Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-783/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh, X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, X4, X15, Bakı şəhəri 24 saylı notariat ofisinə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlanma müqavilələrinin etibarsızlığı, reyestr çıxarışlarının ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras payının müəyyən olunması” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d ı̇ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlanma müqavilələrinin etibarsızlığı, reyestr çıxarışlarının ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras payının müəyyən olunması” tələblərinə dair iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan X5 miras qalmış ünvan 2 4G saylı evlə (miras əmlak) bağlı Bakı şəhəri 24 saylı notariat ofisində qızı Cavabdeh və arvadı X15 1/2 pay olmaqla verilmiş xx.xx.2022-ci il tarixli, 2V-121 reyestr №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin notariat ofisində verilmiş miras əmlakdan Cavabdeh düşən payın X15 miras payın bağışlanmasına dair xx.xx.2020-ci il tarixli, 3M-189 reyestr №li miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (DƏDRX-nin DƏDK və RPHŞ) tərəfindən miras əmlaka dair X11 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatının və reyestrdən çıxarışın ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində miras əmlaka dair X20 ilə Cavabdeh daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2022-ci il tarixli, 4Ə-764 reyestr №-li bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX-nin DƏDK və RPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair Cavabdeh adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatının və reyetsrdən çıxarışın ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində miras əmlaka dair Cavabdeh tərəfindən X4 daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2022-ci il tarixli, 4Ə-798 reyestr №-li bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX-nin DƏDK və RPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair X3 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatının və reyetsrdən çıxarışın ləğv olunması, İddiaçı2, İddiaçı1nnı, İddiaçı3 və yetkinlik yaşına çatmayan qardaşları xx.xx.2007-ci il təvəllüdlü X12 qanun üzrə vərəsələr kimi tanınmaları və babaları X5 miras qalmış miras əmlak üzrə onların və cavabdehlər Cavabdeh, X11 hər birinə 1/6 hissədə paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddianı tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçıların mərhum babaları X6 adına olmuşdur. Onun vəfatından sonra həmin evlə bağlı iddiaçıların vərəsəlik hüquqları tanınmamışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin əmlak DƏDRX-nin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxrışla Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin əmlak Cavabdeh tam mülkiyyətinə verilən zaman vərəsə kimi onların hüquqları nəzərə alınmamışdır. Anaları vəfat etdiyindən, qeyd olunan daşınmaz əmlaka digər vərəsələr kimi onların da hüququ nəzərə alınmalı idi. Miras əmlak iddiaçıların ataları Gündüz Bağırovun vəsaiti hesabına 267.907 manata tikilmişdir. Həmin evlə bağlı xx.xx.2015-ci il tarixdə ata və babaları arasında barışıq sazişi bağlanmış və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9731/15 saylı qərardadı ilə barışıq sazişi təsdiq olunmuşdur. Barışıq sazişinə əsasən, babaları həmin tikilən evin nəvəsi Həsənə bağışlayacağını öhdəsinə götürmüşdür. Lakin baba sağlığında öz öhdəliyini yerinə yetirməmiş və vəfatından sonra nənə və xalaları iddiaçıların xəbəri olmadan sözügedən miras əmlakı öz adlarına keçirib, onlara pay verməmişlər. İddiaçıların ataları xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 24 saylı Notariat kontoruna ərizə yazaraq vərəsə kimi tanınmalarını xahiş etmiş və bununla bağlı sənədləri notariusa təqdim etmişdir. Həmçinin ataları onların adından miras əmakdan payın verilməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin subyektiv hüququ olmadığından onun iddia tələbi təmin edilməmişdir. Ona görə də, hazırda onlar məhkəməyə müraciət etmişlər. Lakin vərəsə olduqlarını bilə-bilə Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu Zərifə Nəcəfli miras əmlak üzrə onlara pay verməmişdir. Halbuki onlara aid sənədlər notariat işində mövcuddur. Notariusun hərəkətləri qanunsuz olduğundan, tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və nəticələri ləğv olunmalıdır. Məhkəmənin gedişatı zamanı onlara məlum olmuşdur ki, iş üzrə cavabdeh X20 babalarından miras əmlakı tələm-tələsik qızı Cavabdeh xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində bağışlamış, daha sonra Cavabdeh tələsik həmin evi xx.xx.2022-ci il tarixli 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində əri X4 bağışlamışdır. Seyfətdin Məmmədov həmin əmlaka dair xx.xx.2022-ci il tarixdə çıxarış almış və hal-hazırda mülkiyyətindədir. İddia ərizəsində adını qeyd etməsələr də, iddiaçılar xx.xx.2007-ci il tarixdə doğulmuş kiçik qardaşları X16 miras əmlakdan payın verilməsini xahiş edirlər. Göstərilənlərə əsasən, nümayəndə və vəkil iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iddia tələbini artırılmış həcmdə müdafiə edərək, nümayəndə və vəkilinin izahatında göstərdiyi xüsusatları təsdiq edib məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçıların atası X21 mərhum qayınatası X10 qarşı 2015-ci ildə iddia qaldıraraq ondan 267.907 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin sonradan onlar arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. X23 həmin qərardaddan şikayət verərək, iş üzrə icraatın təzələnməsinə nail olmuşdur. Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə çıxarılmış qətnaməyə əsasən onun iddiası təmin edilərək, Həsən İbrahimovun hüquqi varisləri Günəş İbrahimova və Cavabdeh 267.907 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən tərəflərindən verilmiş apellyasiya şikayəti, habelə sonuncudan verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almışdır. Digər tərəfdən, iddiaçıların atası olan Gündüz Bağırov hüquqlarını təmsil etdiyi Cavabdeh anası Günəş İbrahimovaya qarşı vərəsəlik payının müəyyən edilməsi barədə iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir və hazırda həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, miras əmlak artıq bir neçə məhkəmə baxışının predmeti olmuşdur və iddiaların əsassız olması qanuni qüvvəyə minmiş qətnamələrlə təsdiq edilmişdir. Ona görə də, hesab edir ki, hazırkı iddia tələbi də tamamilə əsassızdır. Göstərilənlərə əsasən, nümayəndə və vəkil iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, nümayəndə və vəkilinin izahatına uyğun izahat verib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7, iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, arvadı Cavabdeh mübahisə predmeti olan daşınmaz əmlakı qanunvericiliyin müəyyən edilmiş tələblərinə əməl olunmaqla, ona bağışlamış və həmin ev hazırda onun mülkiyyətindədir. Bundan başqa, iddiaçıların ataları Gündüz Bağırovun cavabdehlər Cavabdeh və X15 qarşı həmin evin tikintisinə sərf edilmiş pulun tutulması barədə tələbi artıq təmin edilmişdir. Ona görə də, iddiaçıların hazırkı tələblərini əsassız hesab edir. Göstərilənlərə əsasən, cavabdeh iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X20, Bakı şəhəri 24 saylı notariat ofisi, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (hüquqi şəxslər nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən, işə onların (hüquqi şəxslərin nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 24 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 adında xx.xx.2022-ci il tarixli, 2V-121 reyestr nörməli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surəti və notariat işindən görünür ki, X13, xx.xx.1937-ci ildə doğulmuş, xx.xx.2019-cu ildə ölmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi ünvanında yerləşən 4G saylı ev X6 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X6 vərəsələri - qızı Cavabdeh, arvadı X20 hər biri biras əmlakdan ½ irs almalıdır, miras əmlak ünvan 2ndə yerləşən, ümumi sahəsi 616 kv.m olan 4G saylı fərdi yaşayış evindən ibarətdir. Daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışa, həmin əmlaka dair xx.xx.2022-ci il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülüyün qeydə alınmadığı təsdiq edilir. - Nikahın bağlanması haqqında Vİİ-ЖГ 417676 seriya nömrəli şəhadətnamədən X21 və X8 xx.xx.2000-ci il tarixdə nikaha daxil olduqları, Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriya nömrəli ölüm haqqında şəhadətnamədən X8 xx.xx.2010-cu il tarixdə öldüyü məlum olur. - АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 atasının X13, anasının X20 olduğu, AZ-İ 376175, AZ-İ 376176, AZ-İ 096373 və AZ-İ 986771 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən İddiaçı2, İddiaçı1 və İddiaçı3, X12 analarının X18, atalarının isə X21 olduğu məlum olur. - Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü tarixli sərəncamına əsasən, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, yarımzirzəmili, mansardlı, yarımzirzəmidə köməkçi sahələr (201 kv.m), 1-ci mərtəbədə zal (39.8 kv.m), beş yaşayış otağı (82,1 kv.m), eyvan (11,9 kv.m), mansardda 3 köməkçi otaq – (172,7 kv.m), mansarddan (42,8 kv.m) ibarət fərdi yaşayış evinin X9 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X20 ünvan 2 ünvanında yerləşən 4G saylı evi Cavabdeh, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə, Cavabdeh həmin evi X4 hədiyyə etmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi ünvanında yerləşən 4G saylı ev üzərində Cavabdeh xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və DƏDRX-nin DƏDK və RPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan iddia predmeti olan evin xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək X3 xüsusi mülkiyyətində olduğu müəyyən olunur. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)1354/2021 saylı qərardadına əsasən, xx.xx.2021-ci il tarixli qərardaddan X20 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, həmin qərardad qismən ləğv edilmiş, Bakı şəhəri 24 saylı notariat ofisində miras qoyan X5 miras qalmış ünvan 2 ünvanında yerləşən 4G saylı evlə bağlı vərəsəlik işi üzrə notariat hərəkətlərinın dayandırılması qərara alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)1354/2021 saylı qətnaməsinə əsasən, iddiaçı X14 cavabdeh X15 qarşı vərəsəlik payının müəyyən edilməsi barədə iddiası rədd edilmişdir. - Həmin qətnamədən iddiaçı X21 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1770/2022 saylı qətnaməsinə əsasən təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1354/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadından görünür ki, iddiaçı X14 cavabdeh X10 qarşı pul tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. - Həmin qərardaddan X20 tərəfindən verilmiş şikayət, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadı ilə təmin edilmiş və sözügedən qərardad ləğv edilərək iş üzrə icraat təzələnmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadından həmin iş üzrə iddiaçı X14 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10474/2021 saylı qərardadı ilə təmin edilməmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadına əsasən, məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadına izah verilməsi barədə X14 ərizəsi həmin qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi səbəbindən təmin edilməmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-8891/2021 saylı qətnaməsinə əsasən, iddiaçı X14 X6 hüquqi varisləri X15 və Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək onlardan 267.907 manat məbləğində pulun tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2209/2022 saylı qətnaməsinə əsasən, sözügedən qətnamədən X11 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, habelə sonuncudan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4240/2022 nömrəli qərarı ilə təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 4G saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X10 məxsus olmuşdur. Onun xx.xx.2019-cu il tarixdə ölümündən sonra xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı X20 və qızı Cavabdeh qanun üzrə vərəsələri qismində tanınmış və sözügedən evdən hər birinin ½ irs alması müəyyən edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə Cavabdeh həmin evdən ona məxsus payı anası X15 hədiyyə etmiş, o isə xx.xx.2022-ci il tarixdə evi Cavabdeh, sonuncu isə xx.xx.2022-ci il tarixdə X4 hədiyyə etmişdir. İddiaçıların anaları X18 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bundan əlavə, iddiaçıların atası X21 babaları X10 qarşı pul tələbinə dair iddia qaldırmış, lakin xx.xx.2015ci il tarixdə, X1 evi nəvəsi Həsən 18 yaşına çatanadək ona bağışlamağı və ya vəsiyyət etməyi öhdəsinə götürməsi, bağışlamadığı və vəsiyyət etmədiyi təqdirdə isə iddia ərizəsində göstərilən məbləğdə 267.907 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi məzmununda barışıq sazişi bağlamışlar və bu, Sabunçu Rayon Məhkəməsinin həmin tarixli, 2(008)-9731/2015 saylı qərardadı ilə təsdiq edilmiş, bu əsasla iş üzrə icraata xitam verilmişdir. Sonradan həmin qərardaddan mərhum H.İbrahimovun arvadı X20 tərəfindən verilmiş şikayətə əsasən xx.xx.2021-ci il tarixdə həmin iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(008)-8891/2021 saylı qətnaməsi ilə X14 pul tələbinə cavabdeh X6 hüquqi varisləri X20 və Cavabdeh münasibətdə mahiyyəti üzrə baxılmış və iddia təmin edilərək onlardan 267.907 manat məbləğində pulun G.Bağırovun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2209/2022 saylı qətnaməsi), apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilmədiyindən (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4240/2022 nömrəli qərarı) Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan başqa, X14 cavabdeh X15 qarşı vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1354/2021 saylı qətnaməsinə əsasən, subyektiv hüququnun olmaması səbəbindən rədd edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1770/2022 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 babaları X5 miras qalmış əmlaka dair aparılmış hüquqi hərəkətlərin və onların nəticələrinin etibarsız hesab olunması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi bir neçə hissədən ibarət olduğundan, məhkəmə əvvəlcə, iddianın xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133 və 1145-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Vərəsəlikdə növbəlik, müvafiq növbəyə aid vərəsələrin dairəsi, onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaş-bacıları, nənə - babaları və digər kateqoriya şəxslər aiddir. (1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)., 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar., 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın.) Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir. Qeyd olunduğu kimi, qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. İşin mübahisəsiz olan aşkar halı ondan ibarətdir ki, miras qalmış ünvan 2 ünvanında yerləşən 4G saylı fərdi yaşayış evi X10 xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş, onun xx.xx.2019-cu il tarixdə ölümü ilə miras açılmış və miras qoyanın arvadı X20 və qızı Cavabdeh onun qanun üzrə vərəsələri kimi tanınmışlar. Miras qoyanın digər qızı X18 xx.xx.2010-cü il tarixdə vəfat etdiyindən, hazırda sonuncunun övladları analarına çatası miras paydan 1/6 hissədə paylarının müəyyən edilməsini xahiş edirlər. Lakin məhkəmə tədqiq etdiyi mövcud iş materiallarını, tələbin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçılar qanunvericiliklə müəyyən edilmiş müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququ itirmiş, eləcə də onlar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbi kimi üzrlü hallara istinad etməmiş, eləcə də buna dair hər hansı təsdiqedici sübut məhkəməyə təqdim etməmişlər. Çünki, iş üzrə iddiaçıların atası X21 və cavabdehlər X20 və Cavabdeh arasında mövcud olmuş müvafiq məhkəmə çəkişmələri məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılar babaları X6 ölümündən məlumatlı olmuşlar. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun”. İşin aşkar halından məhkəməyə o da məlumdur ki, iddiaçıların atası Gündüz X2 qarşı vərəsəlik payının müəyyən edilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmasına baxmayaraq, iddiaçılar hazırkı tələblə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Halbuki, miras açılanda xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 yetkinlik yaşına çatmış, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və İddiaçı2 isə 16 yaşda olmaqla yetkinlik yaşına çatmasalar belə, mülki prosessual qanunvericilik bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna təminat vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 72.1 və 72.4-cü maddələrinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Məhkəmə eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən Qərarını nəzərə alaraq, hesab edir ki, mirasın faktiki qəbulu əmlaka faktiki sahiblikdən savayı, əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də müəyyən edilir. İddiaçılar miras əmlakı faktiki qəbul etmədiyi kimi, həmin əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də qəbul etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Göstərilənlərə əsasən, məhkəmə xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən etmir və hesab edir ki, qeyd olunan əsaslara görə, iddia bu hissədə təmin edilə bilməz. Habelə, iddia tələbi həcminin artırılması barədə ərizədə göstərilən digər tələblər, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə hissə ilə əlaqəli olduğundan, məhkəmə hesab edir ki, iddia göstərilən hissələrdə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İddianın rədd edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı̇ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, X4, X15, Bakı şəhəri 24 saylı notariat ofisinə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlanma müqavilələrinin etibarsızlığı, reyestr çıxarışlarının ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras payının müəyyən olunması” tələblərinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-783/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-783/2023
17.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver