Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7679/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və X1 qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və X1 qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Sabunçu rayonu Ləhic bağ massivi, sahəsi 0.12 ha olan 3822-A saylı bağ sahəsi daxilində inşa etdikləri özbaşına tikililərin sökülməsi və torpaq sahəsi boşaldılaraq, iddiaçıların istifadələrinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Müəyyən olunur ki, iddia ərizəsi İddiaçı2 nümayəndəsi qismində Vəkil tərəfindən imzalansa da, ona bu səlahiyyəti verən etibarnamə iddia ərizəsinə əlavə olunmamışdır. İddia ərizəsinə İddiaçı2 İddiaçı1 10 il müddətinə verdiyi xx.xx.2018-ci il tarixli etibarnamə əlavə edilmişdir ki, həmin etibarnamədə iddia ərizəsini imzalamaq, məhkəmələrdə təmsilçilik səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.2-ci maddələrinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və X1 qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-7679/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7679/2025
20.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver