Məhkəmə qərarları › İş №e-2(008)-8169/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8169/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(008)-8169/2025 25.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Quliyeva İradə Qabil qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin cavabdeh Cavabdeh qarşı "ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi cavabdeh Cavabdeh qarşı "ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdirilməsi məqsədilə ödənilmiş 31.199 (otuz bir min yüz doxsan doqquz) ABŞ dolları və 769,56 (yeddi yüz altımış doqquz manat, əlli altı qəpik) manat vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” cərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh iddiaçıya rəsmi qaydada müraciət etmişdir. Müraciətə əsasən cavabdehin təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi Azərbaycan Dövlət İqtisad Universiteti, AR Elm və Təhsil Nazirliyi və Cavabdeh arasında 26 iuyn 2021-ci il tarixli, ** saylı üçtərəfli müqavilə bağlanılmışdır. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2021-ci ilin iyul ayından 2025-ci ilin yanvar ayı daxil olmaqla Türkiyənin “İstanbul Universitesi” ali təhsil müəssisəsində “İqtisadiyyat və idarəetmə ixtisasları” üzrə doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Quliyeva İradə Qabil qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə tədqiq edilmiş subutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) ##.##.2021-ci il tarixli F-*** saylı əmrinin surətindən görünür ki, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nın 4.24-cü yarımbəndini və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.47-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı təsdiq edilməsi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilsisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı“nın İdarəetmə Qrupu (T.Topalova) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydalarfna uyğun olaraq təqdim olunacaq sənədlər əsasında proqram iştirakçılarının 2021 -ci ildən etibarən təhsil alması ilə bağlı bütün xərclərin Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsini təmin edilməsi, Beynəlxalq əməkdaşlıq şöbəsi (T.Əhmədov), Elm, ali və orta ixtisas təhsili şöbəsi (N.Məmmədli) və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı“nın İdarəetmə Qrupu (T.Topalova) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin edilməsi əmr edilmişdir. İddiaçı, Azərbaycan Dövlət İqtisadi Universiteti və Cavabdeh arasında bağlanmış ##.##.2021-cu il tarixli ** nömrəli müqavilənin surətindən görünür ki, Dövlət Proqramı təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Cavabdeh Turkiyə Respublikasının İstanbul Universitetində "iqtisadiyyat və idarəetmə” ixtisasları üzrə 2021-ci il ## #### tarixindən 2025-ci ilin ## ###### tarixinədək doktorantura səviyyəsi üzrə 3 il 7 ay müddətinə təhsilinin maliyyələşdirilməsi və təhsil alan təhsilini başa vurduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisısində pedoqoji fəaliyyətə cəlb edilməsinə dair öhdəlik götürülmüşdür. İddiaçı, Azərbaycan Dövlət İqtisadi Universiteti və Cavabdeh arasında bağlanmış ##.##.2021-cu il tarixli ** nömrəli müqaviləsinin 3.5.20-cıbəndindən görünür ki, təhsil alınması nəzərdə tutulan Cavabdeh təhsilmüddəti bitirdikdən sonra əngeci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətindəNazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrəyerli ATM-də 5 il fasiləsiz pedoqoji fəliyyət göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan müqaviləyə əlavədən görünür ki, Cavabdeh hesabına 2021-ci ilin noyabr ayında 15600 ABŞ dollar pul ödənilmişdir. İş materiallarında olan müqaviləyə əlavədən görünür ki, ##.##.2022-cildə Cavabdeh hesabına 5936 ABŞ dollar pul ödənilmişdir. İş materiallarında olan müqaviləyə əlavədən görünür ki, ##.##.2022-cildə Cavabdeh hesabına 9663 ABŞ dollar pul ödənilmişdir. İş materiallarında olan müqaviləyə əlavədən görünür ki, 2021-ci ilin dekabr tarixində Cavabdeh hesabına 423 pul ödənilmişdir. ##.##.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına 346.56 pul ödənilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixli 3-29/3-2-247F/2025 əmirlə Cavabdeh adı “2019-2023 Dövlət Proqramı” iştirakçılar siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1 -ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinəəsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 -ci maddəsinəəsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Beləliklə mülki işin matriallarına əlavə edilmiş müqavilədən görünür ki, cavabdeh Cavabdeh Turkiyə Respublikasının İstanbul Universitetində "iqtisadiyyat və idarəetmə” ixtisasları üzrə 2021-ci il ## #### tarixindən 2025-ci ilin ## ###### tarixinədək doktorantura səviyyəsi üzrə 3 il 7 ay müddətinə təhsil almağı öhdəsinə götürmüş, Cavabdeh sözügedən universitetdə təhsil alması üçün zəruri olan pul vəsaitini isə iddiaçı İddiaçı tərəfindən ödənilməsini üzərinə götürmüşdür. Mülki iş matriallarına iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzlərindən görünür ki, iddiaçı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyə uyğun olaraq 31.199 ABŞ dolları və 769.56 manat məbləğində pul vəsaiti ödəmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin müvafiq maddəsindən məlum olur ki, Cavabdeh təhsilini başa vurduğdan sonra ən geci iki ay müddətinə ölkəyə qayıtmağı və ən geci 10 gün müddətində təhsili maliyələşdirən orqana məlumat verməli olduğu barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Lakin hazırda iddiaçı məhkəməyə mürciət edərək cavabdehin müqavilə üzrə öhdəliklərini pozduğunu, təhsil üçün nəzərdə tutulmuş müddət 2025-ci ilin yanvar ayında bitmiş olsada, cavabdeh ölkəyə qayıtmış olmasına və müaqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya məlumat verərək əmək müqaviləsi bağlamamışdır. Bu isə müqavilənin bağlanması üçün nəzərdə tutulmuş dövlət programının pozulması ilə nəticələnmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, cavabdehə məxsus elektron kabindetə hazırki işlə bağlı ona məlumat verilsədə, iddia tələbini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 769,56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDi: İddia tələbi təmin edlsin. Cavabdeh Cavabdeh 31199 (otuz bir min bir yüz doxsan doqquz) ABŞ dollar (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 769,56 (yeddi yüz altmış doqquz manat əlli altı qəpik) manat dəymiş ziyan tutularaq iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Baki Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar