Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7576/2023 10.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ünvan 1 ünvanında yaşadıqları müəyyən edilmişdir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, ərizəçilər Ərizəçi2 ünvan 1, Ərizəçi1 isə ünvan 2 ünvanda qeydiyyatda olduqları müəyyən edilmişdir. Azəraycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 151.1. ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, həmçinin qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən dövlət rüsumunun (qəbz №: **********) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində e-2(008)-6183/2023 nömrəli mülki iş üzrə istifadə olunduğu və e- 2(008)-6183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadla X1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun özünə qaytarıldığı müəyyən edilmişdir. Azəraycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə; 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4-cü iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, hesab edir ki, iş üzrə ərizəçilərin yaşadığı yer Tərtər rayonu olduğundan, həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən ərizə geri qaytarılmalı və ərizəçilərə nöqsanlar aradan qaldırıldıqdan sonra hazırkı tələblə bağlı ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra hazırkı tələblə bağlı ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə müraciət edə bilərlər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-7576/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7576/2023
10.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver