Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7579/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra edildiyi vaxtadək məcburi iş buraxma dövrü üçün orta aylıq əmək haqqının ona ödənilməsi, mediasiya xərci üçün ödədiyi 60 manat, vəkillə bağladığı müqavilə üçün ödədiyi 201 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə "xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra edildiyi vaxtadək məcburi iş buraxma dövrü üçün orta aylıq əmək haqqının ona ödənilməsi, mediasiya xərci üçün ödədiyi 60 manat, vəkillə bağladığı müqavilə üçün ödədiyi 201 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsinə əsasən, "xxxx" MMC-də supervayzer vəzifəsində işləmiş, MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrlə heç bir səbəb göstərilmədən, izahatı alınmadan, xəstəliyi ilə əlaqədar işdə olmadığı vaxt əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verərək onu işdən azad etmişdir. O, xx.xx.2023cü ildən xx.xx.2023-cü ilədək xəstə olduğu üçün həmin günlərdə əmək vəzifələrini yerinə yetirə bilməmiş, cavabdehi bu barədə məlumatlandırmış və tibbi vərəqənin əslini cavabdehə təqdim etmişdir. Bu zaman ona bildirilmişdir ki, əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi müddətdə cavabdeh ona "KapitalBank"ın ödəniş kartı vasitəsilə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək maaş və bonuslar nəzərə alınmaqla cəmi 40350,51 manat əmək haqqı ödəmişdir. "xxxx" MMC-də işlədiyi müddətdə onun orta aylıq qazancı 2690 manat təşkil etmişdir. O, xx.xx.2023-cü ildə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü ildə ilkin mediasiya sessiyası üçün 2 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmiş, 60 manat mediasiya xərci ödəmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Onun mediasiya xərci kimi ödədiyi 60 manat və vəkilə müqavilə əsasında ödədiyi 201 manat pul cavabdehdən alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, onun işdən çıxarılması "xxxx" MMC tərəfindən əvvəlcədən planlaşdırılmışdır. Bunun səbəbi isə işlədiyi vəzifəyə başqa şəxsin təyin edilməsi zərurəti olmuşdur. Belə ki, cavabdeh 2023-cü ilin avqust ayında ona xx.xx.2023-cü ildən işdən çıxması barədə ərizə yazmağı təklif etmişdir. O, bununla razılaşmayaraq təyin olunduğu iş yerinə, yəni Tovuz rayonuna qayıtmışdır. Cavabdehin hərəkətindən X3 Xidmətinə şikayət etmiş, daha sonra ona, Bakı şəhərində yerləşən "xxxx" MMC-nin baş ofisinə gəlməyi bildirilmişdir. Maddi imkanı olmadığından həmin gün deyil, ertəsi gün cavabdeh tərəfindən göndərilmiş teleqramı aldıqdan sonra baş ofisə gəlmişdir. Bundan sonra xx.xx.2023-cü ildə xəstələndiyi üçün işə gedə bilməmiş, bu barədə məlumatı "xxxx" MMC-nin İnsan resursları şöbəsinin müdiri Nümayəndə2 vermişdir. Kuryer cavabdehdən məktub gətirdikdə poliklinikada olduğundan məktubu almamış, sağaldıqdan sonra "Əmək qabiliyyətinin olmaması vərəqəsi"ni "xxxx" MMC-yə təqdim etdikdə ona xx.xx.2023-cü ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Ondan hər hansı yazılı izahat tələb olunmamış və alınmamışdır. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 təkrarən məhkəmə iclasına gəlmədiyinə görə işə onun iştirakı olmadan baxılmışdır. Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü ildən başlayaraq işə gəlməmiş, bununla əlaqədar həmin tarixdən dəfələrlə onun yaşadığı və qeydiyyatda olduğu ünvanlara məktub və teleqram göndərilmiş, məktubu aparan əməkdaşın qeyd edilən ünvana getməsinə baxmayaraq, orada iddiaçının olmadığını bildirmişdir. Cavabdeh direktoru tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr çıxarıldıqdan sonra iddiaçı xəstə olması barədə rəsmi sənəd təqdim etmişdir. İddiaçıdan yazılı izahat tələb olunmamış və alınmamışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı həmin MMC-də supervayzer vəzifəsinə qəbul olunmuşdur. İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyəti olmamışdır. Cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 8 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü ildə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmiş, həmin Məcəllənin 79-cu maddəsinin tələbləri pozulmuşdur. Bundan sonra cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmrinə əsasən, supervayzer İddiaçı işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr etibarsız hesab olunmuşdur. Daha sonra cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 522/k nömrəli əmrinə əsasən, supervayzer İddiaçı işdən azad olunması əmrinin ləğv olunması barəsində xx.xx.2023cü il tarixli 517/k nömrəli əmr qüvvədən düşmüş hesab olunmuşdur. İddiaçı mübahisəni həll etmək üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında müddətsiz bağlanmış, iddiaçı həmin MMC-də supervayzer vəzifəsinə qəbul olunmuşdur. İşdə olan ******* nömrəli "Əmək qabiliyyətinin olmaması vərəqəsi"nin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyəti olmamışdır. İşdə olan, cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 448/kx-01 nömrəli əmrindən görünür ki, həmin MMC-də supervayzer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70. "ç" işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 8 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü ildə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmiş, həmin Məcəllənin 79-cu maddəsinin tələbləri pozulmuşdur. İşdə olan, "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmrindən görünür ki, supervayzer İddiaçı işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr etibarsız hesab olunmuşdur. İşdə olan, "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 522/k nömrəli əmrindən görünür ki, supervayzer İddiaçı işdən azad olunması əmrinin ləğv olunması barəsində xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmr qüvvədən düşmüş hesab olunmuşdur. İşdə olan, İddiaçı ******* nömrəli "Əmək kitabçası"nın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr ilə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən (72-ci maddədə sadalanan hallar: özünün heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tutduğu vəzifəyə xitam verilmişdir. Əmək kitabçasında olan həmin qeyd İ.R.Şöbəsinin müdiri Nümayəndə2 tərəfindən imzalanmışdır. İşdə olan, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 35068 nömrəli qəbzdən və Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/2- 03724/2023 nömrəli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış"dan görünür ki, İddiaçı tərəfindən mediasiya təşkilatına 60 manat məbləğində pul ödənilmişdir. İşdə olan, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 31359 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun hesabına (vəkil Nümayəndə1) 201 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 189 (2-ci hissə). İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300 ("Qeyd" hissəsi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslardan biridir (Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi). Lakin işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün yetərli deyil. Bunun üçün tələb olunan şərt ondan ibarətdir ki, işçinin sadalanan hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bundan başqa, əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsi qadağandır. Məcəllədə olan digər qadağa isə əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin yolverilməzliyindən ibarətdir. Həmçinin, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə, o cümlədən "ç" bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini əmrdə (sərəncamda, qərarda) əsaslandırmaq öhdəliyi daşıyır. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər də Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, əmrdə (sərəncamda, qərarda) digər məlumatlarla yanaşı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Əmək Məcəlləsinin 84-cü maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin və ya bir neçəsinin göstərilməməsi əmrin (sərəncamın, qərarın) məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas sayılır. Bundan başqa, Əmək Məcəlləsinin tələbinə görə, işçiyə intizam tənbehi verilməzdən, o cümlədən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin bir neçə tələbi pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad olunsa da, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntunun konkret nədə ifadə olunması göstərilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatda törədilmiş pozuntunun iddiaçının bütün iş günü işə gəlməməsindən ibarət olduğunu bildirmiş, eyni zamanda, iddiaçının əmək kitabçasında aparılmış qeyddə onun heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilmişdir. Lakin məhkəmə bunu keçərli hesab etmir və bildirir ki, Əmək Məcəlləsi əmək müqaviləsinin ləğvinə əsas verən pozuntunun məhkəmə baxışı zamanı izah olunmasını, yaxud əmək kitabçasına yazılmasını deyil, bilavasitə əmrdə göstərilməli olduğunu tələb edir. Eyni zamanda, cavabdehin əmrində iddiaçının hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması qeyd olunmamış və əmək müqaviləsinin ləğv olunmasının zəruriliyi əsaslandırılmamışdır. Həmçinin, əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bundan başqa, əmək müqaviləsi iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ləğv edilmişdir. Həm də məhkəmə baxışı zamanı tədqiq edilmiş İddiaçı ilə "xxxx" MMC-nin İnsan resursları şöbəsinin müdiri Nümayəndə2 arasında "WhatsApp" tətbiqi vasitəsilə aparılmış yazışmalarla müəyyən edildi ki, cavabdeh əmək müqaviləsinin ləğv edildiyi gün iddiaçının xəstəliyi ilə bağlı işə gəlməməsi barədə məlumatlı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2023-cü ildə saat 08.03-də və təkrarən 10.13-də Nümayəndə2 səhhəti ilə əlaqədar həmin gün işə çıxa bilməyəcəyini, xx.xx.2023-cü ildə saat 11.15-də xəstə olduğunu, sağalanda işə çıxacağını yazmış, Nümayəndə2 xx.xx.2023-cü ildə saat 11.30-da ona yazaraq, hansı xəstəxanada müalicə aldığını soruşmuş, həmçinin bildirmişdir ki, şirkət nümayəndələri onu ziyarət etsinlər və gələcəkdə xəstəlik vərəqi üzərindən ödəniş edilməsi üçün nümayəndə protokol tərtib etməlidir. İddiaçı həmin gün saat 11.32-də "Mən xəstəxanada müalicə almıram. Evdə müalicə alıram. Xəstəxanaya yoxlanmağa getmişdim" cavabını yazmış, bundan sonra Nümayəndə2 nümayəndənin gəlib onu evdə yoxlayacağını bildirərək, həmin müddətdə həkim rəyi, həkimin diaqnozu və həkim tərəfindən təyin edilmiş müalicə sənədlərini nümayəndəyə təqdim etməyi tələb etmişdir. Lakin daha sonra MMC-nin nümayəndəsinin iddiaçının yaşadığı evə gəlməsi məhkəmə baxışı zamanı müəyyən edilmədi. Göründüyü kimi, cavabdeh iddiaçının əmək qabiliyyətini itirməsi barədə ona verdiyi məlumata əhəmiyyət verməmişdir. İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyətinin olmaması işdə olan ******* nömrəli "Əmək qabiliyyətinin olmaması vərəqəsi" ilə təsdiq olunur. Cavabdeh tərəf həmin sənəddəki məlumatların həqiqi olmamasını ehtimal etdiyini bildirsə də, məhkəməyə bu ehtimalı təsdiq edən sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, cavabdeh əmək müqaviləsini ləğv etməzdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsini tələb etməmiş və izahat almamışdır. Cavabdehin nümayəndəsi Vəkil2 vəsatətinə əsasən, Şahid1 şahid qismində dindirildi. Həmin şahidin ifadəsi ilə müəyyən olundu ki, o, "Courier Baku" şirkətində kuryer vəzifəsində işləmiş, "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubu ünvan sahibinə çatdırmaq üçün ona zəng etmiş, məktubu hansı ünvanda ona təqdim edə biləcəyini soruşmuş, İddiaçı evdə olmadığını, məktubu ala bilməyəcəyini bildirmiş, bundan sonra o, ünvana getmiş, lakin qapını açan olmadığı üçün məktubu verə bilməmiş, eyni zamanda, "xxxx" MMC-nin sifarişi ilə ünvana gedərkən videoyazı aparmışdır. İddiaçı həmin şahidin ifadəsi ilə razılaşaraq, həqiqətən kuryerin ona zəng etdiyini, lakin həmin vaxt o səhhəti ilə əlaqədar kuryerlə görüşə bilmədiyini bildirdi. İşdən göründüyü kimi, cavabdeh tərəfindən kuryer xidməti vasitəsilə iddiaçıya göndərilmiş məktub xx.xx.2023-cü il tarixli 142 nömrəli "Xəbərdarlıq məktubu"dur. Həmin məktubda cavabdeh iddiaçının xx.xx.2023-cü ildən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlmədiyini qeyd edərək, bir gün ərzində işə gəlməmə səbəbini İnsan resursları şöbəsinə rəsmi surətdə bildirməsini xahiş etmiş və əks təqdirdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən işdən azad ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, həmin məktub İddiaçı çatdırılmasa da, iddiaçı həm xx.xx.2023-cü ildə, həm də xx.xx.2023-cü ildə "xxxx" MMC-nin İnsan resursları şöbəsinin müdiri Nümayəndə2 xəstə olduğunu, səhhəti ilə əlaqədar işə çıxa bilmədiyini, yoxlanmaq üçün xəstəxanaya getdiyini, evdə müalicə aldığını, sağalandan sonra işə çıxacağını bildirmişdir. Ona görə də sözügedən "Xəbərdarlıq məktubu"nun iddiaçıya göndərilməsi və iddiaçıya çatdırılmasının mümkün olmaması hazırkı mübahisənin həllində cavabdehə heç bir üstünlük yaratmır. Beləliklə, müəyyən olundu ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin qanuni sayılmasını istisna edir. Ona görə də həmin əmr ləğv edilməli, İddiaçı "xxxx" MMC-də supervayzer vəzifəsinə bərpa olunmalı və onun işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı ona ödənilməlidir. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində deyilir ki, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddiaçının mediasiya xərci üçün ödədiyi 60 manat məbləğin cavabdehdən alınması barədə tələbini həmin maddəyə, vəkillə bağladığı müqavilə üçün ödədiyi 201 manat məbləğində pulun cavabdehdən alınması barədə tələbini isə Əmək Məcəlləsinin 300-cü maddəsinə uyğun hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddia ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir, lakin iddiaçı bu rüsumu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə supervayzer vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2023-cü ildən hazırkı qətnamə icra edildiyi günədək) orta əmək haqqı Cavabdehndən alınaraq ona ödənilsin. Mediasiya xərci üçün ödənilmiş 60 manat və vəkillə bağlanan müqavilə üçün ödənilmiş 201 manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Cavabdehndən 100 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-7579/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7579/2023
25.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver