Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-805/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh1 qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh1 qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzilə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi, Cavabdeh2 və Cavabdeh1 övladları X4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzil ona məxsusdur və o həmin evin mülkiyyətçisi Cavabdeh2 onun oğludur. Digər Cavabdeh1 isə gəlinidir. Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatında olsa da digər cavabdeh olan həyat yoldaşı həmin mənzildə qeydiyyatda deyildir. O, həyat yoldaşına məxsus digər mənzildə qeydiyyatdadır. Cavabdehin başqa yaşayış yeri olsa da onun həmin mənzildən çıxarılma tələbini yerinə yetirmir və həmin mənzildən çıxmayacağını bildirir. Onu həmin mənzilə buraxmırlar. Mülkiyyət hüququ tamamilə məhdudlaşdırılmışdır. Cavabdeh2 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28A saylı fərdi ev mülkiyyətindədir. Bundan başqa Cavabdeh1 Qəbələ rayonunda müxtəlif ünvanlarda torpaq sahəsi mövcuddur. Cavabdeh2 mülkiyyətində başqa yaşayış yeri olduğundan və həmin evdə yaşaya biləcəyini nəzərə alaraq ona kompensasiya verilmədən mülkiyyətimdə olan mənzildən çıxarılmalıdır. Kompensasiya o halda verilə bilər ki, istifadə hüququ olan şəxsin başqa yaşayış yeri olmasın. Digər Cavabdeh1 ümumiyyətlə onun mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud deyildir. O, həmin mənzildən çıxarılmalıdır. Eyni zamand onların yetkinlik yaşına çatmayan qızları Əsnaf Vəliyeva onlarla birlikdə mənzildən çıxarılmalıdır. Həmin mənzil boşaldılaraq ona təhvil verilməlidir. Cavabdehin başqa yaşayış yeri mövcuddur. Həmin ev mülkiyyət hüquqlarına əsasən cavabdehə məxsusdur. Həmin ünvana köçərək orada yaşaya bilər. Belə olan halda ona kompensasiya verilmədən istifadə hüququna xitam verilməli və o həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun elektron sistemə vermiş olduğu ərizəni nəzərə alaraq, onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, digər cavabdeh isə iclasa gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsinin də etirafları, həmçinin verilmiş sorğuya alınmış cavabla da ilə müəyyən edildi ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında iddiaçıya verilmiş və nümayəndəsi olduğu Cavabdeh2 həmin vaxtdan indiyə kimi fasiləsiz olaraq həmin mənzildə yaşayır. Qeyd etdiyimiz bu faktlar artıq işin mübahisəsiz hallarıdır. İşin bu faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh2 həmin mənzilə istifadə hüququ vardır. Belə ki, Cavabdeh2 2000-ci ildən öncədən mənzildə yaşadığı üçün həmin dövrədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən onun mənzilə istifadə hüququ yaranmışdır. Hazırda iddiaçı cavabeh Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsini, onun həmçinin digər Cavabdeh1 azyaşlı övladları ilə bilrikdə mənzildən çıxarılmasını xahiş edir. İlk öncə qeyd edək ki, iddiaçı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı maddi hüquq normalarına düzgün istinad etməmişdir. Belə ki, cavabdehin mənzildən istifadə hüququ 1987-ci ildən yarandığı üçün hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməli olduğu halda iddiaçı hazırda qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etmişdir. Digər tərəfdən iddiaçı qeyd edir ki, cavabdehin başqa mənzili mövcuddur, ona görə hazırki iş üzrə mübahisəli mənzildən istifadə hüququna xitam verilməldir. Bununla bağlı onun qeyd edək ki, əvvəla cavabdehin digər mənzilinin olması hazırki mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Digər tərəfdən həmin mənzil Mingəçevir şəhərində yerləşir, iddiaçı isə anadan olduğu vaxtdan indiyə kimi Bakı şəhərində yaşayan şəxsdir, hazırki mübahisəli mənzildə isə 1987-ci ildən bəri fasiləsiz olaraq yaşayır. Həmçinin onun iş yeri Bakı şəhərindədir, övladı da Bakı şəhərində təhsil alır. Qeyd etdiyi halları təsdiq edən sənədləri hazırlıq iclasında məhkəməyə təqdim etmişdir. Bundan əlavə hesab edir ki, iddia digər Cavabdeh1 qarşı da təmin edilməməlidir. Belə ki, o, nümayəndəsi olduğu şəxsin həyat yoldaşıdır və bu fakt da işin mübahisəsiz halıdır. Göstərdiyimiz halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli sorğuya cavab məktubundan görünür ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.9999 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətdədir, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.3073 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətdədir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 548568 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə X7 arasında xx.xx.2010cu il tarixdə 26 nömrəli nikah akt qeydi ilə nikaha daxil olmuşdur. Arvada Vəliyeva soyadı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T seriyalı, 215997 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə doğulmuş, atası Cavabdeh2, anası isə Cavabdeh1dır. 254171 nömrəli, xx.xx.1987-ci il tarixli orderin surətindən görünür ki, Razin qəsəbəsi, məhəllə 4088, ev 3, mənzil 46, blok 3 yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. xx.xx.2008-ci il tarixli Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışında görünür ki, İddiaçı, X1, X11, Cavabdeh2 ünvan 4 ünavnında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrinin Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş ərizələrdən görünür ki, X1, X11, Cavabdeh2 ünvan 4 ünavnında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. xx.xx.2022-ci il tarixli Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışında görünür ki, Cavabdeh2 1988-ci il tarixdən indiyədək ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. Beləliklə mülki işin hallarından məlum olur ki, cavabdeh X8 oğlu iddiaçının oğludur. O, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğulduğu tarixdən hal-hazırki tarixədək mübahisəli mənzildə qeyiyytda olmaqla yaşayır. Qeyd edilən mənzil mülkiyyət hüququ ilə 1987-ci il tarixdən iddiaçıya məxsusudur. Digər Cavabdeh1 isə iddiaçının gəlinidir. O X8 ilə ailə qurduğu xx.xx.2010-cu il tarixdən mübahisəli mənzilə gəlin köçmüş və orada yaşamağa başlanmışdır. Onların birgə nikahından bir övladları olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunan maddənin mənasından çıxış edərək, məhkəmə hesab edir ki, cavabdeh X2 mübahisəli mənzilə istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mülkiyyətçi və cavabdeh arasında sonuncunun mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdeh X2 isə həmin mənzilə istifadə hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzilə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdəndə məlum olur ki, Cavabdeh2 1987-ci il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla orada yaşadığından, onun həmin mənzilə istifadə hüququ yaranmışdır. İddiaçı cavabdehin başqa yaşayış yerinin olmasını əsas gətirərək onun mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini xahiş etsə də, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, Cavabdeh2 həmin mənzilə istifadə hüququ yaranması köhnə Mənzil Məcəlləsi əsasən yaranmış olduğundan, yalnız müvafiq kompensasiya verilməklə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh1 övladları X4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nəqdər ki Cavabdeh2 sözügedən mənzildən istifadə hüququ mövcud olaraq həmin mənzildə yaşadığından və digər Cavabdeh1 ilə birgə nikahdan olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh1 qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-805/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-805/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver