Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-810/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh PROMART MMC-dən (indiki GRAND-MART” MMC) xx.xx.2024-cü il tarixli, N° 255 K əmrlərin etibarsız hesab edilməsi, Əmək və Məşğulluq altsistemində (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, N° 255 K nömrəli əmrin sistenən silinməsi, Cavadeh PROMART MMC-dən (indiki GRAND-MART” MMC) İddiaçı Vəfadar qızı müdir vəzifəsinə bərpasını, Mediasiya İMS xərcinin ödənməsi üçün 50 (əlli) manat dövlət rüsüm, vəkil ordeni üçün 330 (üç yüz otuz) manat pulun dövlət rüsümü olmaqla ümümilikdə 380 (üç yüz səksən) manat məbləğində dövlət rüsum cavabdeh PROMART MMC-dən (indiki GRAND-MART MMC) tutulmasi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Vəfadar qızı xx.xx.2012-ci il tarixdə əmr M 27 K "xxxx" firması Firmanın "xxxx" mağazasında satıcı vəzifəsinə qəbul edilmiş xx.xx.2018-cü il tarixdə əmr M 247 K nomrəsi ilə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Bundan sonra "xxxx" MMC-yə xx.xx.2018- ci il tarixdə əmr 207 K nömrəsi ilə "xxxx" MMC nin cəmiyyətində inzibatçi vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-cü il tarixdə əmr M 588 K nömrəsi ilə əmək müqaviləsində dəyişdirilərək İnzibatçı vəzifəsindən mağaza müdiri vəzifəsinə keçmişdir. O, işlədiyi müddətdə səhətində yaranan problemlərlə bağlı xx.xx.2024 ci ildə əmri ilə ərizə ilə müraciət edərək işdən çıxmaq istəmişdir. Bu faktı Əmək kitabçasına nəzər etikdə də bilinir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 -ci maddənin 2-ci hissəsinin “a” bəndinə 226 K nömrəli əmrə əsasən əsasən öz xahişi ilə işdən çıxarılmışdır. Lakin sonradan gün ərzində ona qarşı kobud hərəkət edərək xx.xx.2024-cü ildə 226 K nömrəli əmri etibarsiz hesab edərək yenidən işləməyi üçün göstəriş verilir. 19 avqust 2024-cü il tarixdə "xxxx" (indiki GRAND-MART) MMC-nin (Megastore Saray fialında) cəmiyyətində mağazasında sayısı keçirilmiş sayımı düzgün keçirilməmiş, o sayımdan narazı qaldığına görə dəfələrlə rəhbərliklə görüşmək istəmişdir. Ona dedilər ki, müdir Azərbaycan Respubilkasinin hüdudlarından kənardadır gələndə görərsiniz və bundan əlavə o, öz razılıqla işdən çıxmaq üçün müraciət etmiş, onlar ona öz hesabına 1 sentyabrdan 15 sentyabr 2024-cü il tarixədək Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olmuşdur. 16 sentyabrdan işinə davam etmişdir. Bundan sonra o, səhətində yaranan problemlərlə bağlı (sağ omba budumun burxulması) xx.xx.2024-cü il tarixdə Əmək Qabiliyyətinin olmaması ilə Bakı şəhəri,S.S.Axundov küşəsində yerləşən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 25 nömrəli Şəhər Polikinikasinda səhəti ilə bağlı müarciət etmişdir və ona bülleten açılmış və o bunu müdiriyyətə xəbər vermişdir. Açılmş kartiçkadan məlumdur ki, 18 oktyabr işə çıxacaq idi. Lakin "xxxx" (İndiki GRAND-MART) MMC işçilərinə qarşı qərəzli yanaşır. xx.xx.2024-cü il tarixində Marketin daxilində sayım keçirilərək aydın olur ki, mağazada əksiyi var. Öz araşdırması nəticəsində aydın olur ki, mağazada olan sayımda əksik olan məhsullar və sayımda sayıllan məhsullar sistemə səhv yerləşdirilib. Üstəlikdə heç bir səbəb olmadan bəzi məhsullar sayımda sayılmayıb. İş prosesi zamanı heç bir əskiyin olmadığını sübut etsə də qəbul etməyərək mağazada 10 000 (on min) əkiyin olduğunu qeyd edərək ondan 10 000 (on min) manat pulu sən ödəməlisən. Ödəmədiyin təqdirdə onu Əmək məcələsinin 70 ç bəndi ilə işdən azad edəcəklərini dedilər. O, marketdə əksik yoxdur yenidən sayım keçirilsin desə də, xx.xx.2024-cü il tarixində o, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olarkən heç bir səbəb olmadan Əmək məcələsinin 70 ç bəndi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il -cü il tarixdən "xxxx" (İndiki GRAND-MART) MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu İddiaçı Vəfadar qızı yalnız xx.xx.2024-cü il tarixdə Azərpostdan gələn məktub əsasında məlum olmuşdur. Əmək və Məşğulluq altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2024-cü il tarixli, N° 255 K nömrəli əmrlərin məzmunu da Əmək Məcəllənin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. O, artıq xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixli 3 il müddətdə onun haqqında heç bir tənbeh tədbiri görülməmişdir. Bütün marketlərdə sayım nəticəsində adında heç bir əskik olmadan təhfil vermişdir. Yalnız son avqust ay müddətinə işlədiyi marketdə 10 000 (on min) manat maddi ziyan həqiqəti əks etirmir. xx.xx.2024-cü il tarixində onu işdən çıxaracaqlarını ona izahatını 10 000 (on min) manat borcu olduğuna görə onu çıxardılar deyə izahat yazdırmağa çalışsalar da o, bunu qəbul etmir. O, xx.xx.2024-ci il tarixdə “Mediasiya prosesinin təqbiqi barədə təklifin hazırlanması üçün Mediasiyaya müraciət etmişdir və xx.xx.2024-ci il tarixdə “Mediasiya prosesininə müraciət üçün ərizə daxil olmuşdur. Mediasiyaya müraciət etmiş və həmin tarixdən etibarən mediasiya prosesi başlanmışdır. O, mediasiya prosesindən keçmiş və bu barədə ona mediator X5 tərəfindən xx.xx.2024-cü il tarixdə “X2 (İMS) iştirak edilməməsi barədə” arayışın verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia tələbi qəbul etməyərrək iddia tələbi cavabdeh olanmayan şəxsə qarşı verilmiş olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" MMC və "xxxx" MMC-nin təsisçisi eyni şəxs olsa da, onların hər ikisi ayrı-ayrı hüquqi şəxs olduğunu, iddiaçının Promart MMC-nin işçisi olduğunu, iddiaçını işdən çıxarılma əmrininPromart MMC vermiş olduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Promat MMC-də inzibatçi vəsifəsinə işə qəbul edilmişdir. İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Promat MMC-də inzibatçi vəsifəsindən mağaza müdrü vəzifəsinə keçirilmişdir. İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasından görünür ki, ProMart MMCnin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduğu əsası ilə xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanladığı məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verildiyi barədə məlumatlandırılaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq, xahiş olunur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin baş ofisinə yaxınlaşıb Əmək kitabçasını almağı bildirilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2024-01676 nömrəli 05 noyabr 2024-cü il tarixli arayışında görünür ki, 60 manat məbləğində mediasiya rüsumu İddiaçı tərəfindən ödənilmişdir. 0682544 nömrəli Əmək qabiliyyətinin olmaması Vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə sağ ayaq baldır nahiyəsinin əzilməsi diaqnozu ilə əmək qabiliyyəti göstərilən tarixlərdə müvəqqəti itirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; - Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79-cu maddəsiniə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşin mübahisə olunmayan halı ondan ibarətidir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də inzibatçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli əmrə əsasən inzibatçi vəzifəsindən mağaza müdiri vəzifəsinə keçirilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə PRO Mart MMC-nin mağazalar şəbəkəsi bölməsində mağaza müdiri vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70 “ç” (təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduğu) maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair əmr vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Promart MMC tərəfindən işdən çıxarılasına dair xx.xx.2024cü il tarixli əmrin etibarsız hesab edilməsini xahiş etsədə, o cavabdeh qismində Promanr MMC-ni deyildə Grand Mart MMC-ni qoymuşdur. Beləliklə məlum olurki, hazırki iddia tələbinə cavab verilməli olna şəxs Grand mart MMC deyildə Pro mart MMC olduğundan iddia tələbi GrandMart MMc-yə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa edilmə” tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-810/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-810/2025
05.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver