Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8196/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 1897-ci ildə Bakı şəhərində anadan olduğunu, atası X14, anası Həmişəxanım Hacıbaba qızınını olması faktının müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X4 onun babasıdır və onun atası 1853-cü il təvəllüdlü X12 qalmış miras əmlakın vərəsəlik işinin açılması üçün sonuncunun oğlu Kazım Əzimzadənin doğum tarixi barədə şəhadətnamə notarius ofisinə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinə müraciətilə bağlı bildirmişdilər ki, Azərbaycan Respubulikası Dövlət Tarixi Arxivinin tam surətdə saxlanılmamış “Azərbcaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Nardaran kəndi üzrə 1895-1900-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X1 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-1175/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Maraqlı şəxs xx.xx.1996-cı il tarixdə vəfat etmiş babası – Əzim-zadə X13 1897-ci ildə Bakı şəhərində doğum faktının müəyyən edilməsi və doğum aktı qeydinin bərpa edilməsi haqqında müraciətə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsas olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həll qeydiyyat orqanında mümkün deyildir. Nəzərə çatdırırlar ki, mərhum X4 1897-ci ildə Bakı şəhərində anadan olmuş. Atası – X21, anası isə Həmişəxanım Hacıbaba qızı olmuşdur. X4 xx.xx.1996-cı ildə vəfat etmişdir. X1 doğum faktı tanınmaqla müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1976cı il tarixdə Bakı şəhərində doğulmuş, qeydiyyat yeri Bakı şəhəri, Nardaran qəsəbəsi,Abşeron küçəsi ev 3A-dır. ИЖ 099532 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1938ci il traixdə doğulmuş onun atası X3r. 4 saylı Bakı “ASAN xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 765438 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə ölmüşdür. CCCP 42№ ******* nömrəli pasportdan görünür ki, X5 1897-ci il tarixdə doğulmuşdur. İV-ЖГ 432339 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1996cı il tarixdə ölmüşdür. xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Nardaran qəsəbəsində yaşamış və vəfat etmiş X5, X6 oğlu, X7 isə X2 oğlu olduğunu aktı imzalamaqla təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında şəhadətnamə ilə təmin olunacaqdır. Məhkəmə iclasında şahidlər X9 (ərizəçinin qardaşı, AA7019888 nömrəli Ş/V), X10 (ərizəçinin qardaşı, Aze16024783 nömrəli Ş/V) babası X2 1897-ci ildə Bakı şəhərində anadan olduğunu, atası X14, anasının Həmişəxanım Hacıbaba qızı olmasını təsdiq etdilər. Hazırda ərizəçi babasının doğum faktının təsdiq edilməsini istəyir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi babasına məxsus olan doğum haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamə ərizəçiyə sosial hüquqlarının həyata keçirməsi və vərəsəlik hüququnun təminatı üçün vacib olduğundan ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum babası X2 1897-ci ildə Bakı şəhərində doğulması, atasının X21, anasının Həmişəxanım Hacıbaba qızı olması faktı müəyyən edilməlidir. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır və belə faktları müəyyən edir. Yəni MPM-ə əsasən doğum akt qeydinin bərpa edilməsi faktı müəyyən edilmir. Bundan başqa doğum akt qeydi o zaman bərpa oluna bilər ki, bununla bağlı akt qeydinin mövcudluğu təsdiq edilsin. Lakin, təqdim edilmiş iş materialları ilə belə qeydin olması və bərpasının mümkün olmaması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, maraqlı şəxsdən tələb edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum babası X2 1897-ci ildə Bakı şəhərində doğulması, atasının X21, anasının Həmişəxanım Hacıbaba qızı olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №e-2(008)-8196/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8196/2025
24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver