Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-813/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı X2 iştirakları ilə İddiaçı X2 Cavabdeh QSC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 manat məbləğində maddi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kənd təsərrüfatı əkinləri ücün dərman kübr preparatları satışı ilə məşquldu. İddiaçı və onun ailə üzvlərinə məxsus 3 ha torpaq sahəsində əkdiyi qarğıdalı əkininin arasında bitmiş alaq otlarının məhv edilməsi məqsədilə Cavabdeh şirkətinin aqranomunun tövsiyyə etdiyi «MONNET» adlı herbisid alaraq sahəyə səpdikdən sonra dərman preparatının tərkibinin düzgün olmamasına görə alaq otları ilə birlikdə qarğıdalı əkini məhv olmuşdur. Cavabdehin səhvi üzündən 25000 manat iddiaçıya ziyan dəymişdir. Ziyan dedikdə əldən çıxmış fayda və çəkilmiş xərclər nəzərdə tutulur. Belə ki, X6 İnkişaf Mərkəzinə ərizə ilə müraciət etmiş, sahəyə baxış keçirilərək dəymiş ziyanın hansı səbəbdən dəyməsini və hansı həcmdə olması barədə akt və rəy tərtib edilmişdir. İddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmirdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasından 165 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X4 Cavabdeh QSC-yə qarşı 25000 manat pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 165 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X3 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-813/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-813/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver