Məhkəmə qərarları › İş №e-2(008)-7776/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7776/2025

10.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7776/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü ərzində əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (dəqiqləşdirilmiş) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 516K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh MMC-də Kommersiya Departamentinin direktoru vəzifəsinə işə bərpa edilməsi; cavabdeh tərəfindən aylıq əmək haqqının 7000 (yeddi min) AZN olması nəzərə alınmaqla xx.xx.2025-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının İddiaçı birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu ildən Cavabdeh MMCdə əvvəl Planlama üzrə şöbə müdiri, xx.xx.2019-cu ildən Kommersiya Departamentinin direktoru vəzifələrində çalışıb. Çalışdığı müddət ərzində Cavabdeh MMC iddiaçının əsas iş yeri olmuşdur. İddiaçı cəmiyyətdə işlədiyi müddətdə daim nümunəvi formada çalışmış, barəsində heç bir tənbeh tətbiq edilməmiş və əmək funksiyalarını tam formada yerinə yetirmişdir. Belə ki, bu faktlar xx.xx.2024-cü ildə işəgötürən tərəfindən verilmiş xasiyyətnamədə öz təsdiqini tapır. Cavabdeh cəmiyyətin xx.xx.2025-ci il tarixli 516K nömrəli əmri ilə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən mediasiyaya müraciət edilərək mediasiya arayışı əldə edilmiş və iş üzrə sübut qismində işə əlavə edilmişdir. Qeyd edir ki, İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə işəgötürənə müraciət etmişdir. Ancaq bir ayın tamamında işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi əvəzinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Hazırki günə qədər iddiaçı hələ də müqaviləsinə hansı əsasla xitam verilməsi barədə məlumatsızdır. Belə ki, Cavabdeh MMC İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verən zaman iddiaçı xitam əmri ilə tanış olmamış, əmrin surəti ona verilməmiş, ondan izahat tələb olunmamış, əmək kitabçası iddiaçıya təhvil verilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X4 iddianın əsassız olması səbəbilə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan tərəflər arasında bağlanmış “Əmək müqaviləsi”ndən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmaqla işçi hər ay 7781 manat məbləğində əmək haqqı ödənilməklə Cəmiyyətin baş ofisində Kommersiya Departamentinin direktoru vəzifəsinə işə təyin edilmişdir. İşdə olan «GRAND-MART” MMC-nin İnsan Resursları direktor müavini X5 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 516K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin baş ofisi bölməsində “Kommersiya Departamentinin Direktoru” vəzifəsində işləyən İddiaçı aşağıdakı səbəb nəzərə alınaraq: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə səbəbi ilə onunla bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin «70. “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmiş və İşçinin xx.xx.2019 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 173,95 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00862 saylı X3 (İMS) iştirak edilməməsi barədə Arayışdan görünür ki, İMS-də iştirak etməyən və ya iştirak etməkdən yazılı şəkildə imtina edən tərəf Cavabdeh MMC olmuşdur. İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamənin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixindən hal-hazırki (yəni xasiyyətnamənin verildiyi) dövrə qədər Cavabdeh MMC-də Kommersiya Departamentinin direktoru vəzifəsində çalışır. İşlədiyi müddətdə özünü bacarıqlı və qabiliyyətli işçi kimi göstərmişdir. Ona tapşırılan sahənin öhdəsindən bacarıqla gəlir. Öz vəzifə borclarının yerinə yetirilməsinə ciddi yanaşır. Səbrli və xeyirxahdır. Özünü etibarlı işçi kimi göstərir. Cavabdeh MMC-də işlədiyi dövrdə şirkətin rəhbərliyi tərəfindən heç bir inzibati tənbeh almamışdır. İşdə olan Cavabdeh MMC-nin X1 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli 355K saylı “Vəzifə dəyişikliyi” haqqında əmrin surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən Cavabdeh MMC-də çalışdığı Planlama üzrə şöbə müdiri vəzifəsindən 02 dekabr 2019-cu il tarixindən Kommersiya Departamentinin direktoru vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X7 tərəfindən imzalanmış 05 avqust 2019-cu il tarixli 194K saylı əmrin surətindən görünür ki, İddiaçı Cəmiyyətə 05 avqust 2019-cu il tarixdən Planlama üzrə şöbə müdiri vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 500 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 1 il müddətinə əmək müqaviləsi bağlanmaqla və aylıq əmək haqqı 500 manat olmaqla Cavabdeh MMC-də Planlama üzrə şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan cavabdeh tərəfin təqdim etdiyi 2025-ci ilin noyabr ayı üzrə iş vaxtının uçot tabelindən çıxarışdan görünür ki, İddiaçı adının qarşısına noyabr ayının 1,2,3-ü tarixləri üçün istirahət və ya bayram günü (ib), qalan günlər üçün isə 0 rəqəmi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 70-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. 74-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu maddənin 1-ci hissəsinin “b” bəndinə əsasən xitam verilə bilər. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan İddiaçı barəsində Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 516K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli; İddiaçı Cavabdeh MMC-də öz əvvəlki işinə, yəni Kommersiya Departamentinin direktoru vəzifəsinə bərpa edilməli; cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqı İddiaçı birdəfəlik ödənilməlidir. Məhkəmə ilk öncə cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli 516K saylı əmrinin hüquqi cəhətdən əsaslı olması ilə bağlı bildirir ki, əmrdə işçi olan iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi “işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” qeyd edilsə də işçinin hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə hansı öhdəliyini yerinə yetirməməsi əmrdən və işin digər materiallarından məhkəməyə aydın və müəyyən olunmur. Xüsusilə məhkəmə onu da vurğulayır ki, cavabdeh tərəfindən işçinin əmək funksiyalarının nədən ibarət olması barədə vəzifə təlimatı və işçinin əmək funksiyalarının əks olunduğu həmin vəzifə təlimatı ilə tanış olması barədə sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaçının 1 ay ərzində işə gəlməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən həmin əsasla işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Lakin, cavabdeh tərəfindən verilmiş (qəbul edilmiş) və işəgötürən tərəfindən mübahisələndirilən əmrdə əmək müqaviləsinə xitam verilmə səbəbi olaraq işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, əgər işçi olan iddiaçı bir ay ərzində işə gəlməyibsə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əmək müqaviləsinə xitam verilməsi səbəbi olaraq işçinin konkret olaraq hansı və ya neçə gün, və ya hansı (neçə) ay ərzində işə gəlməməsi dəqiq olaraq göstərilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsası olaraq 70-ci maddəsinin “ç” bəndi ilə yanaşı Məcəllənin 72-ci maddəsinin a) bəndinə, yəni işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə də istinad edilməli idi. Lakin, əmrdə bununla bağlı hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa iddiaçı tərəfindən mübahisələndirilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh cəmiyyətin xx.xx.2025-ci il tarixli 516K saylı əmri Cəmiyyətin direktoru tərəfindən deyil, İnsan resursları direktor müavini olaraq qeyd edilmiş X5 tərəfindən imzalanmaqla cəmiyyətin insan resursları departamenti möhürü ilə möhürlənmişdir. Lakin, cavabdeh tərəfindən cəmiyyətin insan resursları direktor müavini olaraq qeyd edilmiş Ayşən Həşimovanın cəmiyyətin işə qəbul və işdən çıxma, yəni əmək müqavilələrinin bağlanması, vəzifəyə təyinat və əmək müqaviləsinə xitam verilməsi barədə əmrləri imzalamaq səlahiyyətinin olmasına dair cəmiyyətin direktorunun əmri və ya bununla bağlı imza səlahiyyətinin verilməsinə dair cəmiyyətin direktoru tərəfindən imza və möhürlə təsdiq edilmiş etibarnamə məhkəməyə təqdim edilməmişdir ki, buradan da adıçəkilən şəxsin cəmiyyətin direktoru adından həmin əmri imzalamaq səlahiyyətinin olmaması məhkəməyə aydın olur, yəni mübahisələndirilən əmr onu qəbul etmək səlahiyyəti olmayan cəmiyyətin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş və ya verilmişdir. Bu isə həmin əmrin hüquqi qüvvəsinin olmaması anlamına gəlir. Çünki, Əmək Məcəlləsinin 3, 71, 83 və 84-cü maddələrinin tələbinə əsasən əmrlər, xüsusilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr işəgötürən tərəfindən verilir ki, burada işəgötürən qismində mülkiyyətçi, müəssisənin rəhbəri və ya səlahiyyətli orqanı nəzərdə tutulur. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndində işəgötürənə verilən anlayışa əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. Məhkəmə mübahisələndirilən əmrin hüquqi cəhətdən təhlil edərək onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin tələbinə uyğun tərtib edilməyərək həmin əmrdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün hesab olunan rəsmi sənədlər qeyd edilməmiş və iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmrin zəruriliyi və əsaslılığı cavabdeh işəgötürən tərəfindən əsaslandırılmamışdır. Həmçinin, cavabdeh tərəf əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 516K saylı əmrlə iddiaçının tanış edilməsinə (əmrin surətini almasına) dair və əmr üzrə əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin, habelə əmək kitabçasının iddiaçıya təqdim edilməsinə və onunla son haqq-hesab aparılmasına dair sübutları da məhkəməyə təqdim etməmişdir. Bu isə həmin sənədlərin iddiaçı olmuş işçiyə təqdim edilməməsi və onunla son haqq-hesab aparılmaması anlamına gəlir və əmək qanunvericiliyinin kobud pozuntusu hesab edilir. Cavabdeh tərəfin nümayəndəsi keçirilən məhkəmə iclasında iddiaçının bir ay ərzində işə gəlməməsini qeyd edərək məhkəməyə 2025-ci ilin noyabr ayı üzrə İddiaçı iş vaxtının uçot tabelindən çıxarışı təqdim etmişdir ki, orada noyabrın 3-dən etibarən 0 rəqəmi qeyd edilməklə, yəni iddiaçının işə gəlməməsi əks olunmuşdur. Məhkəmə bununla bağlı vurğulayır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdirsə, işçi olan İddiaçı hansı səbəbdən və nəyə görə noyabrın 3-dən sonra işə gəlməli idi. Təbii ki, işəgötürən olan Cavabdeh MMC işçinin 1 ay ərzində işə gəlməməsini səbəb olaraq qeyd edirsə, ən azı 1 ay əvvəlki tarixə, yəni 2025-ci ilin oktyabr ayı və ya əvvəlki aylar (günlər) üzrə İddiaçı iş vaxtının uçotu tabeli üzrə çıxarışları məhkəməyə təqdim etməli və orada həmin ay və ya aylar (günlər) üzrə iddiaçının işə gəlməməsi qeyd edilməli idi. Həmçinin, iş materiallarından cavabdeh tərəfindən iddiaçı olan işçinin işə gəlməməsi barədə işçinin işə gəlməsi və ya bu haqda izahat verilməsi barədə işçiyə heç bir yazılı bildiriş və ya xəbərdarlıq göndərilməmiş, bununla bağlı işçinin izahatı tələb olunmamış, alınmamış və işçi olmuş iddiaçının işə gəlməmə səbəblərinin üzürlü və ya üzürsüz olması cavabdeh tərəfindən araşdırılmamışdır. Bundan başqa cavabdeh cəmiyyət iddiaçının işə gəlməməsi ilə bağlı paralel olaraq iş vaxtının uçotu tabelindən başqa digər sənədləri də, yəni işçinin izahatı, digər işçilərin izahatları, akt və protokolları də məhkəməyə təqdim etməli idi. Lakin, iş materiallarından görünür ki, işəgötürən olan cavabdeh işçinin işə gəlməməyini aktlaşdırmamış (protokollaşdırmamış) və ya rəsmi formada hər hansı sənədlə və ya mötəbər sübutlarla sənədləşdirməmiş və həmin sübutları da məhkəməyə təqdim etməmişdir. Çünki, iş materiallarına əlavə edilmiş cavabdehin iddiaçı barəsində verdiyi xasiyyətnamənin surətindən görünür ki, iddiaçı cavabdeh olan cəmiyyətdə mühüm vəzifə tutmaqla uzun illər həmin vəzifədə özünü bacarıqlı və qabiliyyətli işçi kimi göstərmiş, ona tapşırılan vəzifənin öhdəsindən bacarıqla gəlmiş, işlədiyi müddətdə özünü etibarlı işçi kimi göstərmiş və heç bir intizam tənbehi almamışdır. Belə olan təqdirdə işçinin bir ay ərzində işə gəlməməsi, bunun səbəblərinin cavabdeh tərəfindən araşdırılmaması, buna dair cavabdeh tərəfindən hər hansı sübutların təqdim edilməməsi və bu əsasla iddiaçının əmək müqaviləsinə xitam verilməsi inandırıcı, qanuni və əsaslı hesab edilmir. Məhkəmə onu da vurğulayır ki, məhkəmə hazırlıq iclaslarının dəfələrlə təxirə salınmasına və cavabdehə imkan yaradılmasına, müvafiq sübutların məhkəməyə təqdim edilməsinin cavabdehin nümayəndəsinə təklif edilməsinə baxmayaraq məhkəmə proseslərinin başlandığı vaxtdan etibarən cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən başqa həmin əmrin əsaslılığına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, elektron kabinetə yükləməmiş, yalnız sonuncu iclas olan məhkəmə baxış iclasında hansısa sənədləri və sübutları məhkəməyə təqdim etməyə cəhd etmişdir ki, məhkəmə baxış iclasında sübutların toplanılmasına yol verilmədiyindən və sübutun hansı səbəbdən baxış iclasında təqdim edilməsi cavabdehin nümayəndəsi tərəfindən heç bir tutarlı səbəblə əsaslandırılmadığından məhkəmə həmin sübutları qəbul etməmiş və nəzərə almamışdır. Belə ki, mülki prosessual qanunvericiliklə məhkəmə hazırlıq iclasının mahiyyəti sübutların toplanması və bununla bağlı tərəflərə hüquqi şəraitin yaradılmasıdır. Hazırki işdən cavabdehin nümayəndəsinin mübahisələndirilən əmrin əsaslılığına dair sübutları hansı səbəbdən məhkəmə baxış iclasında təqdim etmək istəməsi heç bir mötəbər səbəblə əsaslandırılmadığından məhkəmə onları qəbul etməmişdir. Bundan başqa cavabdeh tərəfin həmin sübutları məhkəmə proseslərinin başladığı ilk vaxtdan deyil, sonuncu iclasda təqdim etməyə cəhd etməsi həmin sənədlərin sonradan cavabdeh tərəfindən tərtib edildiyinə və iş üzrə hüquqi əhəmiyyət kəsb etmədiyinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Bundan başqa həm iddiaçı, həm də cavabdeh tərəf İddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsini qeyd və etiraf etsə də həmin ərizənin surəti də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabehin nümayəndəsi iddiaçının işlədiyi vaxt cəmiyyətə məxsus maddi vəsaitləri mənimsədiyini qeyd etsə də bununla bağlı iddiaçı barəsində hüquq-mühafizə orqanları tərəfindən hər hansı cinayət işinin başlanması və ya təqsirləndirici materialın olması, barəsində məhkəmənin ittiham hökmünün çıxarılmasına dair heç bir yazılı sənəd və sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iş materialları ilə iddiaçının işlədiyi müddətdə cavabdehə maddi ziyan vurması və ya onun mənafeyinə ciddi xələl gətirməsi də sübut və müəyyən olunmur. Bütün yuxarıda qeyd edilən hallar isə iddiaçının cavabdeh tərəfindən qərəzli olaraq, heç bir qanuni və hüquqi əsasa dəlalət edilmədən (əsaslanmadan) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və onun əsassız olaraq işdən çıxarılmasına dəlalət edir. Məhkəmə dəqiqləşdirilmiş iddia ərizəsinin sonuncu tələbi olan cavabdehin aylıq əmək haqqının 7000 (yeddi min) manat olması nəzərə alınmaqla məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində 7000 manat əmək haqqı qeyd etməyinə baxmayaraq iş üzrə təqdim edilmiş əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən iddiaçının cavabdeh cəmiyyətin kommersiya departamentinin direktoru vəzifəsində aldığı aylıq əmək haqqının məbləği 7781 manat olaraq qeyd edilmişdir. Buna görə məhkəmə işçinin aldığı aylıq əmək haqqı nəzərə alınmaqla məcburi iş buraxmaya görə əmək haqqının birdəfəlik ödənilməli olması qənaətinə gəlir. Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC-nin İddiaçı barəsində xx.xx.2025-ci il tarixli 516K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli; İddiaçı əvvəlki işinə, yəni Cavabdeh MMC-də Kommersiya Departamentinin direktoru vəzifəsinə işə bərpa edilməli; cavabdeh tərəfindən iddiaçının aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2025-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdehdən tutularaq İddiaçı birdəfəlik ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia əmək mübahisəsi ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən iş üzrə ödənilməli olan 50 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü ərzində əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı barəsində xx.xx.2025-ci il tarixli 516K saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Cavabdeh MMC-də Kommersiya Departamentinin direktoru vəzifəsinə işə bərpa edilsin. Cavabdeh MMC tərəfindən iddiaçının aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2025ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdehdən tutularaq İddiaçı birdəfəlik ödənilsin. İş üzrə ödənilməli olan 50 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim olunduğu gündən 1 ay sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar