Məhkəmə qərarları › İş №e-2(008)-839/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-839/2024

28.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-839/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə dəymiş zərərə görə 250 manat, mətbəx mebelinə dəymiş ziyana görə 800 manat, qaz peçi və aspirtatora dəmiş ziyana görə 500 manat, mənəvi zərərin əvəzi olaraq 500 manatın, ərizənin verilməsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövət rüsumunun və 500 manat vəkil xidmət haqqının Cavabdeh2 tutularaq X3 İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. X9 tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş arayışdan görünür ki, iddiaçının mənzilinin üst mərtəbələrində yerləşən 48 saylı mənzil Cavabdeh2 məxsusdur. Cavabdeh2 məxsus olan 66 saylı mənzilin paltaryuyan maşının su borusunun partlaması xx.xx.2023-cü ildə iddiaçının mənzilinin mətbəx və sanitar qovşağını su basmışdır. Bir gecə boyunca iddiaçının mənzilinə sanki yağış yağmışdır. İddiaçı azyaşlı uşaqları ilə bütün gecəni elektrik xətlərində baş verə biləcək qısa qapanmaya görə qorxu və həyacan içərisində keçirmişdir. Hadisə baş verən gecə iddiaçı Cavabdeh1nə müraciət edərək, öz üzərinə düşən vəzifənin yerinə yetirərək hadisənin qarşısını almasını və eyni zamanda baş vermiş hadisənin aktlaşdırılmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh1 iddiaçının müraciti ilə bağlı heç bir hərəkət etməmişdir. Cavabdeh1 hərəkətsizliyindən sonra iddiaçı xx.xx.2023-cü ildə mənzilin yerləşdiyi Uğur 2 Yaşayış Kompleksinin müraciət edərək, yuxarı mərtəbədə yerləşən cavabdehin mənzilindən onun mənzilinə su axmasını bildirərək evə baxış keçirilməsini xahiş etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının mənzilinin mətbəx və sanitar qovşağının tavan və divarlarına ziyan dəymiş, eləcədə mətbəx mebel hissəsi qaz piltəsi və aspirator yararsız hala düşmüşdür. İddiaçının mənzili "xxxx" sığorta şirkəti tərəfindən icbari sığorta olunmuşdur. İcbari sığorta yalnız mənzilin özünə dəymiş ziyanı əhatə etdiyi üçün "xxxx" sığorta tərəfindən mənzilin mətbəx və sanitar qovşağının divar və tavanlna dəymiş ziyan 400 manat qiymətləndirilmişdir. "xxxx" sığorta tərəfindən 250 azn azad olunma məbləği çıxılaraq iddiaçıya cəmi 150 azn sığorta ödənişi edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mənzilinin mətbəx mebeli qaz peçi və aspiratoruna ziyan dəymişdir. Megamax tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki rəydən görünür ki, iddiaçıya məxsus qaz piltəsi və aspiratora su sızması nəticəsində zərər görmüş və təmiri 510 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya məxsus mətbəx mebelinin bir hissəsi yararsız hala düşmüş və təmiri mümkün deyil, yararsız hala düşmüş mebelin təmiri 800 manat təşkil edir. Eyni zamanda cavabdehin bu qanunsuz və saymazyana hərəkəti onun və ailə üzvlərinin əsəbləşməsinə, əsəb sarsıntısı və güclü həyəcan keçirməsinə səbəb olmuş, iddiaçı azyaşlı uşaqları ilə bütün gecəni elektrik xətlərində baş verə biləcək qısa qapanmaya görə qorxu və həyacan içərisində keçirmişdir. Həmçinin məbəx mebeli və avadanlıqlarında baş vermiş nasazlıq nəticəsində iddiaçı 1 həftə müddətində mətbəxdən istifadə edə bilməyib, uşaqlarına yemek bişirə bilməyib. Qeyd olunan müddət ərzində ancaq çatdırılma xidmətindən istifadə edərək qidalanmışdır. Bu da öz növbəsində iddiaçının sarsıntı keçirməsinə, mənəvi əzab çəkməsinə səbəb olmuşdur. Ona görə də, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həm mənzilə vurulmuş maddi, həm də mənəvi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 25 fevral-03 mart tarixlərində ölkə xiricində olduğu üçün üzrlü səbəbdən məhkəmə baxışında iştirak edə bilməyəcək. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, cavabdeh iddia ərizəsində qeyd olunan şəxsdir, lakin o, yalan olaraq məhkəmə ilə əlaqə saxlayıb, həmin şəxs olmadığını bildirmişdir. Cavabdehin həmin şəxs olmasına təkid edir və işə təqdim edilmiş sübutlar əsasında əsasında baxılmasını xahiş edir. Bildirir ki, zərər sığorta tərəfindən 400 manat məbləğində qiymətləndirilmişdir, cəmi 150 manat pul verilmişdir, 250 manat iddiaçının üzərinə düşüb. Akt “Uğur-2”y/k tərəfindən tərtib edilmişdir. Mebelin bir hissəsini iddiaçı təmir etmişdir. İş materiallarında olan 124820 nömrəli sığorta aktından görünür ki, 400 manat zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 1 manat bərpa məbləği çıxılmaqla 149 manat məbləğində sığorta ödənişi edilmişdir. - xx.xx.2023-cü il tarixli"xxxx" MMC-nin direktoru X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 3, bina 3 mənzil 1-də yaşayan İddiaçı Raci qızının mənzilində mətbəx və hamam otağına baxış keçirilən zaman dəymiş zərərin təmir ilə aradan qaldırılmasının mümkün olmadığı və çıxış yolunun mebelin yararsız hala düşən hissələrinin yalnız dəyişdirilməsi qənaətinə gəlinmişdir.Yararsız hala düşən detalların dəyəri 800 AZN müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "Uğur-2" yaşayış kompleksinin direktoru İlqar Əliyev,sahə nəzarətçisi Vəliyev Xanlar və santexnik Bəkirov Yusif həmin aktı Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, bina 3, mənzil 1-in ev sahibi X2 dediyinə əsasən X1 mənzili olan bina 3 mənzil 48-dən xx.xx.2023-cü ildə paltar yuyan maşının şlanqının partlaması nəticəsində alt qonşunun evini su basması səbəbindən tərtib etmişlər.Su basma hadisəsinin binanın su və kanalizasiya xəttinə aidiyyətinin olmadığı qeyd edilmişdir. - "xxxx" SığortaŞirkəti ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli O-AP-2022/0964 nömrəli məktubundan görünür ki, yaşayış sahəsinə susızma nəticəsində dəymiş zərər məbləğindən azad olma məbləği tutulmaqla daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka"xxxx" SığortaŞirkəti ASC tərəfindən sığorta ödənişi 150 manat təşkil edir. - "X9" MMC-nin xx.xx.2023-cü il tarixli 28/PL nömrəli arayışından görünür ki, "xxxx" ASC-nin inşa etdiyi ünvan 3 ünvanında yerləşən, "Uğur-2" yaşayış kompleksində bina 3, blok 1, 1 saylı mənzil onlarda olan məlumata əsasən İddiaçı Raci qızına, sözügedən bina 3, blok 1, 48 saylı mənzil hazırda sistemdə olan sonuncu məlumata əsasən Cavabdeh2 məxsusdur. - Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlt Kadastrı və Reyestri" publik hüquq şəxsin çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, ev 3, mənzil 1 xüsusi mülkiyyət əsasında iddiaçıya məxsusdur. - xx.xx.2023-cü il tarixli servis ustası Məhərrəmov Namiq tərəfindən tərtib edilmiş texniki rəydən görünür ki, Bakixanov qəsəbəsi, Yavər Əliyev küçəsi, bina3, mənzil 1-ə baxış keçirilərkən məlum olmuşdur ki, qaz piltəsi və aspiratorda olan qüsur su məişət avadanlıqlarına su sızmazı nətəçəsındə yaranıb, qüsur zavod qüsuru deyil və ödənişlə təmir olunacaq. Təmir xərci 510 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərinə və zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərər vuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalanan normalarına əsasən iddiaçının cavabdeh tərəfindən su sızması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş videogörüntülərdən də görünür ki, iddiaçının mənzilinə su basma nəticəsində ziyan dəymişdir. İddiaçı cavabdehdən dəymiş ziyanın əvəzi kimi 1550 manat pulun ödənilməsini tələb edir. Zərərin məhz həmin məbləğdə dəyməsi, sığorta aktı ilə, arayış və təxniki rəylə təsdiq olunur, əksi cavabdeh tərəfindən sübut olunmur. Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. İddiaçının 500 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutlaraq ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, iddiaçı cavabdehdən 500 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 500 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa, iddiaçı Cavabdeh1 hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, bu hərəkətlər konkret olaraq nədə ifadə olması göstərilmədiyindən və onları təsdiq edən sübutlar təqdim edilmədiyindən iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın ödənilmiş 41 manat dövlət rüsumunun, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövət rüsumunun və 500 manat vəkil xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, məhkəmə xərcləri 541 manat təşkil edir. Bundan 41 manat dövlət rüsumunun ödənilməsi xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə, 500 vəkilin xidmət haqqının ödənilməsi xx.xx.2023-cü il tarixli 17882 nömrəli qəbzlə təsdiq olunur. Etibarnamənin verilməsi üçün 17 manat rüsumunun ödənilməsini təsdiq edən sübüt təqdim edilmədiyindən, məhkəmə tələbin həmin hissəsini əsassız hesab edir. Beləliklə, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cəmi 2050 manat məbləğində iddianın 1550 manat hissəsi (75,60 faizi) təmin olunduğuna görə mhkəmə xərclərinin 75,60 faizi, yəni 408,99 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 132,01 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə dəymiş ziyana görə 250 manat, mətbəx mebelinə dəymiş ziyana görə 800 manat, qaz peçi və aspirtatora dəmiş ziyana görə 500 manat, ödənilmiş 41 manat dövlət rüsumunun və 500 manat vəkil xidmət haqqının, cəmi 2091 (iki min dxsan bir) manat məbləğində pul Cavabdeh2 alınaraq, İddiaçı ödənilsin. Məhkəmə xərclərinin 132,01 manat məbləğində hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Bəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar