər ay 450 manat kirayə haqqı hesablanaraq cavabdehdən iddiaçını xeyrinə tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehin onun evindən çıxarıldığı günədək aylıq 450 manat kirayə haqqının ödənilməsini xahiş etsədə, məhkəmə iclasında müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçının yeganə yaşayış yeridir. Belə ki, məhkəmə iclasında ilkin iddia üzrə iddiaçnın mülkiyyətində Suraxanı rayonu ərazisində əlavə bir mənzili daha olduğu tərəflər bildirsədə, həmin mənzilin məcburi köçkünlər tərəfindən zəbt edildiyini, bu səbəbdən iddiaçının hazırki mübahisə predmenti olan mənzildən başqa yerdə yaşayış yeri olmadığı müəyyən edilir. Belə olan halda ilkin iddia üzrə cavabdeh sözügedən mənzildən çıxsa belə, iddiaçının həmin mənzili kirayə verərək qazanc əldə etmək ehtimalının olması müəyyən edilmir. Həmçinin məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdehin evi yandıracağı təhdidindən qorduğu üçün özünün, könüllü evi tərk etməsi müəyyən edilir, belə ki ilkin iddia üzrə cavabdehin iddiaçı evə buraxmaması halı müəyyən edilmir. Bundan başqa ilkin iddia üzrə iddiaçı evi tərk edəndən sonra həmin evin şəraitində olan yeni bir evdə yaşamağa başlamasını və bunu üçün nə qədər xərc çəkməsini, yəni qaldığı evdə kirayə haqqı ödəyib-ödəməməsi, kirayə haqqı ödədiyi halda bunun məbləğini təsdiq edən möhtəbər sübut məhkəməyə təqdim etməmiş, yalnızca öz mülkiyyətində olan fərdi yaşayış evinin aylıq kira dəyərini təsdiq edən mütəxəssis rəyini məhkəməyə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə, ilk iddia tələbinin 1000 manat vəkil xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən ağlabatan məbləğ qismində 500 manat hissədə təmin edilməlidir. Bundan sonar məhkəmə iddia tələbinin “etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının” cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia üzrə iddiaçının özü məhkəmdə iştirak etdiyindən və məhz məhkəmə iclasında vəkilin iddiaçının adından çıxış etməzi zərurəti olmadığından iddia tələbi hu hissədə qismən təmin edilməlidir. Bundan sonra məhkəmə iddia ərizələri üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumlarının bölüşdürülməsinə hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən 100 manat dövlət rüsmunun 50 manat hissəsi ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi isə rədd edildiyindən ödənilmiş dövlət rüsumuda qarşılqılı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 14 ünvanından məcburi qaydada çıxarılsın. 500 (beş yüz) manat vəkil xərci və 50 (əlli) manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar