Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-85/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər aralarında barışıq sazişi bağlamaqla 1148A bağ sahəsinə keçid yolunun verilməsinə dair razılaşmışlar. Odur ki, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, aralarında razılaşma olduğu üçün barışıq sazişi bağlamışlar və buna görə də barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə: Hazırkı mülki iş üzrə bir tərəfdən bundan sonra iddiaçı adlanacaq İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, digər tərəfdən isə bundan sonra cavabdeh adlanacaq Cavabdeh nümayəndəsi Nümayəndə2 şəxsində olamaqla mülki işi üzrə məhkəmə baxışı zamanı aşağıdakı şərtlərlə və qaydada bu barışıq sazişini bağladılar. 1.1. Hər iki tərəf bəyan edirlər ki, Bakı Sabunçu rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu rayonu Albalı (Vişnovka) qəsəbəsinin ərazisində yerləşən sahəsi 0,10 ha olan 1148A saylı bağ sahəsinə 1149 saylı bağ sahəsindən keçid yolu veilməsinə dair mülki iş üzrə mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.1. İddiaçının hüquq və vəzifələri : 2.1.1. Bu saziş üzrə iddiaçı tərəfindən 1148A saylı bağ sahəsinə 1149 saylı bağ torpaq sahəsindən keçid yolu verildiyinə görə 3000 (üç min) manatı cavabdehə ödəməyi üzərinə götürür. Bundan sonra iddiaçı tərəfindən Cavabdehə qarşı hər hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.2. İddiaçı ona təqdim olunacaq keçid yolu ilə bağlı söküntü işlərini və keçid yolu ilə 1149 saylı bağ torpaq sahəsi arasında daş hasarın inşa edilməsini bütünlüklə öz hesabına icra etməyi üzərinə götürür. Hasarın hündürlüyü 1148A və 1149 saylı bağ sahəsi arasında olan hasarın hündürlüyü ilə eyni olmalıdı. Hasarın tam inşa edilməsi söküntü işləri bitdiyi tarixdən 5 ay müddətinə tamamlanmalıdır. 2.1.3. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri : 2.2.1. Cavabdeh öhdəsinə götürür ki, 3000 (üç min) manat pulu aldıqdan sonra iddiaçın istifadəsində olan 1148A saylı bağ torpaq sahəsinə 1149 saylı bağ torpaq sahəsindən mərkəz yoldan başlayaraq Rəşid Behbudov küçəsindən eni içdən-içə olmaqla 3,0 metr, uzunluğu 50 metr olmaqla şərq istiqamətində keçid yolun (gediş-gəliş) açmağı üzərinə götürür. 2.2.2. Cavabdeh 3000 (üç min) manat pulu aldıqdan sonra 2 ay müddətində iddiaçın istifadəsində olan 1148A saylı bağ torpaq sahəsinə 1149 saylı bağ torpaq sahəsindən keçid yolunu (gediş-gəliş) açmağı üzərinə götürür. 2.2.3. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;
3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə, eyni zamanda üçüncü şəxslər isə onlara qarşı heç bir tələb irəli sürməyəcəklər. 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı və təsdiq edildiyi gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu saziş 3 nüsxədən ibarət olmaqla, bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul müştərək qaydada, yəni 25 manat İddiaçıdan və 25 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 266-268- ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1. Hər iki tərəf bəyan edirlər ki, Bakı Sabunçu Rayon icraatında olan İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu rayonu Albalı (Vişnovka) qəsəbəsinin ərazisində yerləşən sahəsi 0,10 ha olan 1148A saylı bağ sahəsinə 1149 saylı bağ sahəsindən keçid yolu veilməsinə dair mülki iş üzrə mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.1. İddiaçının hüquq və vəzifələri : 2.1.1. Bu saziş üzrə iddiaçı tərəfindən 1148A saylı bağ sahəsinə 1149 saylı bağ torpaq sahəsindən keçid yolu verildiyinə görə 3000 (üç min) manatı cavabdehə ödəməyi üzərinə götürür. Bundan sonra iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.2. İddiaçı ona təqdim olunacaq keçid yolu ilə bağlı söküntü işlərini və keçid yolu ilə 1149 saylı bağ torpaq sahəsi arasında daş hasarın inşa edilməsini bütünlüklə öz hesabına icra etməyi üzərinə götürür. Hasarın hündürlüyü 1148A və 1149 saylı bağ sahəsi arasında olan hasarın hündürlüyü ilə eyni olmalıdı. Hasarın tam inşa edilməsi söküntü işləri bitdiyi tarixdən 5 ay müddətinə tamamlanmalıdır. 2.1.3. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri : 2.2.1. Cavabdeh öhdəsinə götürür ki, 3000 (üç min) manat pulu aldıqdan sonra iddiaçın istifadəsində olan 1148A saylı bağ torpaq sahəsinə 1149 saylı bağ torpaq sahəsindən mərkəz yoldan başlayaraq Rəşid Behbudov küçəsindən eni içdən-içə olmaqla 3,0 metr, uzunluğu 50 metr olmaqla şərq istiqamətində keçid yolun (gediş-gəliş) açmağı üzərinə götürür. 2.2.2. Cavabdeh 3000 (üç min) manat pulu aldıqdan sonra 2 ay müddətində iddiaçın istifadəsində olan 1148A saylı bağ torpaq sahəsinə 1149 saylı bağ torpaq sahəsindən keçid yolunu (gediş-gəliş) açmağı üzərinə götürür. 2.2.3. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;
3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə, eyni zamanda üçüncü şəxslər isə onlara qarşı heç bir tələb irəli sürməyəcəklər. 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı və təsdiq edildiyi gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu saziş 3 nüsxədən ibarət olmaqla, bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilir. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilmişdir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul müştərək qaydada, yəni 25 manat İddiaçı və 25 manat Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Şəbnur Qədirova