Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-75/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Məmməd qızının və Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzildə o, bir oğlu, yoldaşı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. Həmin daşınmaz əmlaka dair çıxarış xx.xx.2011-ci il tarixdə atası X7 adına alınmışdır. Daha sonra 2017-ci il tarixdə atası X9 vəfat etdikdən sonra digər ailə üzvlərinin razılığı ilə o, vərəsə kimi ünvan 1 ünvanında yerləşən mənzilə ******* nömrəli çıxarış əsasında mülkiyyət hüququ əldə etmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdehlərdən biri Cavabdeh1 həmin evdə rəsmi qeydiyyatda olsa da, faktiki olaraq 2012-ci ildən rəsmi nikaha daxil olaraq ailə qurduğundan başqa yerdə yaşamaqdadır və həmin mənzilə dair heç bir hüququ yoxdur. Anası Cavabdeh2 isə artıq bir neçə aydır ki, həmin mənzildən başqa yerə köçmüşdür. Artıq cavabdehlər faktiki olaraq başqa yaşayış sahəsinə köçərək yaşadıqları üçün onların sözügedən mənzildə yaşamaları üçün heç bir zərurət qalmamışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh2 12.000 (on iki min) manat kompensasiya ödənilməklə, Cavabdeh1 isə kompensasiya ödənilmədən ünvan 2 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxmışdır. Belə ki, qeyd olunan maddəyə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etmədi və izahatında bildirdi ki, məhkəməyə təqdim edilmiş notariat işində olan MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdə X3nun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X7 iddiaçı və cavabdehlərdən ibarət olmaqla 3 vərəsəsi olmuşdur. X3 ilə vərəsələrdən biri olan Cavabdeh2 5 mart 1982-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. X1 ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Vərəsələr Cavabdeh2 və Cavabdeh1 miras paylarından digər vərəsə İddiaçı xeyrinə imtina etmişlər. xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildən ibarət olan miras əmlaka tam hissədə pay almalıdır əsası ilə vərəsə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işdə olan RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, istinad olunan sənədlərdən aydın olur ki, ünvan 2 ünvanında yerləşən mənzil X3 ilə Cavabdeh2 birgə nikahları dövründə qazanılmış, buna görə də onların barəbar paylarda birgə mülkiyyətlərində olan əmlak olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Göründüyü kimi X1 miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən mənzil deyil, həmin mənzilin yalnız X3na aid olan hissəsi, yəni 1/2 hissəsi olmuşdur. Lakin mənzilin 1/2 hissəsi Cavabdeh2 birgə mülkiyyətdən çatan əmlak hissəsi olmasına baxmayaraq, notarius bu hala diqqət yetirməmiş, nəticədə digər vərəsələr – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan yalnız onlara çatası paylarından imtina etmələrini nəzərə almadan qanunsuz olaraq mübahsəli mənzilə dair iddiaçının adına tam hissədə pay almalıdır deyə şəhadətnamə vermişdir. Nəticədə Cavabdeh2 mənzilin 1/2 hissəsinə olan və qununla qorunan xüsusi mülkiyyət hüququ pozulmuş, iddiaçının mənzilin tamamı üzərində mülkiyyət hüququ qanunsuz olaraq dövlət qeydiyyatına alınmışdır. Halbuki, iddiaçının və cavabdehlərin hər birinin mənzildəki vərəsəlik payları 1/6 (altıda bir) olmuşdur. Belə ki, mənzilin 3/6 (altıda üçü) Cavabdeh2 mülkiyyətində olduğundan, X3nun ölümü ilə ondan miras qalmış əmlak mübahisəli mənzilin yalnız 1/2 hissəsi olduğundan, vərəsələr arasında da məhz həmin 1/2 hissə bölüşdürülməli olmuş, başqa sözlə digər vərəsələr, yəni cavabdehlər iddiaçının xeyrinə məhz həmin miras qalmış 1/2 hissədəki paylarından, yəni mənzilin bütövlükdə götürəndə hər biri öz 1/6 hissəsindən imtina etmişdir. Məsələnin başqa tərəfidir ki, cavabdehlər bildirirlər ki, onlar həmin ərizələrə də ərizələrin məzmunlarını oxumadan, iddiaçının göstərişi ilə, iddiaçıya etibar edib imza etmişlər. Həmçinin, cavabdehlər bildirirlər ki, onların başqa yaşayış sahələri yoxdur. Onlar bu gün də mübahisəli mənzildə yaşayırlar. Mülki işdən də görünür ki, cavabdehlərin başqa yaşayış sahələrinin olduğunu təsdiq edən hər hansı sübut mülki işdə yoxdur. Hazırkı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 8, 2 nömrəli mənzil xx.xx.2024-cü il tarixdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Nağıyeva X4 qızıdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 2V-70 reyestr nömrəli vərəsəlik işindəki: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X7 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X8 verilmiş **********26-05101-193015 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50.95 kv.m olan iki otaqlı mənzildən ibarətdir. AZ-İ seriyalı 910057 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2097 nömrə ilə qeyd edilmişdir. MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. İİ-ЖГ seriyalı 462455 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Nağıyeva soyadı verilmişdir. X-ЖГ seriyalı 479070 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1985-ci il tarixdə doğulmuşdur, atası X9, anası Cavabdeh2dır. İX-ЖГ seriyalı 389247 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur, atası X9, anası Cavabdeh2dır. - RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət kimi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5376/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsi üzərində iddiaçı Cavabdeh2 mülkiyyət hüququnun bərpa olunaraq (tanınaraq) bununla bağlı Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-994/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5376/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5376/2023 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5376/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024cü il tarixdə qanuni qüvvəyə minmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 8, 2 nömrəli mənzil xx.xx.2024-cü il tarixdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 iddiaçının bacısı, Cavabdeh2 isə anasıdır. İddiaçının atası (cavabdehlərin isə müvafiq olaraq atası və əri) X9 xx.xx.2017-ci ildə ölmüşdür. X9 ilə Cavabdeh2 xx.xx.1982-ci il tarixdə rəsmi nikah bağlamışlar və birgə nikah dövründə, yəni xx.xx.2011-ci il tarixdə ünvan 2 X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 xx.xx.2017-ci ildə ölmüşdür. Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə X7 vərəsəsi olan İddiaçı ünvan 2-yə dair tam pay üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5376/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsi üzərində iddiaçı Cavabdeh2 mülkiyyət hüququnun bərpa olunaraq (tanınaraq) bununla bağlı Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 8, 2 nömrəli mənzil xx.xx.2024-cü il tarixdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Hazırda İddiaçı Cavabdeh2 12.000 (on iki min) manat kompensasiya ödənilməklə, Cavabdeh1 isə kompensasiya ödənilmədən ünvan 2 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, aşağıda qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ünvan 2 İddiaçı və Cavabdeh2 paylı (hər birinin payı 1/2 hissədə) mülkiyyətində olmaqla, onların həmin mənzilə sahiblik, mənzildən istifadə və mənzil üzərində sərəncam verilməsi üzrə bərabər hüquqları vardır. Belə olan halda, iddiaçının mübahisəli mənzil üzərində özü ilə bərabər mülkiyyət hüququ olan Cavabdeh2 kompensasiya ödənilməklə, mənzildən istifadə hüququna xitam verilməsini tələb etməsi əsassızdır. Ona görə də, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə, Cavabdeh1 münasibətdə də iddia tələbini əsassız hesab edir. Yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil hər birinin payı 1/2 hissədə olmaqla İddiaçı və Cavabdeh2 paylı mülkiyyətindədir. Belə olan halda, Cavabdeh1 paylı mülkiyyətdə olan mənzildən istifadə hüququna xitam verilməsi üçün hər iki paylı mülkiyyətçinin razılığı tələb olunur. Lakin hazırkı işdən görünür ki, İddiaçı Cavabdeh1 ünvan 2-dən istifadə hüququna xitam verilməsi ilə bağlı yalnız özü, yəni digər paylı mülkiyyətçi-Cavabdeh2 razılığı olmadan məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə yaşayırlar, həmçinin, Cavabdeh2 Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsinə razı deyildir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ünvan 2-dən istifadə hüququna xitam verilməsi paylı mülkiyyətçilərin - İddiaçı və Cavabdeh2 birgə razılığı-tələbi ilə həyata keçirilməli olduğundan, hazırda isə Cavabdeh2 Cavabdeh1 qarşı belə bir tələbi olmadığından, iddia tələbi sonuncuya münasibətdə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-75/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-75/2025
09.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver